Icma.az
close
up
RU
Universitetlərdə boş yerlər qalacaq? AÇIQLAMA

Universitetlərdə boş yerlər qalacaq? AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

2026-cı il üzrə ali məktəblərə qəbul imtahanları başa çatdıqdan sonra universitetlərin qəbul planını tam doldurub-doldurmayacağı əsas müzakirə mövzularından birinə çevrilib.

Modern.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədov bildirib ki, builki qəbul kampaniyasında ali təhsil müəssisələri plan yerlərini doldurmaqda ciddi çətinliklə üzləşməyəcək.

Ekspertin sözlərinə görə, abituriyentlər arzuladıqları peşəyə deyil, Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi ixtisas qrupları və topladıqları bala uyğun seçim etmək məcburiyyətində qalırlar.

"Bu gün Azərbaycanda ali təhsil müəssisələrinə qəbul abituriyentlərin arzusuna, istəyinə və iradəsinə bağlı deyil. Onlar yalnız blok imtahanında topladıqları nəticəyə uyğun ixtisas seçə bilirlər. Bu isə gələcəkdə əmək bazarında müəyyən uyğunsuzluqlar yaradır. Hüquqşünas olmaq istəyən tarix müəllimi, həkim olmaq istəyən biologiya müəllimi, tərcüməçi olmaq istəyən isə ingilis dili müəllimi ola bilir", – deyə o bildirib.

Məzahir Məmmədov qeyd edib ki, builki qəbul kampaniyasında müəllimlik ixtisasları üzrə plan yerlərinin müəyyən qədər azaldılması həmin istiqamətdə keçid ballarının yüksəlməsinə səbəb ola bilər.

Onun fikrincə, 500–600 bal aralığında nəticə göstərən və prestijli ixtisaslara iddialı olan abituriyentlər üçün ciddi dəyişiklik gözlənilmir. Lakin aşağı bal toplayanlar ixtisas seçimində daha çox çətinliklə üzləşəcəklər.

"Xüsusilə 150–200 bal aralığında nəticə göstərən abituriyentlər üçün seçim imkanları daha məhdud olacaq. Buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha çətin keçməsi də ümumi mənzərəyə təsir edib", – deyə ekspert vurğulayıb.

Universitetlərdə plan yerlərinin boş qalacağı ilə bağlı ehtimallara münasibət bildirən Məzahir Məmmədov hesab edir ki, bu il belə bir problem yaşanmayacaq.

"150 ballıq abituriyentlər arasında belə kifayət qədər rəqabət var. Buna görə də hesab etmirəm ki, universitetlər qəbul planını doldurmaqda ciddi çətinlik çəksin və ya çoxlu boş yerlər qalsın", – deyə təhsil eksperti əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri