Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Universitetlərdə həftədə 2 3 gün dərslər distant keçirilməlidir Təhsil eksperti

Universitetlərdə həftədə 2 3 gün dərslər distant keçirilməlidir Təhsil eksperti

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

"Son günlərdə müşahidə olunan hava şəraiti bir daha göstərdi ki, universitetlərdə ən azı həftədə 2-3 gün onlayn təhsil tətbiq edilməlidir. Metro və avtobusların boş olması, şəhərdə hərəkətin xeyli azalması bu məsələnin nə qədər vacib olduğunu sübut edir.

Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələr artıq qar, yağış və digər hava şəraitindən asılı olmayaraq, universitetlərdə hibrid təhsil modelinə keçid ediblər. Məsələn, ABŞ, Kanada, Almaniya və Finlandiya kimi ölkələrdə bir çox universitetlər həftədə bir neçə gün dərsləri onlayn formatda təşkil edir. Bu, tələbələrə daha rahat və çevik təhsil almağa imkan yaratmaqla yanaşı, şəhər infrastrukturuna və nəqliyyat sisteminə düşən yükü də azaldır".

Bu sözləri Sitat.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, onlayn təhsilin müəyyən günlərdə tətbiqi xüsusilə qış aylarında və pis hava şəraitində tələbələrin rahatlığını təmin edə bilər: " Tələbələr hər gün kilometrlərlə yol qət etmək, qarlı və buzlu yollarda hərəkət etmək məcburiyyətində qalmayacaqlar. Həmçinin, bu, universitetlərin kommunal xərclərini azaltmağa, auditoriya yükünü optimallaşdırmağa və texnoloji imkanları daha geniş tətbiq etməyə kömək edə bilər.

Bundan əlavə, tələbə sayının ictimai nəqliyyatda sıxlıq yaratması və şəhərdaxili hərəkətə mənfi təsir göstərməsi də nəzərə alınmalıdır. Universitetlərdə dərslər tamamilə ənənəvi formatda keçirildikdə, səhər və axşam saatlarında avtobus və metroda sıxlıq kəskin şəkildə artır. Bu, yalnız tələbələrin deyil, işə gedən digər vətəndaşların da rahatlığını məhdudlaşdırır və nəqliyyatın iflic olmasına səbəb olur. Xüsusilə BDU, ADNSU, ADPU, UNEC kimi böyük universitetlərin yerləşdiyi ərazilərdə səhər saatlarında ciddi tıxaclar yaranır. Artıq bir sıra dərslərin onlayn olması hərəkət sıxlığının azalmasına gətirib çıxaracaq, bu da ictimai nəqliyyatda yükü azaldacaq və şəhərin ümumi hərəkət sistemini daha rahat edəcək. Universitetlərin həftənin müəyyən günlərində distant təhsil sisteminə keçməsi nəqliyyatda sərnişin axınının daha balanslı olmasını təmin edəcək və səhər saatlarında yollarda tıxacları minimuma endirəcək".

Təhsil eksperti vurğulayıb ki, hazırda ölkəmizdə universitetlərin böyük əksəriyyəti onlayn tədris imkanlarına malikdir:  "Pandemiya dövründə universitetlər onlayn dərs keçmək üçün zəruri texniki bazanı yaratdılar və bu sistem effektiv şəkildə işlədi. Bəs niyə bu imkanlardan indi istifadə olunmur? Onlayn dərslər təkcə pandemiya zamanı yox, tədris prosesinin bir hissəsi kimi sistemli şəkildə tətbiq edilməlidir.

Tələbələrin rahatlığı və təhsilin keyfiyyətini qorumaq üçün universitetlərdə həftədə ən azı 2-3 gün distant dərslərin keçirilməsi rəsmi qaydada tətbiq olunmalıdır. Bu, təkcə hava şəraiti ilə bağlı deyil, həm də müasir dövrdə təhsilin daha çevik və əlçatan olması üçün vacib addımdır. Nəqliyyat yükünün azalması, tələbələrin vaxta qənaət etməsi, şəhərdə tıxac və sıxlığın azalması və universitetlərin daha effektiv idarə olunması baxımından bu, müasir təhsil sisteminin zəruri tələblərindən biri olmalıdır. Bu yanaşma yalnız tələbələr üçün deyil, bütün şəhər sakinləri üçün də daha rahat və səmərəli nəqliyyat infrastrukturunun formalaşmasına kömək edəcək".

Fatimə,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri