Icma.az
close
up
RU
Ürək xəstələrinə vacib XƏBƏRDARLIQ: Saunaya getməyiniz RİSKLİDİR

Ürək xəstələrinə vacib XƏBƏRDARLIQ: Saunaya getməyiniz RİSKLİDİR

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ürək-damar cərrahiyyəsi mütəxəssisi professor Bilgin Emrecan havalar soyuduqca hamam və sauna istifadəsinin də artdığına diqqət çəkib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, onun iddiasına görə, sauna və hamam ürəyin yükünü artırır.

Bilgin Emrecan ürək xəstələrinə, idman həvəskarlarına və yaşlı insanlara sauna və türk hamamından istifadə ilə bağlı xəbərdarlıq edib.

“Mövsümi normalara görə havaların soyuq keçdiyi bu günlərdə həm yorğunluğu aradan qaldırmaq, həm xəstəlik əlamətləri zamanı “tər çıxarmaq”, həm də zövq almaq üçün isti vanna və saunalardan istifadə halları artıb. Sauna və hamamlardan istifadənin də ürək sağlamlığı baxımından nəzərə alınması lazım olan məsələlər var. Sauna və türk hamamı ürəyin yükünü artırır”.

Sauna və hamamların yüksək istilik və rütubət səbəbiylə insan orqanizmində, xüsusilə də ürək-damar sistemində ciddi dəyişikliklərə səbəb olduğuna diqqət çəkən Emrecan bu xəbərdarlıqları edib:

"Bədən istiliyinin 40 dərəcəyə qədər çata biləcəyi bu yerlərdə həddindən artıq tərləmə nəticəsində itirilən maye ilə yanaşı, yüksək hərarət nəticəsində damarların genişlənməsi təzyiqi azaldır. Ürək daha tez döyünür və kompensasiya etmək üçün daha güclü büzülməlidir. Qan təzyiqinin azalması üçün ürəyə yük çox yüksək olur.

Bu vəziyyət, yəni ürəyin iş yükünün artması sağlam insanlarda dözülsə də, aorta qapağı darlığı olan xəstələr, yüksək təzyiq üçün dərman qəbul edənlər, ürək çatışmazlığı və damar darlığı olanlar, stent qoyulanlar üçün ciddi risklər daşıyır. 

Türk hamamı və saunanın ürək sağlamlığına mənfi təsiri spirtli içki qəbulundan sonra daha da artır. Saunalar və türk hamamları diaqnozu qoyulmuş və ya diaqnoz qoyulmamış ürək xəstəliyi və spirtli içki qəbulundan sonra yüksək qan təzyiqi olan xəstələr üçün daha ölümcül nəticələrə səbəb ola bilər. Eynilə, yaşlı xəstələrdə ürək xəstəliyi olmasa belə, sauna və hamamda qan təzyiqinin ani düşməsinə və huşunu itirmə ehtimalı daha yüksəkdir. Bundan əlavə, ürək və təzyiq dərmanlarından istifadə edən xəstələr sauna və türk hamamlarında diqqətli olmalı, heç vaxt susuz qalmamalıdırlar”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri