Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

“Union Logistics” şirkəti yerli sahibkarlar 300 min dollarlıq ziyan vurub İDDİA

“Union Logistics” şirkəti yerli sahibkarlar 300 min dollarlıq ziyan vurub İDDİA

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bir qrup sahibkar "Union Logistics" şirkəti və onun rəhbəri Rövşən Mehdiyevdən şikayətçidir. Sahibkarlar "Cebheinfo.az" saytına müraciət edərək "Union Logistics" şirkəti tərəfindən onlara külli miqdarda zərər vurulduğu bildiriblər.

Sahibkarlar - "Softech-A" şirkətinin direktoru Cavid Nəbiyev, "Ulanzi Azerbaijan" MMC-nin təsisçisi Əsgərov Kənan, "Qlobal KS" MMC-nin rəhbəri Ceyhun Süleymanov və sahibkar Rauf İsmayılov ötən ilin avqust ayında adıçəkilən şirkətlə müqavilə bağlayaraq Çindən sifariş olunan malların Azərbaycana çatdırılması ilə bağlı razılığa gəliblər. Amma mallar hələ də sahibkarlara çatdırılmayıb.
"Softech-A" şirkətinin direktoru Cavid Nəbiyev deyir ki, "Union Logistics" karqo şirkəti onun sifariş verdiyo 72 min dollarlıq malı “it-bata” salıb: "Müqaviləyə görə, mənim sifarişlərim 1 ay müddətində çatdırılmalı idi. Amma artıq 5 aya yaxın vaxt keçib, amma sifarişim hələ də çatdırılmayıb".

“Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 5E ünvanında yerləşən “Union Logistics” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehdiyev Rövşən Vaqif oğlu, qardaşı Mehdiyev Rauf Vaqif oğlu, icraçı direktor Mustafayeva Samirə, satış təmsilçisi Qafarlı Anar, Çin Xalq Respublikasında sahibkarların yüklərini anbarlara qəbul edən, direktorun xalası oğlu Ziya adlı şəxs, gömrük orqanlarında gömrük sənəd rəsmiləşdirməsi işləri ilə məğul olan İlham adlı şəxs birlikdə 18 sahibkara ümumilikdə 300000 dollar ziyan vurub”,-deyə sahibkarlar bildiriblər.

"Union Logistics" şirkəti digər sahibkarlar - "Ulanzi Azerbaijan" MMC-nin təsisçisi Əsgərov Kənan 27 min dollar, "Qlobal KS" MMC-nin rəhbəri Ceyhun Süleymanov 19 min 285 dollar və sahibkar Rauf İsmayılovun 9 min 366 dollarlıq sifarişlərini 5 aydır təhvil vermir. Sahibkarlar digər həmkarlarının da eyni problemlə üzləşdiyini, “Union Logistics” karqo şirkətinin ümumilikdə 300 min dollarlıq sifarişi təhvil vermədiyini iddia edir.

Sahibkarların dediyinə görə, "Union Logostics" şirkəti sifarişlərin nə zaman çatdırılacağl ilə bağlı da konkret məlumat vermir.

Cavid Nəbiyev əlavə olaraq qeyd edib ki, “Union Logistics” şirkəti ilə bağlı Bakı şəhər Prokurorluğuna, İqtisadiyyat Nazirliyinə şikayət olunub: “Sahibkarları bu cür incitmək olmaz. “Union Logistics” şirkətinin rəhbəri Rövşən Mehdiyev, satış müdiri Anar Qafarlı biz sahibkarlara dəqiq məlumat verməlidir”.

Sahibkarların iddiasına görə, “Union Logistics” MMC tərəfindən şifahi formada verilən məlumatda onlara məxsus yüklərin Çinin Kaşqar ( Qırğızıstanla sərhəd), Qazaxıstanın Horqos dövlət anbarlarında olduğunu deyirlər. Lakin heç bir sənəd, foto və ya video təqdim edilmir. Sahibkarlar rəsmi məlumat ala bilmədiklərini, deyilənlərə inanmadıqlarını bildirirlər.

Dəfələrlə sahibkarlar şirkətin direktoru ilə görüşmək istədiklərini bildirsələr də, buna nail ola bilməyiblər. Digər bir iddia isə "Union Logostics" şirkətinin borcuna görə sahibkarların sifarişlərinin girov saxlanılması ilə bağlıdır.

İddia olunur ki, "Union Logostics" şirkətinin “Çin Karqo” şirkətinə 70 min dollar, Türkiyədə olan azərbaycanlı iş adamına 100 min dollar, “Speed Cargo” şirkətinə 169 min dollar borcu var. Sahibkarlar Daxili işlər Nazirliyindən, Xarici işlər Nazirliyindən, Baş Prokrorluqdan məsələnin araşdırılması, hüquqi qiymət verilməsi, nəzarətə götürülməsi və yüklərin tapılmasına kömək göstərilməsini xahiş edirlər. Eyni zamanda, Çin Xalq Respublikasının və Qırğızıstan Respublikasının Azərbaycandakı səfirliklərindən məsələnin öyrənilməsi üçün kömək istəyirlər.

İddialarla bağlı “Union Logistcs” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, səslənən iddialarla bağlı suallarımıza cavab ala bilmədik.

Şirkət bu məsələ ilə bağlı sahibkarların problemlərinin yaxın zamanda həll olunacağını deməklə kifayətlənib.

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri