Icma.az
close
up
RU
Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı

Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı

Icma.az, Milli.az saytına istinadən bildirir.

İngiltərədə yaşayan ürək cərrahı Dr. Jeremy London evdə 5 dəqiqəlik sadə testlə ölümcül ürək xəstəliyini aşkar etməyin yolunu izah edib.

Milli.Az xəbər verir ki, Dr. London sosial şəbəkədə izləyicisinin "Qan testi, rentgen və ya EKG olmadan ürək damarlarında tıxanıqlıq olub-olmadığını necə bilə bilərik?" sualına cavab verərək sadə üsul paylaşıb. O, insanlara bədənlərinin siqnallarına diqqət yetirməyi və sadə testlə ürək xəstəliklərini erkən mərhələdə müəyyən etməyi tövsiyə edib.

Dr. Londonun təklif etdiyi metodda, əvvəlcə bir neçə dəqiqə ərzində fiziki fəaliyyətlə məşğul olmağınız və ürək döyüntüsünü artıracaq fəaliyyət etməyiniz lazımdır. Məsələn, intensiv idman və ya ev işi etmək ürəyin döyüntüsünü sürətləndirə bilər. Bu fəaliyyətlərdən sonra bir neçə dəqiqə istirahət etməyiniz və yaranan simptomların davam edib-etmədiyini müşahidə etməyiniz önəmlidir. Əgər məşq və ya fiziki fəaliyyət zamanı sinə ağrısı, sıxılma, nəfəs darlığı və ya qol ağrısı kimi simptomlar hiss edirsinizsə, amma dincəldikdən sonra bu ağrılar və narahatlıqlar sürətlə keçirsə, Dr. London bunun "qırmızı bayraq" olduğunu bildirir. Bu, ürək damarlarında tıxanıqlıq əlaməti ola bilər.

Dr. London bu cür simptomların altdakı qan damarlarının daralması səbəbindən qan axınının azalması və bəzi orqanların oksigensiz qalması nəticəsində yarandığını izah edir. Həmçinin, koronar ürək xəstəliyinin erkən əlamətlərindən biri olaraq sinə ağrısının hiss edilməsi qeyd olunur. Bu ağrı ümumiyyətlə 10 dəqiqə ərzində keçir, amma əgər 15 dəqiqədən çox davam edərsə, bu, ürək krizinin başlanğıcı ola bilər.

Dr. London bu simptomların vaxtında aşkar edilməsinin ürək xəstəliklərinin qarşısını almaq və həyat qurtarmaq üçün çox vacib olduğunu vurğulayır. O, 25 illik təcrübəyə malik ürək cərrahı olaraq, bədənin siqnallarına diqqət yetirmənin və bu sadə testin həyatını xilas edə biləcəyini qeyd edir.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Yanvar 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri