Icma.az
close
up
RU
Universitetlərlə bağlı YENİLİK 4 illik təhsil...

Universitetlərlə bağlı YENİLİK 4 illik təhsil...

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cəmiyyətin inkişafı və bazar tələbləri baxımından müsbət təsirlər yarada bilər, amma eyni zamanda, tələbələrin dərin biliklərə yiyələnməsinin və nəzəri təhsilin zəifləməsinin qarşısını almaq üçün tədris prosesinin düzgün qurulması vacibdir.

Maraqlıdır, Azərbaycanda hansı ixtisaslar üzrə təhsil müddəti qısaldıla bilər və bu dəyişiklik təhsilin keyfiyyətinə nece təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, universitetlərdə təhsil müddəti qısaldılsa da, tədrisin dəyəri və keyfiyyəti qorunmalıdır:

”Azərbaycanda ali təhsilin yeni mərhələyə qədəm qoyduğu bu dövrdə təhsil müddətinin qısaldılması məsələsi aktuallaşmaqdadır. Bu ideya xüsusilə əmək bazarının çevik tələbləri, sürətlə dəyişən texnologiyalar və gənclərin təhsildən əmək fəaliyyətinə daha tez keçmək istəyi fonunda gündəmə gəlir. Lakin burada əsas məsələ sadəcə müddətin azaldılması deyil, tədrisin məzmununun səmərəliliyi, tətbiq yönümlülüyü və keyfiyyəti ilə bu müddətin necə uzlaşdırılacağıdır.”

Təhsil müddətinin qısaldılması hansı sahələrdə daha real və effektiv görünür?

Ekspert bildirib ki, təhsil müddətinin qısaldılması, əsasən, texniki sahələrdə daha mümkündür.

Düşünürəm ki, təhsil müddətinin qısaldılması ilk növbədə texniki və texnoloji ixtisaslarda daha real görünür. Çünki bu sahələrdə praktik bacarıqların qazanılması və əmək bazarına sürətli inteqrasiya ön plandadır. Müasir texniki peşələr üzrə ixtisaslaşma çox zaman 3-3.5 ilə mümkündür.

Əgər kurikulum doğru planlaşdırılarsa, təcrübə proqramları gücləndirilərsə və nəzəriyyə-laborator balansı qorunarsa, burada təhsil müddətini 4 ildən 3 ilə endirmək, lakin keyfiyyəti qorumaq mümkündür.

Humanitar və pedaqoji ixtisaslarda isə məsələ daha mürəkkəbdir. Xüsusilə müəllim hazırlığında təkcə fənn biliyi deyil, psixopedaqoji hazırlıq, praktikalar və tədris metodikası böyük yer tutur. Bu baxımdan pedaqoji ixtisaslarda təhsil müddətini qısaltmaq yalnız o halda müsbət nəticə verə bilər ki, paralel şəkildə təhsil proqramları optimallaşdırılsın, təlim keyfiyyəti artırılsın və innovativ tədris modelləri tətbiq olunsun. Əks halda, müəllimlərin peşə hazırlığı zəifləyə, bu da məktəbdaxili təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər”.

Ekspertin sözlərinə görə bəzi humanitar sahələrdə – məsələn, sırf nəzəri fənlər üzərində qurulan ixtisaslarda, əgər magistratura pilləsi mütləq davam kimi planlaşdırılırsa, bakalavr müddətinin 4 ildən 3 ilə endirilməsi mümkündür:

“Bu, bir çox Avropa ölkələrinin təcrübəsində də var. Lakin burada diqqət edilməli əsas məqam ondan ibarətdir ki, qısaldılmış təhsil təkcə illərlə ölçülməməlidir. Təhsil keyfiyyət göstəricilərinin qorunması əsas hədəf olmalıdır.

Bir sözlə təhsil müddətinin qısaldılması ideyası özü-özlüyündə nə müsbət, nə də mənfidir. O, necə həyata keçiriləcəyindən asılı olaraq müsbət nəticələr də verə bilər, təhsilin dərinliyinə zərbə də vura bilər. Buna görə də islahatlar həyata keçirilərkən təkcə zaman ölçüsü deyil, tədrisin mahiyyəti, təlim nəticələri və cəmiyyətin ehtiyacları nəzərə alınmalıdır”- deyə ekspert bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri