Icma.az
close
up
RU
Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Unibank Sahibkarlığın İnkişafı Fondunun (SİF) “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” çərçivəsində ilk kreditini ayırıb. “Unibank”ın təqdim etdiyi zəmanətli və güzəştli biznes krediti sayəsində, “AS İstehsal” MMC Ağdam rayonu, Ağdam Sənaye Parkında beton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb. Ümumi dəyəri 5,5 milyon manatdan çox olan layihənin xeyli hissəsi SİF vəsaiti hesabına Unibak KB tərəfindən ayrılan 3 milyon manatlıq güzəştli kreditlə həyata keçiriləcək. İnvestisiya proqramı üzrə 65 yeni iş yerinin açılması planlaşdırılır.

“Unibank KB” ASC-nin Biznes Bankçılığı üzrə Baş Direktoru Tahir Qəribov bildirib ki, azad edilən torpaqlarımızda biznes fəaliyyətinin dəstəklənməsində yaxından iştirak qürurvericidir: “Real sektora dəstək “Unibank”ın yeni strateji hədəflərində xüsusi yer tutur. İstər paytaxtda, istərsə də regionlarımızda minlərlə sahibkara dəstək olaraq, bizneslərini böyütməsində yaxından iştirak etmişik. Bu fəaliyyətdə “Unibank”ın SİF vəsaiti hesabına ayırdığı güzəştli kreditlər də sahibkarlar üçün böyük əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara dəstək isə hər bir maliyyə qurumu üçün fəxrdir. Biz, Unibank olaraq bu istiqamətdə ilk kreditimizi ayırdığımız üçün çox şadıq. Təbii ki bu proses davam edəcək. Bu il ərzində də Sahibkarlığın İnkişaf Fondunun “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bir neçə layihənin maliyyələşdirilməsi planlaşdırılır”.

“AS İstehsal” MMC-nin direktoru Səbuhi Məmmədov isə ayrılan güzəştli kreditin layihənin sürətlə icrasına təkan verdiyini bildirib: “ “AS İstehsal” MMC uzun illərdir keyfiyyətli əmtəə betonu, metal karkas, dəmir-beton məhsulları, səki və döşəmə daşları, habelə divar blokları istehsal edərək, Azərbaycanın tikinti materialları bazarında xüsusi yer tutur. Ağdam Sənaye Parkı ərazisində inşa etdiyimiz beton məmulatlarının istehsalat bazası işğaldan azad edilmiş ərazilərin yenidən bərpasında mühüm rol oynayacaq. Uzun illərin istehsalat təcrübəsinin davamı olaraq, yeni istehsal ediləcək məhsullar çox yüksək keyfiyyətə malik olacaq. İstehsalat bazasının uyğun lokasiyada olması, şəhər və qəsəbələrin tez bir zamanda abadlaşdırlmasına kömək edəcək. Layihənin istehsalat sahələri bu il fevralın sonunadək, inzibati binaların inşası isə aprelin axırlarında yekunlaşacaq. Unibank tərəfindən ayrılmış kredit layihəmizin vaxtında icra edilməsinə böyük tövhə vermiş oldu”.

Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun layihələrində aktiv iştirak edir. SİF-lə əməkdaşlıq çərçivəsində bank sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.

“Unibank”ın digər biznes krediti məhsulları və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Rəqəmsal”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi” eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index ) əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri