Urban Expo : Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Urban Expo" sərgisində nümayiş etdirilən pavilyonlardan biri də "ICA Group"a məxsus olub.
AZƏRTAC xəbər verir ki, pavilyonda Azərbaycanlı gənclərin startapı sərgilənib. Ekoloji materiallardan hazırlanan bloknot, karandaş və qələmdən ibarət olan startap həm ölkə, həm də dünya üzrə ardıcıl iki dəfə birinci olub.
Bloknotun üz qabığı kraft kağızdan, səhifələri isə yenidən emal olunmuş kağızlardan hazırlanıb, sonuncu səhifə toxunub.
Ekoloji karandaşa kapsula, onun içərisinə isə toxumlar yerləşdirilib. Karandaşı istifadə etdikdən sonra toxumları torpağa əkmək mümkündür. Son nəticədə əkilən toxumların yerində bitkilər bitir. Karandaşın tutacağı isə yenidən istifadə edilə bilər. Buna görə də karandaş tamamilə sıfır tullantı hesab edilir.
Qələm də ekoloji materiallardan hazırlanıb. Plastiklər yenidən emal olunub, hissələrdən biri toxumludur. Qələmi istifadə edib bitirdikdən sonra həmin hissəni çıxarıb əkmək olar. Orada yenidən bitkilər bitir.
Müxbir - Göyçək Mahmudlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 May 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















