Icma.az
close
up
RU
Ürək damar xəstəlikləri bu səbəbdən ARTIR AÇIQLAMA

Ürək damar xəstəlikləri bu səbəbdən ARTIR AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ürək-damar xəstəliklərinə tutulma və bu səbəbdən ölüm halları bütün dünyada artan dinamika nümayiş etdirir. Bu vəziyyətin həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Obyektiv səbəblər sırasında ekoloji mühitin getdikcə pisləşməsi xüsusi yer tutur. Bununla yanaşı, ekoloji problemlərin yaranmasında insan amili, yəni subyektiv faktorlar da mühüm rol oynayır. İçməli su ehtiyatlarının çirklənməsi, havanın keyfiyyətinin aşağı düşməsi, qida məhsullarının keyfiyyətsizləşməsi, hətta təbii qidaların belə əvvəlki keyfiyyət parametrlərini itirməsi bu prosesin əsas göstəriciləridir".
Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla deyib.
O, bildirib ki, digər mühüm məqam süni qidaların payının artmasıdır:
"Bu gün dünya əhalisi təxminən 8 milyard nəfərdir və bu qədər insana yalnız təbii qida məhsulları ilə təminat real görünmür. Məhz bu səbəbdən süni qidaların istehsalı və istehlakı artır. Lakin bu qidaların tərkibində olan bir çox əlavələr kanserogen xarakter daşıyır və ürək-damar sisteminə mənfi təsir göstərir. Xolesterin səviyyəsinin artması da bu amillərlə birbaşa əlaqəlidir".
Ekspert bildirib ki, ürək-damar xəstəliklərinin yayılmasına təsir edən əsas faktorlardan biri də oturaq həyat tərzinin genişlənməsidir:
"Müasir dövrdə insanlar daha çox qida qəbul edir, lakin fiziki aktivlik kifayət qədər olmur. Halbuki orqanizmə daxil olan enerji ilə sərf olunan enerji arasında tarazlıq olmalıdır. Bu balans pozulduqda artıq çəki, diabet və digər xroniki xəstəliklər yaranır. Bundan əlavə, zərərli vərdişlər, alkoqol qəbulu, həddindən artıq qidalanma və xüsusilə siqaret çəkmə ürək-damar xəstəlikləri üçün ciddi risk faktorları hesab olunur. Siqaret damar sisteminə birbaşa mənfi təsir göstərir və xəstəliklərin inkişafında mühüm rol oynayır".
Onun sözlərinə görə, yağlı qidalar və istifadə olunan yağların keyfiyyəti də diqqətçəkən məqamlardandır:
"Dünyada 8 milyard insanı yalnız təbii heyvan yağları ilə təmin etmək mümkün deyil. Bu səbəbdən qida sənayesində palma yağı, süni yağlar və müxtəlif bitki yağlarından geniş istifadə olunur. Bu cür qatqılar xolesterin mübadiləsinin pozulmasına, xolesterinin damar divarlarında toplanmasına və nəticədə damarların daralmasına səbəb olur".
Ekspert qeyd edib ki, bütün bu amillərin nəticəsi olaraq ürək-damar xəstəliklərinin sayı artmaqda davam edir:
"Təəssüf ki, bu gün mövcud olan real mənzərə məhz bundan ibarətdir. Hesab edirəm ki, vəziyyəti dəyişmək üçün kütləvi şəkildə idmanın təşviqinə, həmçinin insanların qida mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri