Icma.az
close
up
RU
Universitetlərlə valideynləri üz üzə gətirən problem

Universitetlərlə valideynləri üz üzə gətirən problem

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Oğlum Qərbi Kaspi Universitetinin ikinci kursunda ödənişli əsaslarla təhsil alır. Qəbul olan il 2500 AZN olan təhsil haqqını birdəfəlik köçürdük. O vaxt bildirildi ki, növbəti ildən ödənişi iki semestr ərzində və ya hissə-hissə ödəyə bilərsiniz. Amma bu günlərdə oğlumun telefonuna universitetdən gələn "sentyabrın 15-ə qədər təhsil haqqının hamısını ödəməlisiniz” xəbərdarlığı bizi çətin vəziyyətə salıb. Universitetlə əlaqə saxlayıb narazılığımızı bildirdik. Dedilər ki, güzəşt yalnız şəhid ailələrinə, veteranlara, qazilərə olunur, qalan tələbələr ödənişi birdəfəlik köçürməlidir”. 

Redaksiyamıza daxil olan müraciətlə bağlı sözügedən ali məktəbin fakültə üzrə dekanı ilə əlaqə saxladıq. O da bu ildən belə bir qərar qəbul olunduğunu təsdiqlədi. 

Ali təhsil ocaqlarının ödənişli əsaslarla oxuyan tələbələrə münasibətində yaranan bu dəyişikliyin səbəbi həqiqətən ziddiyyətlidir. 

Elm və Təhsil Nazirliyindən bildirildi ki, Nazirliyin Kollegiyasının 2 sentyabr 2016-cı il tarixli 3-1/1 nömrəli qərarına əsasən, ali təhsil müəssisələrinə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldıqları müddətdə yarımilliklər üzrə ödəmələrinə şərait yaratmaları tövsiyə edilib: "Eyni zamanda bildiririk ki, təhsil haqqının ödənilmə forması, müddəti və mərhələləri hər bir ali təhsil müəssisəsinin müəyyən etdiyi daxili qaydalarla tənzimlənir. Güzəştlərin tətbiqi də həmin ali təhsil müəssisələrinin səlahiyyətindədir və onlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq həyata keçirilir”. 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimovanın fikrincə, təhsil haqqının birdəfəlik ödənilməsi bəzi ailələr üçün ağır olur: "Əlbəttə, ödənişin yarımillik, hətta rüblük bölünməsi daha çevik yanaşmadır və sosial ədalət baxımından da uyğundur”. Millət vəkili bildirdi ki, bəzi özəl universitetlər maliyyə sabitliyi üçün daha çox birdəfəlik ödənişi üstün tuturlar: "Onların büdcə planlamasında bu, rahatlıq yaradır. Amma sosial çətinliyi olan ailələri nəzərə almaq lazımdır. Elm və Təhsil Nazirliyinin ödənişlərin hissə-hissə ödənilməsi ilə bağlı tövsiyəsi əslində tələbə hüquqlarının qorunmasına yönəlib. Lakin bu tövsiyə məcburi xarakter daşımadığından bəzi özəl universitetlər istədikləri qaydanı tətbiq edirlər”. E.Akimovanın fikrincə, yaxşı olar ki, qaydalar tədris ili başlamazdan əvvəl müqavilədə aydın şəkildə göstərilsin və sonradan dəyişdirilməsin: "Ailələrin ödəmə qabiliyyəti nəzərə alınmalı, təhsil haqqı ödəmələrinin bölünməsi daha çox yayğın olmalıdır. Bu işdə məncə, xüsusi dövlət nəzarəti olmalıdır. Yəni nazirliyin tövsiyəsi tövsiyə olaraq deyil, hüquqi norma kimi tətbiq olunsa, tələbələrin sosial müdafiəsi daha güclü olar”.

Kembric Universitetinin professoru Qərib Mürşüdov Böyük Britaniya universitetlərindəki təhsil haqqı ödənişləri haqqında məlumat verərək bildirdi ki, orada özəl universitetlər azdır: "Əksər və ən məşhur ali təhsil ocaqları dövlət universitetləridir. Amma dövlət universitetlərində də təhsil pulsuz deyil. Hər bir yerli tələbə dövlət universitetində oxuyanda hər il 9-10 min funt ödəməlidir. Bunu ödəmək üçün xüsusi borc sistemi var. Tələbələr borc götürür və ancaq iş tapandan sonra borcları ödəyirlər”. Professorun sözlərinə görə, Böyük Britaniyada özəl universitetlərdə belə tələbə borclarına çıxış məhdud olur: "Ailə vəziyyətlərindən asılı olaraq, tələbələr həm dərs pulu, həm də yaşamaq üçün borclar ala bilirlər. Böyük Britaniyada orta məktəb şagirdləri üç və ya beş il əvvəlcədən bilirlər ki, təhsil haqqı nə qədərdir. Təhsil haqqının məbləğini dəyişmək üçün xüsusi dövlət qurumu qərar verməlidir və bu, cəmiyyətdə müzakirə olunur. Bunu da ancaq bir neçə ildən sonra dəyişmək mümkündür”. Q.Mürşüdov hesab edir ki, əgər universitet tələbə ilə bağlanan müqaviləni pozubsa, onu məhkəməyə vermək lazımdır: "Hər bir addım qanun çərçivəsində idarə edilməlidir. Əgər universitet təhsilini tənzimləyən qanunlar yoxdursa, onda bu haqda fikirləşmək lazımdır. Təəssüf ki, hazırda əlaqədar qurumların buna vaxtı yoxdur. Onlar uzun müddət problemlər içərisində olan orta məktəb təhsilinin müasirləşməsi ilə məşğuldurlar”.

Təhsil məsələləri üzrə ekspert Asif Cahangirov hesab edir ki, universitetlər verdikləri qərarları özlərinin iqtisadi durumu, strateji planları ilə bağlayırlar. Əgər universitet bu qərarı verirsə, demək onun bir əsası var. Universitet hansısa razılaşma ilə fərdi qaydada güzəşt də edə bilər. Bu baxımdan, universitetə göstəriş vermək düzgün olmaz. Onların öz planları var. Nazirlik tövsiyəsini verib, qalanı universitetin daxili işidir”. Ekspert bildirir ki, Çində özəl beynəlxalq məktəblərə valideynlər ödənişi ildə bir dəfə edir: "Amma bizdə elə müəssisə var ki, yarım ildən bir, eləsi var rübdə bir dəfə istəyir. Elə təhsil ocağı da var ki, hər ayda bir dəfə ödəməyə imkan yaradır. Bu, universitetlərin özləri üçün müəyyənləşdirdikləri qaydalardan asılı olan məsələdir”.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see358

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see325

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see320

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see305

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see296

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see286

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see269

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see259

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see257

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see254

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see248

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see243

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see242

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see242

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see233

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see230

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see228

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see200

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see196

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri