Icma.az
close
up
RU
Ürək əməliyyatında yeni era başlayıb Video

Ürək əməliyyatında yeni era başlayıb Video

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Son günlər ürək əməliyyatlarının sayı artıb. Bu sahədə yeniliklər də tibb elmində özünü göstərir. Dünyada məşhur olan qapalı ürək əməliyyatı artıq Azərbaycanda da icra edilir.

"İstanbul NS" klinikasının ürək-damar cərrahı Kamal Ağarzayev Axşam.az-a müsahibəsində əməliyyatın üstünlüklərindən danışıb.

– Artıq bu gün ürək əməliyyatlarında yeni texnologiyalara üstünlük verilir. Hazırda həkimlər ən çox qapalı ürək əməliyyatını seçirlər. Bu əməliyyat hər yerdə icra olunmur.

– Bu günə qədər əsasən klassik açıq ürək əməliyyatları aparılırdı. Bu əməliyyatlar sinə sümüyünün kəsilməsi ilə icra olunur. Qapalı ürək əməliyyatı zamanı isə sinə sümüyü və döş qəfəsi kəsilmir. Qabırğalar arasından 5-6 santimetrlik kəsiklər edilərək əməliyyat həyata keçirilir. Bu üsulla ürəklə bağlı bir çox problemləri aradan qaldırmaq, hətta ürək damarlarını dəyişmək mümkündür. Nəticədə açıq ürək əməliyyatının yaratdığı travma azalır.

– Qapalı ürək əməliyyatı hansı hallarda tövsiyə olunur?

– Bütün əməliyyatlarda olduğu kimi, burada da xəstə əvvəlcə müayinə olunur, tomoqrafiya müayinəsindən keçirilir. Ürəyin və ürəkdən çıxan damarların vəziyyəti, eləcə də döş qəfəsinin anatomik xüsusiyyətləri qiymətləndirilir. Bunun əsasında xəstənin əməliyyat üçün uyğun olub-olmadığı müəyyən edilir. Qapaq müalicəsi aparılan xəstələrin əksəriyyətinə bu üsul tətbiq oluna bilər. Damar dəyişdirilməsi tələb olunan xəstələrin isə 60-70 faizində bu əməliyyatı icra edə bilirik.

– Bu əməliyyatın açıq ürək əməliyyatından fərqi nədir?

– Əsas fərq ondan ibarətdir ki, xəstə daha tez ayağa qalxır. Əməliyyatdan sonrakı gün yeriyə bilir və xəstəxanada daha az müddət qalır. Qan köçürülməsinə ehtiyac da azalır. Bu baxımdan ürək cərrahiyyəsində yeni bir dövr başlayıb.

– Əməliyyatın riskləri və mümkün fəsadları hansılardır?

– Əməliyyatın əlavə riski və ya xüsusi çətin tərəfi yoxdur. Müasir texnologiyalar bu prosesi daha da asanlaşdırır. Əksinə, pasiyent üçün daha rahatdır. Çünki böyük kəsiklər olmur. Müasir texnologiyalar sayəsində bədənə vurulan travma azalır və xəstə üçün daha komfortlu şərait yaranır. Əməliyyatdan sonrakı gün xəstə gəzə, otura bilir. Risklə bağlı çox sual verilir, lakin bu əməliyyat mahiyyət etibarilə açıq ürək əməliyyatı ilə eynidir. Sadəcə, daha rahat və daha az iz buraxan üsuldur.

Xüsusilə diabet xəstələrində və yaşlı insanlarda yaraların sağalması gec gedir. Belə hallarda qapalı ürək əməliyyatı daha uyğun seçimdir. Açıq ürək əməliyyatlarında iltihablaşma və döş sümüyünün bitişməməsi kimi hallar müşahidə oluna bilər. Bu üsulda isə belə problemlərin qarşısı alınır.

– Sağalma prosesi nə qədər davam edir?

– Xəstə 3-5 gün ərzində xəstəxanadan evə buraxılır. Açıq ürək əməliyyatı keçirən xəstələrə tətbiq olunan 6-7 həftəlik məhdudiyyətlər burada olmur. Əməliyyatdan 2-3 gün sonra xəstələr sağ və ya sol böyrü üstə yata, sərbəst hərəkət edə bilirlər. Onların kiminsə yardımına ehtiyacı olmur. Hətta avtomobil idarə edə və təxminən iki həftə ərzində iş həyatına qayıda bilirlər.

– Əməliyyatdan sonra xüsusi pəhriz və ya dərman müalicəsi tələb olunurmu?

– Hər iki əməliyyatdan sonra xəstələrə pəhriz saxlamağı tövsiyə edirik. Yağlı qidalardan uzaq durmalıdırlar. Təzyiqin yüksəlməməsi üçün həddindən artıq duzlu qidalardan, qazlı içkilərdən və fast-food məhsullarından çəkinməlidirlər. Fiziki aktivlik artırılmalı, açıq havada daha çox vaxt keçirilməli və mütəmadi piyada gəzinilməlidir.

– Bu üsul hər yaş qrupu üçün uyğundurmu?

– Demək olar ki, yaş məhdudiyyəti yoxdur. Həm anadangəlmə ürək qüsuru olanlara, həm də yaşlı insanlara tətbiq edilə bilər. Əsas meyar xəstəliyin növü, patologiyası və döş qəfəsinin anatomik quruluşudur.

– Əməliyyatdan sonra yenidən ürək problemi yaranma ehtimalı varmı?

– Qapalı ürək əməliyyatı olunan xəstələrdə gələcəkdə hər hansı problem yaranarsa, yenidən əməliyyat aparmaq mümkündür. Bu, əlavə çətinlik yaratmır.

Ürək damarlarının həm ürək işləyərkən, həm də ürək dayandırılaraq dəyişdirilməsi mümkündür. Hər iki üsul həm açıq, həm də qapalı əməliyyatlarda tətbiq olunur. Açıq ürək əməliyyatlarında ürəyi dayandırmadan əməliyyat aparılması üsulu artıq 50 ildən çoxdur ki, istifadə olunur. İndi isə qapalı ürək əməliyyatlarında da ürəyi dayandırmadan bu prosesi həyata keçirmək mümkündür.

Hər iki üsulun məqsədi eynidir. Yaşlı insanlarda süni qan dövranı aparatının istifadəsi müəyyən fəsadlara səbəb ola bilər. Ürəyi dayandırmadan aparılan əməliyyatlar bu riskləri azaltmağa kömək edir. Beləliklə, insult və böyrək funksiyalarının pisləşməsi ehtimalı da aşağı düşür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://axsam.az
archiveBu xəbər 26 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri