Icma.az
close
up
RU
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır FOTOLAR

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

"Unikal" xəbər verir ki, yerli valyutada təqdim olunan bu kredit vəsaiti Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB) maliyyələşdirilməsinə yönəldiləcək.

Bu əməkdaşlıq AYİB ilə "Unibank" arasında tərəfdaşlığın bərpasını ifadə etməklə yanaşı, Azərbaycanda özəl sektorun inkişafı üçün əhəmiyyətli bir mərhələ sayılır. Əməliyyatın məqsədi güclü və çevik maliyyə tərəfdaşı olan Unibank vasitəsilə ölkədəki KOB-ların rəqabət qabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdir.

Kredit vəsaitinin ayrılması ilə bağlı imzalanma mərasimində bildirilib ki, AYİB bununla yanaşı, “Unibank”ın MKOB-lar üzrə kredit strategiyası, məhsulları və monitorinq mexanizmlərinin inkişafına dəstək göstərəcək. Bu proses çərçivəsində bankda ekoloji və sosial idarəetmə sisteminin formalaşdırılması da nəzərdə tutulur.

“Unibank”ın İdarə Heyəti sədrinin müavini Heybət Qədirov bildirib: “ Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Unibank arasında əməkdaşlığın tarixi uzun illərə dayanır. Biz çox məmnunuq ki, bu faydalı əməkdaşlıq yenidən başlayır. Unibank olaraq KOB sektorunun inkişafını və ölkədə dayanıqlı iqtisadi artımı prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu əməkdaşlıq bizə sahibkarlara daha çox maliyyə dəstəyi göstərmək imkanı yaradacaq. Cəlb olunan vəsait “Unibank”ın KOB kreditləşməsi üzrə strategiyasını daha da gücləndirəcək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək.”

AYİB-in Azərbaycandakı rəhbəri Natali Mouravidze bildirib:

“Unibank kimi sistem əhəmiyyətli bir maliyyə tərəfdaşımızla əməkdaşlığımızı yenidən başlatmaqdan məmnunuq. Bu kimi razılaşmalar ölkə iqtisadiyyatı üçün olduqca önəmlidir. Təqdim olunan bu maliyyə paketi ilə biz həm yerli bizneslərin inkişafına dəstək oluruq, həm də ölkənin maliyyə sektorunun kreditvermə potensialını gücləndiririk.”

"Unibank" haqqında

"Unibank" KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. Bank həm fiziki, həm də hüquqi şəxslərə geniş spektrli bank xidmətləri təqdim edir. Rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində tanınan Unibank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etməklə yerli bizneslər üçün yeni imkanlar yaradır.

AYİB haqqında

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə Azərbaycanda aparıcı institusional investorlardan biri olmaqla, bu günədək ölkə üzrə demək olar ki, 200 layihəyə 4 milyard avroya yaxın sərmayə qoyub. Bankın yenilənmiş ölkə strategiyası qeyri-neft sektorunun və yaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri