Icma.az
close
up
RU
Uolts: “Dünya Ukraynadakı qırğının

Uolts: “Dünya Ukraynadakı qırğının

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ-nin gələcək prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri təyin etməyi planlaşdırdığı konqresmen Maykl Uolts “CBS News” telekanalına müsahibəsində belə deyib.
“Prezident Tramp, səhv etmirəmsə, “Time” jurnalına müsahibəsində demişdi ki, “boş qəbz” strategiya deyil. Bu, bizim sürükləndiyimiz kimi görünən, sonsuz müharibədir”, - Trampın gələcək potensial müşaviri vurğulayıb.
Uoltsun fikrincə, limitsiz maliyyə təmin etməklə Ukraynaya “boş qəbz” yazmaq əvəzinə, Vaşinqton Kiyevə dəstək verməklə nəyə nail olduğuna diqqət yetirməlidir. O, ümid etdiyini bildirib ki, “sabitlik bərpa olunacaq” və “qırğınlar müvəqqəti yox, həmişəlik dayandırılacaq”. Trampın komandasının üzvü, həmçinin qeyd edib ki, ABŞ-nin gələcək administrasiyası müharibəni bitirmək üçün ilk addım kimi atəşkəsin əldə olunmasına çalıçacaq.
- Ümid edirəm ki, bütün dünya Ukraynanın şərqində baş verən qırğınların müəyyən şəkildə dayandırılmasını istəyəcək. Bu Birinci Dünya müharibəsi üslubunda gedən bir müharibədir. Bu, insanların ətini çəkən maşınıdır. Prezident Tramp davam edən qırğından çox narahatdır. Biz döyüşləri dayandırmalıyıq. Bilirsiniz, əgər ilk addım kimi bu, atəşkəsdirsə, bunun nə demək olduğunu diqqətlə nəzərdən keçirəcəyik”, - Maykl Uolts diqqətə çatdırıb.
Trampın gələcək müşaviri, eyni zamanda, bildirib ki, yanvarın 20-də, ABŞ-nin yeni prezidentinin andiçmə mərasimindən əvvəl bu cür təşəbbüsləri Co Bayden administrasiyası ilə əlaqələndirilmək lazım gəlir.
Qeyd edək ki, “boş qəbz” ifadəsi ilə amerikalılar adətən qeyri-məhdud maliyyələşməni nəzərdə tuturlar. Başqa sözlə desək, pulu alan şəxs özü bu qəbz üçün ona ayrılan məbləği “boş qəbz”ə yazır.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri