Ürək xəstəliklərinin qarşısını alan 3 EFFEKTLİ ÜSUL. Məşhur kardiocərrahın tövsiyələri
Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nədənsə insanlar ürək xəstəliklərindən deyil, daha çox xərçəngdən qorxur.
Xərçəngin halları artsa da hər il ürək-damar sistemi xəstəliklərindən ölən insanların sayı xərçəngdən ölənlərdən qat-qat daha çoxdur.
Bu o deməkdir ki, ürək-damar sistemi xəstəlikləri xərçəngdən daha təhlükəli və qorxuludur. Müəyyən çox sadə qaydalara əməl etməklə ürək və damar xəstəliklərinin riskini xeyli azaltmaq mümkündür. Bu qaydalar haqqında Rusiyanın tanınmış kardiocərrahı, professor Leo Bokeriya “Veçernaya Moskva”-ya verdiyi müsahibədə danışıb.
Saglamolun.az bildirir ki, həyatının əksər hissəsini ürəyin sağlamlığına həsr etmiş alimin sözlərinə görə, ürəyə ən böyük ziyan siqaretlər vurur. Bu səbəbdən siqaret çəkməkdən vaxt itirmədən imtina etmək lazımdır. Həkim elektron siqaretlərinə olan “dəb”ə də toxunub. Bokeriyanın sözlərinə görə, bu siqaret növü adi siqaretlərdən heç də “ziyansız” deyil və bəlkə də əksinə daha ziyanlıdır.
Digər vacib qayda təmdəyərli yuxudur. Gecə yuxusu 7 saatdan az olmamalıdır. Məhz gecə vaxtı orqanizm dincəlir və bərpa olunur. Bu xüsusilə ürək-damar sisteminə aiddir ki, bütün gün ərzində ürək çox gərgin rejimdə çalışır. Həmçinin Bokeriya qeyd edib ki, hər gün təxminən eyni saatlarda (23.00-a qədər) yuxuya getmək və səhər eyni saatlarda oyanmaq ürəyin sağlamlığı üçün çox vacibdir.
3-cü qayda hərəkətlilikdir. Həkim xüsusilə yerişi tövsiyə edir. Onun sözlərinə görə, hər gün 40 dəqiqə - 1 saat ərzində orta tempdə gəzmək lazımdır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















