UNİCEFin hesabatına əsasən hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 2 dekabr, AZƏRTAC
Bullinq təkcə fərdi, ailəni, məktəbi deyil, bütün cəmiyyəti narahat edən problemdir. Bu problemin həlli üçün qüvvələr birləşməli və birgə mübarizə aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda deyib.
A. Sofiyeva qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının son bir neçə il ərzində apardığı statistik hesabata əsasən uşaqların 20 faizi bullinqə məruz qalır və ya onun iştirakçısı olur: "UNİCEF-in hesabatına əsasən isə hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır. Valideynlər isə bildirirlər ki, uşaqların 60 faizi kiberbullinqə məruz qalırlar", - deyə sədr müavini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 02 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















