Icma.az
close
up
RU
Universitetlərdə hansı yeni ixtisaslar yaradılır? AÇIQLAMA

Universitetlərdə hansı yeni ixtisaslar yaradılır? AÇIQLAMA

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, universitetlərdə bakalavr dərəcəsi üzrə 7, magistratura pilləsi üzrə 20 və rezidentura üzrə 8 yeni ixtisas yaradılacaq. Bəs bu ixtisaslar hansılar olacaq?

Təhsil eksperti Ramin Nurəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda bakalavriat səviyyəsində 153 ixtisas təsnifata daxil edilib. Bu ixtisaslardan yeddisi isə hələ rəsmi olaraq təsdiqlənməyib:

“Lakin abituriyent jurnalı çıxanda bu məsələnin tam dəqiqliyi açıqlanacaq və yeddi yeni ixtisasın əlavə edildiyi bildiriləcək. Bu yeni ixtisaslar müasir dövrün tələblərinə uyğun olaraq birinci ixtisas qrupunu da əhatə edəcək kompüter yönümlü sahələri əhatə edir. Bu ixtisasların içərisində ən diqqət çəkənlərdən biri “Data analitikası” ixtisasıdır. Müasir dövrdə məlumatların doğru şəkildə idarə olunması və qorunması məsələsi çox vacibdir. Dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilatlar müxtəlif texnoloji avadanlıqlarla məlumatları saxlayır, bu səbəbdən məlumatların düzgün şəkildə qorunması və itirilməməsi üçün mütəxəssislərə ehtiyac var. Data analitikası ixtisası məhz bu məqsədlə əhəmiyyətlidir. Bu sahədə peşəkarlar məlumatların düzgün idarə olunması və qorunması istiqamətində mühüm rol oynayacaqlar. Bununla yanaşı, Riyaziyyat-İnformatika (Rİ) alt qrupuna bu ixtisasın əlavə olunması abituriyentlərin seçimində daha çox seçim imkanı yaradacaq və nəticədə digər ixtisaslara olan tələbatı da artıracaq”.

Ekspertin sözlərinə görə, proqram təminatı mühəndisliyi də mühüm ixtisasdır. Bu kompüter yönümlü ixtisaslar sırasına daxildir və Rİ alt qrupunda olacağı təxmin edilir.

R.Nurəliyev heyvandarla bağlı yeni ixtisasların yaradılmasından da danışıb:

“Hal-hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsində müxtəlif ixtisaslar mövcuddur, lakin xüsusi olaraq heyvandarlıq sahəsi üzrə ixtisaslar yox idi. Bu ixtisasın əlavə edilməsi ilə kənd təsərrüfatı sahəsinin inkişafına yeni bir nəfəs gələcək. Məsələn, Gəncə Aqrar İnstitutunda kənd təsərrüfatı ixtisasları var idi, amma orada heyvandarlıqla bağlı xüsusi tədris proqramları yox idi. Bu yeni ixtisasın əlavə olunması ilə heyvandarlıq sahəsinin inkişafına ciddi təkan veriləcək və bu sahədə mütəxəssislər yetişdiriləcək. Kənd təsərrüfatı texnologiyası ixtisası da mühüm bir sahədir. Müasir dövrdə kənd təsərrüfatında texnoloji avadanlıqlardan istifadə olunmadan irəliləyiş əldə etmək çətindir. Bu ixtisasın tədrisi ilə fermerlər müasir texnologiyaları daha effektiv istifadə etməyi öyrənəcəklər və bu da kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq”.


Təhsil eksperti qeyd edib ki, dietologiya ixtisası da müasir dövrün tələblərinə uyğun olaraq əlavə olunub:

“Qidalanma məsələləri günümüzdə önəmli mövzulardan biridir və cəmiyyətdə düzgün qidalanma və dietik qida məhsullarına olan tələbat artır. Bu sahədə mütəxəssis çatışmazlığı mövcuddur, buna görə də dietologiya üzrə təhsil verən ixtisasın tədrisi vacibdir. Bu ixtisası bitirən mütəxəssislər, düzgün qidalanma və dietik qida məhsullarının istifadəsi ilə bağlı cəmiyyətə peşəkar yardım göstərə biləcəklər”.

Riyaziyyat və fizika müəllimliyi ixtisasının yaradılmasını təqdirəlayiq hesab edən R.Nurəliyev bildirib ki, əvvəlki illərdə bu ixtisaslar ayrı-ayrılıqda tədris olunurdu, amma indi onların birləşdirilməsi qərarı verilib:

“Riyaziyyat və fizika bir-birini tamamlayan fənlər olduğu üçün bu iki fənnin bir müəllim tərəfindən tədris edilməsi təhsil sahəsində mühüm irəliləyişlərə səbəb olacaq. Bu, həm də müəllimlərin həm riyaziyyat, həm də fizika istiqamətində tədris etmələrini təmin edəcək. Yazılı mühəndislik ixtisası isə müasir dövrün ən tələblərindən biridir, amma təəssüf ki, bu ixtisas hələ əlavə olunmayıb. Yazılı mühəndislik, xüsusilə hava nəqliyyatı sahəsində, məsələn, insansız hava vasitələrinin (PUA), helikopterlərin, yəni hava nəqliyyatının idarə olunmasında mühüm rol oynayır. PUA-ların istehsalına və idarə edilməsinə dair tədris proqramlarının hazırlanması gərəkdir. Mən ümid edirəm ki, gələcək illərdə bu ixtisasın tədrisinə başlanacaq”.

Onun fikrincə, kənd təsərrüfatı və kibertəhlükəsizlik sahələrində kompüter yönümlü ixtisasların əlavə edilməsi diqqət çəkicidir:

“Müasir dövrün tələblərinə cavab verən ixtisasların tədrisi bir çox köhnəlmiş ixtisasların çıxarılmasını şərtləndirir. Çıxarılan ixtisaslar artıq müasir tələblərə uyğun olmayan sahələrdir. Lakin əlavə olunan yeni ixtisaslar dünya üzrə ehtiyac duyulan sahələrə yönəlmiş ixtisaslardır. Magistratura və doktorantura ixtisasları arasında da, xüsusilə kompüter yönümlü ixtisasların, kənd təsərrüfatı texnologiyalarının inkişafını nəzərə alaraq yeni istiqamətlərə meyil göstərilmişdir. Kənd təsərrüfatı sahəsində artıq yalnız ənənəvi üsullarla inkişaf mümkün deyil. Kənd təsərrüfatının texnologiyası, müasir texnoloji avadanlıqlardan istifadə edərək bu sahənin inkişaf etdirilməsi zəruridir. Bu səbəbdən kənd təsərrüfatının texnologiyası kimi yeni bir ixtisasın əlavə olunması vacibdir. Eyni zamanda kompüter yönümlü ixtisaslardan biri olan "Data analitikası" da vacib ixtisaslardan biridir. Data analitikası məlumatların saxlanması, idarə olunması və düzgün istiqamətləndirilməsini təmin edən bir sahədir. Magistratura və doktorantura ixtisaslarında müasir dövrün tələblərinə uyğun ixtisasların əlavə edilməsi, həm də dünya ilə ayaqlaşma və texnoloji inkişafı təşviq etmək məqsədi güdür”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanmışdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Mart 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri