Icma.az
close
up
RU
Universitetlərimiz qlobal reytinqlərdə neçənci sıradadırlar?

Universitetlərimiz qlobal reytinqlərdə neçənci sıradadırlar?

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycan universitetlərinin reytinq problemi onların elmi fəaliyyətindən və beynəlxalq arenada tanınmasından asılıdır. Universitetin əsl dəyəri onun elmi tədqiqat potensialı və dünya səviyyəsində qəbul olunan akademik nailiyyətləri ilə ölçülür. Əgər bir müəllimin nüfuzlu elmi jurnalda bir məqaləsi belə yoxdursa, bu, onun elmi fəaliyyətinin effektivliyinə ciddi şübhə yaradır. Akademik mühitdə tədqiqat olmadan universitetin inkişaf etməsi mümkün deyil.

Bakı Dövlət Universiteti bu sahədə Azərbaycanın aparıcı ali təhsil müəssisəsidir. BDU uzun illər ərzində formalaşmış akademik mühitə, elmi ənənələrə və geniş tədqiqat bazasına malikdir. Universitetin alimləri müxtəlif sahələrdə beynəlxalq elmi jurnallarda məqalələr dərc edir, konfranslarda iştirak edir və qlobal elmi diskussiyalara qoşulurlar. BDU-nun məzunları və akademik heyəti arasında tanınmış alimlər, siyasətçilər və mütəxəssislər yer alır ki, bu da universitetin ölkə üçün əhəmiyyətini göstərir.

Bununla belə, ümumi mənzərə hələ də arzuolunan səviyyədə deyil. Elmi fəaliyyətə verilən dəyər və tədqiqatların keyfiyyəti ölkə universitetlərinin dünya reytinqlərindəki mövqeyinə birbaşa təsir göstərir. Kağız üzərində yazılıb qalan, reallıqda isə elmi inkişafı stimullaşdırmayan dissertasiyalar universitetlərə heç bir töhfə vermir. Əksinə, belə elmi işlərin olmaması bəzən daha faydalıdır, çünki onlar yalnız statistikanı doldurmaq üçün hazırlanır və akademik mühitə real təsir göstərmir.

Azərbaycan universitetlərinin qlobal akademik mühitdə yer tutması üçün fundamental islahatlara ehtiyac var. Xaricdə təhsil almış və yüksək səviyyəli tədqiqat aparan alimlərin ölkəyə cəlb edilməsi vacibdir. Lakin hazırkı təhsil sistemi onların işləməsi üçün əlverişli mühit yaratmır. Akademik azadlıq, tədqiqatlara ayrılan maliyyə vəsaiti və beynəlxalq əməkdaşlıqlar universitetin inkişafında mühüm rol oynayır. Bunlar olmadan yüksək reytinqli universitetlər qurmaq mümkünsüzdür.

Reytinq məsələsini həll etməyin yolu sadə görüntü yaratmaq deyil, fundamental dəyişikliklər etməkdir. Universitetlərin tədqiqat mərkəzlərinə çevrilməsi, alimlərin iş şəraitinin yaxşılaşdırılması və dünya elmi ictimaiyyətinə inteqrasiya təmin edilməlidir. Əks halda, universitetlər sadəcə diplom verən müəssisələr kimi qalacaq və qlobal reytinqlərdə geriləməyə davam edəcək.

Kamran ƏSƏDOV, 

təhsil eksperti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri