Icma.az
close
up
RU
Universitetə qəbul olanların NƏZƏRİNƏ Qeydiyyat başlayır TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ Qeydiyyat başlayır TARİXLƏR

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə sabah start verilir.
Bizim.Media xəbər verir ki, abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər.
Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Xidmətə daxil olduqdan sonra abituriyentin şəxsi məlumatları ekranda əks olunur. Məlumatların düzgünlüyünü yoxladıqdan sonra qəbul məlumatları ilə tanış olur və növbəti mərhələyə keçirlər.
Qeydiyyat zamanı elektron sistemdə mövcud olmayan hər hansı məlumat üzrə sənəd tələb olunarsa, həmin sənədi sistemə yükləyirlər.
Abituriyent daha sonra “Güzəştli qəbul” bölməsində tələbə təhsil krediti almaq istəyib-istəmədiyini qeyd edir. Həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olub-olmadığını seçir. “Bəli” seçdiyi halda, uyğun sosial statusu və onu təsdiq edən sənədləri sistemə əlavə edir.
Son mərhələdə daxil etdiyi məlumatların düzgünlüyünü yoxlayır, məlumatların toplanmasına və istifadəsinə razılıq verərək qeydiyyatı tamamlayır.
Abituriyentlər müraciətinin statusunu “Xidmətin tarixçəsi” bölməsindən izləyə bilərlər. Müraciət “Ödəniş edilməlidir” statusunda olduqda təhsil haqqını “Onlayn ödə” funksiyası ilə ödəmək və ya ödənişi başqa üsulla həyata keçirdikləri halda ödənişi təsdiq edən sənədi “Qəbzi yüklə” seçimi vasitəsilə sistemə əlavə etmək mümkündür.
Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılaraq təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur.
Qeydiyyatın təsdiqlənməsi barədə məlumat vətəndaşa “mygov” platforması üzərindən bildiriş vasitəsilə göndərilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri