Unibank da ixtisarlar 150 nəfər işdən çıxarılıb
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Unibank" ASC ötən il 150-dən çox işçisini ixtisar edib.
Bu barədə Plat.az-a bankdakı mənbədən bildirilib.
Belə ki, 2024-cü ilin sonunda bankda 2 175 nəfər çalışdığı halda, 2025-ci ilin mart ayının sonunda bu rəqəm 2 116 nəfər, iyunun sonunda 2 050 nəfər, ilin sonunda isə 2 024 nəfər olub.
Beləliklə, Unibank ötən il ərzində işçilərinin sayını 151 nəfər və ya təxminən 6,9% azaldıb.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən fəaliyyət göstərən "Promtexbank"ın birləşdirilməsi nəticəsində yaradılıb. Bankın nizamnamə kapitalı 149,386 milyon manat təşkil edir. Səhmlərinin 94,08%-i Müşahidə Şurasının sədri Eldar Qəribova, qalan 5,92%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 Avqust 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















