Icma.az
close
up
RU
Unibank və AYİB tərəfdaşlığı: KOB lara 10 milyon dollarlıq dəstək

Unibank və AYİB tərəfdaşlığı: KOB lara 10 milyon dollarlıq dəstək

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim olunan bu kredit vəsaiti Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB) maliyyələşdirilməsinə yönəldiləcək.


Sfera.az xəbər verir ki, bu əməkdaşlıq AYİB ilə Unibank arasında tərəfdaşlığın bərpasını ifadə etməklə yanaşı, Azərbaycanda özəl sektorun inkişafı üçün əhəmiyyətli bir mərhələ sayılır. Əməliyyatın məqsədi güclü və çevik maliyyə tərəfdaşı olan Unibank vasitəsilə ölkədəki KOB-ların rəqabət qabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdir.


Kredit vəsaitinin ayrılması ilə bağlı imzalanma mərasimində bildirilib ki, AYİB bununla yanaşı, “Unibank”ın MKOB-lar üzrə kredit strategiyası, məhsulları və monitorinq mexanizmlərinin inkişafına dəstək göstərəcək. Bu proses çərçivəsində bankda ekoloji və sosial idarəetmə sisteminin formalaşdırılması da nəzərdə tutulur.


“Unibank”ın İdarə Heyəti sədrinin müavini Heybət Qədirov bildirib: “ Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Unibank arasında əməkdaşlığın tarixi uzun illərə dayanır. Biz çox məmnunuq ki, bu faydalı əməkdaşlıq yenidən başlayır. Unibank olaraq KOB sektorunun inkişafını və ölkədə dayanıqlı iqtisadi artımı prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu əməkdaşlıq bizə sahibkarlara daha çox maliyyə dəstəyi göstərmək imkanı yaradacaq. Cəlb olunan vəsait “Unibank”ın KOB kreditləşməsi üzrə strategiyasını daha da gücləndirəcək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək.”


AYİB-in Azərbaycandakı rəhbəri Natali Mouravidze bildirib:


“Unibank kimi sistem əhəmiyyətli bir maliyyə tərəfdaşımızla əməkdaşlığımızı yenidən başlatmaqdan məmnunuq. Bu kimi razılaşmalar ölkə iqtisadiyyatı üçün olduqca önəmlidir. Təqdim olunan bu maliyyə paketi ilə biz həm yerli bizneslərin inkişafına dəstək oluruq, həm də ölkənin maliyyə sektorunun kreditvermə potensialını gücləndiririk.”


"Unibank" haqqında:


"Unibank" KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. Bank həm fiziki, həm də hüquqi şəxslərə geniş spektrli bank xidmətləri təqdim edir. Rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində tanınan Unibank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etməklə yerli bizneslər üçün yeni imkanlar yaradır.


AYİB haqqında


Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə Azərbaycanda aparıcı institusional investorlardan biri olmaqla, bu günədək ölkə üzrə demək olar ki, 200 layihəyə 4 milyard avroya yaxın sərmayə qoyub. Bankın yenilənmiş ölkə strategiyası qeyri-neft sektorunun və yaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri