Icma.az
close
up
RU
Ürəkli oyun, pressinq və çevik taktika: “Qarabağ” “Çelsi”ni necə təəccübləndirdi in TƏHLİLİ

Ürəkli oyun, pressinq və çevik taktika: “Qarabağ” “Çelsi”ni necə təəccübləndirdi in TƏHLİLİ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Ağdamın “Qarabağ” komandası müasir futbolda mümkünsüz heç nə olmadığını bir daha sübut edərək, azarkeşlərin qəlbini fəth etməkdə davam edir.

İdman.Biz xəbər verir, Çempionlar Liqasının dördüncü turunda “Çelsi” ilə ev oyununda qeydə alınan 2:2 hesablı heç-heçə göstərdi ki, belə ulduzlarla dolu komandalar qarşısında da təşəbbüsü ələ almaq və nəticə qazanmaq mümkündür. Ağdam təmsilçisi elə inamlı təsir bağışladı ki, sanki Avropa futbolunda yeni standartlar müəyyən edən klub məhz odur. Bu səbəbdən “Qarabağ”ın oyunlarını izləmək həqiqi zövq verir.

Dumanlı Albion təmsilçiləri ilə qarşılaşmaların özünəməxsus statusu var. İngiltərə Premyer Liqası həmişə yüksək standartlar müəyyən edib və futbolun intensivliyi baxımından xeyli fərqlənir. Elə buna görə də oyundan əvvəl Qurban Qurbanov “Qarabağ”ın nəticədən asılı olmayaraq qalib sayılacağını demişdi. Çünki “Çelsi” kimi komandaların səfəri təkcə bir klub üçün yox, bütövlükdə ölkə futbolu üçün stimuldur.

Bununla razılaşmamaq çətindir. Axı cəmi səkkiz il əvvəl, ağdamlılar ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqda, onların qrupdakı rəqiblərindən biri məhz “zadəganlar” idi. Həmin vaxt londonlular “Qarabağ”ı 6:0 və 4:0 hesabı ilə məğlub etmişdilər. Ümumiyyətlə, “Çelsi”nin Azərbaycan paytaxtına səfərləri xoş xatirələrlə yadda qalıb - xüsusilə də 2019-cu ildə Avropa Liqasının finalında qazandıqları qələbə sayəsində. İndi isə komanda dünya klublar çempionatının qalibi kimi Bakıya gəlmişdi və görünür, asan qələbə gözləyirdi.

Lakin londonluların bu titulları meydan sahiblərini qorxutmadı. Əksinə, “Qarabağ” rəqibini onun silahı ilə vurmağa başladı - pressinq tətbiq etdi. Artıq ilk hissədə Azərbaycan çempionu hesabı bərabərləşdirməklə kifayətlənmədi, Marko Yankoviçin dəqiq yerinə yetirdiyi penalti ilə irəli keçdi. Komandanın ilk qolu isə əsl estetik zövq bəxş etdi: Kamilo Duran rəqib müdafiəçidən topu qaparaq hücumu sürətləndirdi və topu dirəyə vurdu, qapı qarşısına çatan Leandro Andrade isə epizodu sona çatdıraraq topu tora göndərdi.

Fasilədən sonra meydana əvəzləmədən daxil olan Alexandro Qarnaconun səyləri ilə “Çelsi” bərabərlik qolunu vurdu. Ancaq Qurban Qurbanov yenidən taktiki çevikliyini göstərdi. O, rəqibin meydanında pressinqin intensivliyini azaltdı, amma “Qarabağ” yenə də londonlular üçün təhlükə yaratmaqda davam etdi. Xüsusilə Aleksey Kaşukun yaxşı fürsəti oldu - o, Nariman Axundzadənin cinah ötürməsini tamamladı, lakin zərbəsi birbaşa qapıçının üzərinə tuş gəldi.

Nəticədə 2:2 hesabı “Qarabağ” üçün əla nəticə oldu. Komanda yenidən xarakter, iradə və əzmkarlıq nümayiş etdirərək göstərdi ki, Çempionlar Liqasında artıq avtoritetlərdən çəkinməyən, özünəməxsus oyun üslubuna malik bir komanda parlayır. 2017-ci ildə - “Qarabağ”ın Çempionlar Liqasındakı debüt mövsümündə “Çelsi” ilə ilk görüşündən bəri komanda böyük yol qət edib. Qurban Qurbanov da futbolçularının bu inkişafını xüsusi vurğuladı:

“Müəyyən uğurlar əldə etmək üçün böyük çətinliklərdən keçmək lazımdır. Əgər biz bu sınaqları adlayırıq və bunun fərqinə varırıqsa, deməli, işimizi daha məsuliyyətlə və keyfiyyətlə yerinə yetirəcəyik. Ona görə də mən həmişə deyirəm ki, bu cür oyunlar bizi daha yetkin edir. Ola bilər, 2017-ci ilin heyəti fərdi baxımdan daha güclü idi, amma indi bizdə təcrübə artıb. Həm klub, həm də baş məşqçi kimi işə daha soyuqqanlı və inamla yanaşıram. Bəzən belə rəqiblərlə matçlarda mütləq risk etmək lazımdır ki, futbolçular özlərinə inansınlar”, - deyə “Qarabağ”ın baş məşqçisi fikirlərini bölüşüb.

Azərbaycan çempionu ilk dəfə İngiltərə klubundan xal alaraq böyük uğura imza atdı və turnir cədvəlində 7 xalla 15-ci pillədə qərarlaşdı. Növbəti turda ağdamlılar səfərdə “Napoli” ilə qarşılaşacaq. Oyun noyabrın 25-də keçiriləcək. Pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə isə artıq tam reallığa çevrilir.

Zəki Feyzullayev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri