Ürək üçün ən faydalı yağlar və vitaminlər açıqlandı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ürəyin sağlam qalması üçün balanslı qidalanma vacibdir".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə həkim Olqa Ülankina danışıb.
Onun sözlərinə görə, ürəyi qoruyan elə bir “möcüzəvi” məhsul yoxdur. “Ürək qorunması üçün qidalanmanın qızıl standartı Aralıq dənizi pəhrizidir: gündə azı 500 qram tərəvəz, balıq, qoz-fındıq, toxumlar, bitki yağlarından alınan faydalı yağlar, eləcə də orta miqdarda zülal”.
Həkim bildirib ki, damarların iltihabını azaltmağa kömək edən omega-3 yağ turşuları ürək üçün ən faydalılardandır: "Onlar yağlı dəniz balıqlarında (somon, skumbriya, sardina) mövcuddur. Ürək üçün həmçinin maqnezium və E vitamini də vacibdir".
Bundan əlavə, o, ürək sağlamlığı üçün tərkibində azı 70 faiz kakao olan tünd şokolad yeməyi, kartofun isə qabığında qaynadılmasını və ya bişirilməsini tövsiyə edib. Onun sözlərinə görə, kartofun qabığı və ona bitişik ətlik qatı kaliumla zəngindir, bu isə qan təzyiqini tənzimləməyə və ürəyin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















