Icma.az
close
up
RU
Çinin “Neptune Logistics Group” şirkəti Abşeron Logistika Mərkəzində Fotolar

Çinin “Neptune Logistics Group” şirkəti Abşeron Logistika Mərkəzində Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çinin aparıcı logistika şirkətlərindən olan “Neptune Logistics Group” Abşeron Logistika Mərkəzində öz nümayəndəliyini açıb.

Açılış mərasimində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti, aparıcı logistika şirkətlərinin rəhbərləri və Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin təmsilçiləri iştirak ediblər.

“Neptune Logistics Group”un xarici satış direktoru Maggie Zhong çıxışı zamanı vurğulayıb ki, Bakıda fəaliyyətə başlamaları şirkətin Avrasiya logistika şəbəkəsinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda tutduğu strateji mövqe Çin ilə Avrasiya bazarları arasında yükdaşımaların daha səmərəli təşkilinə imkan yaradır. Trans-Xəzər Əməliyyat Mərkəzi isə müştərilərə daha etibarlı və operativ logistika həlləri təqdim etməklə yanaşı, regional tərəfdaşlıqların inkişafına və təchizat zəncirinin dayanıqlığının gücləndirilməsinə də töhfə verəcək.

Qeyd edək ki, “Neptune Logistics Group” Çin Dəmir Yolu Ekspresi (“CR Express”) vasitəsilə Avropa, Rusiya, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Qafqaz və digər regionlara beynəlxalq dəmir yolu yükdaşımalarını həyata keçirir. Şirkət eyni zamanda multimodal və hava yükdaşımaları, sərhədlərarası elektron ticarət logistikası, anbar, gömrük və təchizat zəncirinin idarə olunması üzrə kompleks xidmətlər göstərir.

Abşeron Logistika Mərkəzində “Neptune Logistics Group”un nümayəndəliyinin fəaliyyətə başlaması Azərbaycan ilə Çin arasında iqtisadi və logistika əməkdaşlığında yeni mərhələnin əsasını qoyur. Bu əməkdaşlıq Çin-Avropa nəqliyyat dəhlizi üzrə yükdaşımaların və ticarət dövriyyəsinin artmasına, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində regional logistika əlaqələrinin genişlənməsinə, eləcə də Azərbaycanın regional logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsinə töhfə verəcək.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyul 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri