Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

İnkişaf etmiş ölkələrdə müəllimlər 8 saat işləyirlər

İnkişaf etmiş ölkələrdə müəllimlər 8 saat işləyirlər

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Son zamanlarda ən çox müzakirələrə səbəb olan məsələ Təhsil Naziri Emin Əmrullayevin müəllimlərin iş saatı ilə bağlı etdiyi təklifdir. Nazir bildirib ki, tam ştatda işləməyi qəbul edən, iki dəfə sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərin maaşı orta əməkhaqqıdan 2 dəfə yüksək ola bilər: “20 min müəllimimiz bu maaşı alarsa, təhsil sistemində köklü dəyişikliyin başlanğıcını qoymuş olacağıq”.

İllərdir müəllimlərimizin iş rejimi fərqli olub və bu gün bu məsələnin gündəmə gəlməsi heç də birmənalı qarşılanmadı. Bəs bu məsələdə dünya təcrübəsi nə deyir?

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov Valyuta.az-a bildirib ki, bir çox inkişaf etmiş ölkədə müəllim üçün 8 saatlıq iş günü kağız üzərində yox, real praktikadır: “Yəni müəllim məktəbə səhər gəlir, dərslərini keçir, amma bununla iş bitmir. Dərsdənkənar saatlar da müəllimin işinin bir hissəsi kimi hesablanır və həmin saatlar əməkhaqqı ilə ödənilir”.

Dərsən kənar müəllimin gördüyü işlər haqqında danışan Q.Məhərrəmov bildirdi ki, burada bir çox məsələni qeyd etmək olar: “Fərdi şagird dəstəyi edir. Məsələn, çətinlik çəkən uşaqlarla ayrıca işləmək, əlavə izahlar vermək cəhətdən yardım edir. Dərnəklər və klubların fəaliyyəti cəhətdən önəmlidir. Məsələn, debat, robototexnika, teatr, STEM, idman klubları daha aktiv işləyir. İclaslar və müəllim əməkdaşlığı yaranır. Müəllimlər bir-birilərilə material paylaşır, dərslərin planlaşdırılması üçün komanda şəklində işləyirlər. Valideynlərlə ünsiyyət təhsildə önəmlidir və müəllimlər buna vaxt ayırırlar. Uşağın inkişafını müzakirə edir, problemləri vaxtında həll etməyə çalışırlar. Qiymətləndirmə və dərs hazırlığı üçün ayrıca otaqları olur. Müəllimlər qaçhaqaçda işləmirlər, onlara rahat iş şəraiti yaradılır. Nəhayət, dünyanın əksər iş yerlərində olduğu kimi müəllimə aid sinif ya da otaq var, oturub nəfəs alır, özünə gəlir. Bu sistemin bir gözəl tərəfi var: məktəb yalnız şagirdlərin deyil, həm də müəllimlərin iş mühiti kimi dizayn edilir”.

Dərsdənkənar fəaliyyət şagirdlərə necə təsir edir?

Mütəxəssis deyir ki, bir məktəbdə müəllim şagirdlə dərsdən sonra da işləyə bilirsə, nəticələr özünü bir neçə yerdə göstərir: “Birincisi, uşaq geridə qalmır. Hər kəsin eyni templə oxumadığını nəzərə aldıqda fərdi dəstək çox şeyi dəyişir. Bu, xüsusən də dil, riyaziyyat və oxu bacarıqlarında mütləq təsir edir. İkincisi, məktəb sosial mühitə çevrilir. Klublar və dərnəklər uşağın həm maraqlarını genişləndirir, həm də məktəbə bağlılığını artırır. Üçüncüsü, müəllim-şagird münasibəti güclənir. Effektiv müəllim-şagird münasibəti motivasiya deməkdir. Uşaq müəllimi ilə münasibəti yaxşı olanda, dərsə də daha ciddi yanaşır. Dördüncüsü, intizam problemi azalır. Təcrübə göstərir ki, dərsdənkənar fəaliyyətin çox olduğu məktəblərdə davranış problemləri daha aşağı olur”.

Əgər təklif reallaşsa, Azərbaycan təhsilində nəyi dəyişə bilər? 

Bu haqda danışan mütəxəssis bildirdi ki, bu, bir neçə baxımdan maraqlı nəticələr doğura bilər: “İlk növbədə təhsilə peşəkar insanların axını artar. Yüksək maaş yaxşı müəllimləri sistemə cəlb etmək üçün əla motivasiyadır. Müəllimlik yenə nüfuzlu peşələrin sırasına qayıda bilər. Eyni zamanda, sistem içində rəqabət yaranar. Sertifikasiyadan yüksək nəticə = daha çox maaş. Bu durum müəllimləri özünü inkişaf etdirməyə sövq edər. Əlbəttə, burada sistemin ədalətli işləməsi əsas şərtdir. Dərsdənkənar fəaliyyət daha səmərəli hala gələr. Əgər müəllimin maaşı 8 saatlıq əməyini əks etdirəcəksə, onda o, məktəbdə yalnız dərs keçən adam olmayacaq, fərdi iş, klub, layihə, valideynlərlə ünsiyyət, qiymətləndirmə kimi funksiyalar daha professional şəkildə və planlı qurulacaq. Məktəbdaxili dinamika dəyişər. Müəllimlərin öz otaqları, iş masaları, planlaşdırma vaxtları olarsa, məktəb daxilində tamam başqa bir iş mühiti formalaşar. Bu da təhsil keyfiyyətinə birbaşa təsir edir. Uşaqlar daha keyfiyyətli təhsil alar. Əgər müəllim yorğun olmazsa, dərsinə hazırlaşarsa, şagirdlə fərdi işləməyə vaxtı olarsa, bu hal nəticələrdə çox ciddi fərq yaradar”.

“Amma hər şey bir anda düzələcəkmi? Əlbəttə yox. Bu modelin işləməsi üçün məktəblərin infrastrukturunun gücləndirilməsi, müəllim otaqlarının yaradılması, əlavə fəaliyyətlərin planlaşdırılması, məktəbin iş rejiminin yenidən qurulması, müəllimin iş yükünün balanslaşdırılması kimi qərarların hamısı paralel şəkildə aparılmalıdır. Yəni maaşı artırıb sistemi eyni saxlamaqla effekt əldə olunmaz. Sistem bütöv şəkildə dəyişməlidir. Nəticə olaraq, Emin müəllimin təklifi dünya praktikasına uyğun gələn, müasir təhsil yanaşmasının bir parçasıdır. İdeya doğru yöndədir, amma onun uğuru sistemin necə qurulacağından, müəllimlərin iş şəraitindən, məktəbin infrastrukturundan asılı olacaq. Əgər bunlar həqiqətən baş versə, bu addım Azərbaycan təhsilində uzun illərdir gözlənilən dönüş nöqtəsi ola bilər”, – deyə Qoşqar Məhərrəmov əlavə etdi.

Şəbnəm İbrahimxəlil

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri