Icma.az
close
up
RU
Ürəkdamar xəstəliklərindən özünü necə qorumaq olar?

Ürəkdamar xəstəliklərindən özünü necə qorumaq olar?

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləridir.

Həkimlərin müşahidələrinə əsasən hal hazırda bu xəstəliklər xeyli "cavanlaşıb". Bunun səbəbləri düzgün olmayan qidalanma, stress, pis vərdişlərdir.

Ürək-damar sistemi xəstəliklərdən özünü qorumaq üçün əslində çox sadə qaydalara əməl etmək lazımdır:

- Düzgün və tamdəyərli qidalanma insanın sağlamlığının əsasıdır. Bu həmçinin ürək-damar sistemi sağlamlığına aiddir. Qidalanmanızda çox yağlı, qızardılmış, duzlu, hisə verilmiş, fast-fud qidaların sayını məhdudlaşdırın. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, insan hər gün 400 qr meyvə-tərəvəz və giləmeyvə yeməlidir. Ürək üçün xeyirli qidalar: alma, banan, nar, boranı, ərik, üzüm, moruq, qoz-fındıq, avokado, dəniz balığı, meyvə quruları (ərik, kişmiş, qara qavalı).

- Fiziki aktivlik ürəyin sağlamlığı üçün çox vacibdir. Ürək əzələdir. Bütün digər əzələlər kimi, ürək də aktiv işləməlidir. Hərəkətsizlik bütün orqanizmdə (və həmçinin ürəkdə) durğunluğa səbəb olur ki, bunun nəticəsində insanın sağlamlığında müxtəlif pozulmalar yarana bilər. Ürək üçün ən xeyirli fizki aktivlik üzgüçülük, qaçış və uzaq məsafələrə yerimə sayılır.

- Siqaret çəkmək kimi pis vərdiş ürəyin sağlamlığına çox mənfi təsir edir. Siqaret tüstüsündə olan zəhərli maddələr ürəyin daim zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Bu səbəbdən ürəyini sağlam saxlamaq istəyən insan mütləq siqaret çəkməkdən imtina etməlidir. Ürək üçün "ziyansız" siqaret yoxdur!

- Spirtli içkilərin qəbulu da ürək üçün çox ziyanlıdır. Spirtli içkilərin tərkibində olan etanol çox güclü zəhərdir. Etanol ürək əzələsini daim zəhərləyir.

- Stress zamanı çoxlu miqdarda adrenalin hormonu ifraz olunur. Adrenalinin təsirindən insanda nəbz artır, damarlar sıxılır. Bunun nəticəsində ürək daha tez qocalmağa başlayır, ürəkdə pozulmalar yaranır. Ürəyin sağlamlığını qorumaq istəyən insan özünü stresdən, həyacanlamalardan qorumalıdır.

Fiziki aktivlik stresin ürəyə (və həmçinin bütün orqanizmə) olan təsirini azaldır. Bu səbəbdən stress vəziyyətlərə düşdükdə daha aktiv olun - idmanla məşğul olun, havada gəzin və s.

- Kifayət qədər yuxu və istirahət ürəyin sağlamlığı üçün çox vacibdir. Gün ərzində bir neçə dəfə uzanmaq və dincəlmək lazımdır. Bu ürək-damar sistemini işini yüngülləşdirir, orada yaranan gərginliyi azaldır.

- Hər il kardioloqun müayinəsindən keçmək lazımdır. Bu ürək-damar xəstəliklərinin  vaxtında aşkar olunması və müalicəyə başlanması üçün vacibdir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri