Icma.az
close
up
RU
Universitetlərdə dərslər həftədə 3 günə endirilə bilər AÇIQLAMA

Universitetlərdə dərslər həftədə 3 günə endirilə bilər AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tələbələrin hər gün universitetə gəlməsi məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov maraqlı təkliflə çıxış edib. O hesab edir ki, bütün fənlərin və ya mövzuların mütləq şəkildə əyani tədris olunması vacib deyil. Prorektorun fikrincə, bəzi fənlərin mühazirə dərsləri məsafədən təşkil edilə bilər. Bu yanaşma tələbələrin hər gün auditoriyalarda toplaşmaq məcburiyyətini aradan qaldırar. Hazırda sosial şəbəkələrdə bu təklif əsasında yeni bir model müzakirə olunur. Təklifə əsasən, həftənin üç günü əyani, iki günü isə distant təhsil formasına keçid mümkündür.
Təhsil sahəsi üzrə ekspert Elçin Əfəndiyev isə məsələyə fərqli prizmadan yanaşır. O Demokrat.az-a bildirib ki, ali təhsil müəssisələrində hələ də nəzəri biliklərin tətbiqi üstünlük təşkil edir.
“Demək olar ki, tələbələrin praktik bilik əldə etmələri ilə bağlı çox az imkanlar tanınır. O cümlədən universitetlərdə mühazirə saatlarını konkret olaraq tələbələri dəvət edib auditoriyalara yığmaq doğru deyil. Artıq dünya təcrübəsində məsafəli təhsildən geniş istifadə olunur. Bizdə də eyni prinsipi tətbiq etmək həm tələbələrin əlavə vaxt itkisinin qarşısını almaq, o cümlədən gündəlik sıxlığın müəyyən qədər də olsa qarşısını almaq kimi halları gətirib çıxara bilər. Əlbəttə ki, onları müəyyən xərclərdən də yayındıra bilər. Hazırda bəzi ali təhsil müəssisələrimizdə həftənin beş günü dərs var. O günlərin, hansı ki, mühazirə saatları olan fənlər var, onları sistemləşdirib konkret ən azı iki günə və yaxud da üç günə yığmaq olar. Yələbələr həmin üç günü uzaqdan idarəetmə əsasında prosesə qoşulsunlar. İki günü isə onlar universitetdə seminar və yaxud da məşğələdə ola bilərlər. Bu əsasən humanitar və laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə tətbiq oluna bilər. Amma elə ixtisaslar var ki, orada laboratoriya şəraiti və gündəlik praktik biliklər də yerində aşılanır, bu kimi ixtisaslarda bunun tətbiqi bir o qədər real görünmür. Amma praktik biliyi və laboratoriya şəraitini tələb etməyən bir çox ixtisaslarda, əsasən humanitar yönümlü ixtisaslarda bu prinsipi tətbiq etmək mümkündür”. 
O qeyd edib ki, bunun üçün də mövcud imkanlar var:
“2020-ci il pandemiyasından sonra artıq demək olar ki, bir baza yaratmışıq və universitetlərdə distant, uzaqdan idarəetmə əsasında fəaliyyətə keçmək mümkündür. Digər aspektdən baxanda bu, tələbələrə əlavə bir üstünlük də qazandırır. Məsələn, elə tələbələr var ki, uzaq məsafədən gəlirlər tutaq ki, Sumqayıtdan Bakıya gəlir və yaxud da Bakıdan Sumqayıta gedir. Bu, kifayət qədər yol xərclərinin və ümumilikdə tələbənin maddi xərclərinin qarşısını ala bilər. Elə tələbələr də var ki, bölgələrdən gəlir, məsələn, Şamaxı və ya Qobustan kimi yaxın rayonlarda yaşayırlar. Hər gün dərslərə gəlib-getmək onlar üçün əlavə yük yaradır və düşünürəm ki, belə bir imkanın tanınması maliyyə xərclərinin azalması baxımından əlverişli fürsət yarada bilər. Baza baxımından da hazırda bizim İqtisadiyyat Universiteti bu sahədə daha əlverişli imkanlar yaradıb. Demək olar ki, distant təhsil üçün lazım olan bütün şərait mövcuddur. Bundan əlavə, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Pedaqoji Universitet, Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələrimiz də çox asanlıqla məsafədən təhsilə keçid edə bilərlər. Burada hər hansı ciddi çətinlik olacağını düşünmürəm və bu, tələbələr üçün olduqca ideal imkanlar yarada bilər. Eyni zamanda tələbələrin iş imkanlarına və təcrübə qazanmasına da böyük töhfə verə bilər”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri