Icma.az
close
up
RU
Universitetlərdə plagiat həddi: Neçə faizə qədər qəbul edilir? SORĞU

Universitetlərdə plagiat həddi: Neçə faizə qədər qəbul edilir? SORĞU

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali təhsil müəssisələrində təhsil keyfiyyətini və elmi dürüstlüyü qorumaq baxımından plagiatın qarşısının alınması olduqca mühümdür. Belə ki, bu problem təkcə tələbələrin etik dəyərləri deyil, həm də ali təhsil sisteminin bütövlüyünü və cəmiyyətin elmə olan etimadını təhdid edir.

Bəs, görəsən, universitetlərdə neçə faiz plagiat texniki olaraq qəbul edilə bilər və bu faiz həddi müəyyən olunarkən hansı meyarları əsas götürülür?

Modern.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Mahmudzadə qeyd edib ki, universitetdə 5 faiz plagiat texniki olaraq qəbul edilir:

“Bu da AAK-ın qoyduğu qaydalara əsasəndir”.

Xəzər Universitetinin Media üzrə rəhbəri Əlövsət Əmirbəyli söyləyib ki, universitetdə plagiat faizi 15-20 arasıdır:

“Əgər plagiatın həddi 20%-dən artıq olarsa o zaman həmin iş ləğv edilir”.

Azərbaycan Dillər Universitetinin ( ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı qeyd edib ki, buraxılış işi və kurs işi tələbələrdən tələb olunmur:

“Magistratura üzrə təhsil alan tələbələr isə tədris müddətinin sonunda magistr buraxılış işi təqdim edirlər. Həmin buraxılış işləri elm şöbəsi tərəfindən plagiat proqramı vasitəsilə Ali Attestasiya Komissiyasının qərarı əsasında müvafiq faiz tətbiq edilir. Belə ki, bu 6%-ə qədərdir. Həmin təqdim olunan magistr işləri elm şöbəsi tərəfindən plagiyatı yoxlanılır”.

Azərbaycan Turizm və Memarlıq Universitetinin (ATMU) mətbuat katibi Sədaqət Turabova bildirilib ki, bakakavr pilləsində təhsil təhsil alan tələbələrin təqdim etdiyi buraxılış və kurs işləri antiplagiat yoxlamasına salınmır:

“Magistr pilləsində təhsil alan tələbələrin təqdim etdiyi dissertasiya işləri daxili qaydalara əsasən plagiat 2-ci oxşarlıq əmsalına görə 15%,1-ci oxşarlıq əmsalına görə isə 30%, doktorantura səviyyəsində isə 2-ci oxşarlıq əmsalı 5% olaraq qəbul edilir”.

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova vurğulayıb ki, universitetdə yerinə yetirilən bütün növ akademik elmi tədqiqat, kitab, dərslik, dərs vəsaitlərinin, magistr dissertasiyalarını hazırlanması zamanı müəlliflərdən beynəlxalq elmi etika və akademik dürüstlük prinsiplərinin qəbulu və onlara ciddi şəkildə riayət olunmaı tələb edilir:

“Universitetdə bu istiqamətdə akademik dürüstlüyün təmin edilməsi məqsədilə 2019-cu ildən etibarən plagiat yoxlanışlarını həyata keçirir. Yoxlanışlar universitetin əməkdaşlıq etdiyi platforma vasitəsilə aparılır.

Yeni təhsil proqramlarında bakalavriat səviyyəsi üzrə bizim universitetdə tədris olunan ixtisaslarda artıq tələbələrdən buraxılış işi yazılması tələbi yoxdur. Magistr dissertasiyalarında isə akademik dürüstlüyün qorunması tələbləri aşağıdakı kimi müəyyən edilmişdir:

Oxşarlıq əmsalı 1 üzrə 15 faiz

Oxşarlıq əmsalı 2 üzrə 5 faiz

Müvafiq tələb üzrə tələbənin elmi tişində plagiat müəyyən edilmiş normadan yüksək aşkar edilərsə, düzəliş üçün ona yenidən şans verilir”.

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın sözlərinə görə,magistrantların magistrlik dissertasiyalarının “StrikePlagiarism” antiplagiat sisteminin yoxlamasından keçirilməsi və müvafiq arayışın təqdim olunması tələb olunur:

“Buna əsasən I oxşarlıq əmsalı 50%-dən, II oxşarlıq əmsalı isə 5%-dən çox olmamalıdır. Antiplagiat sisteminin əsas məqsədi Beynəlxalq təcrübəyə uyğun olaraq elmi işlərdə olan oxşarlıqların yoxlanılmasını təşkil etməkdir”.

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd edib ki, antiplagiat sistemi üzrə universitetdaxili qaydalara əsasən, Magistr Dissertasiyaları üzrə I oxşarlıq əmsalı 25%-dən çox, II oxşarlıq əmsalı 5%-dən çox olmamalıdır:

“Antiplagiat sistemi üzrə qaydalar № 20-IQ, 07 fevral 1996-cı il tarixli “Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu; № 115-IQ, Bakı şəhəri, 5 iyun 1996-cı il tarixli Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu; Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 464№-li 2016-c il 05 iyul tarixli əmri ilə tənzimlənir”.

Bakı Slavyan Universitetindən (BSU) məlumat verilib ki, bakalavr pilləsində diplom işi (bakalavr işi) ləğv edilib:

“Magistratura səviyyəsində təqdim olunan magistr dissertasiyaları isə plagiatlıq yoxlamasından keçirilir və yalnız 6 faizə qədər oxşarlıq faizi ilə qəbul olunur.

Bütün bu yanaşmalar Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının (AAAK) müəyyən etdiyi meyarlar əsasında həyata keçirilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri