Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Günəş ürəkli Ulduz

Günəş ürəkli Ulduz

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan elminə və səhiyyəsinə böyük töhfələr vermiş xeyli görkəmli həkimlərimiz olub. Onların arasında Mustafa Topçubaşov, Ümnisə Musabəyova, Zərifə Əliyeva, Zəhra Quliyeva, Cəmil Əliyev, Əhliman Əmiraslanov, Rəşad Mahmudov və bir çox başqaları yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır. Sənətini çox sevən, onun haqqını layiqincə verən, bu adın müqəddəsliyini daim qorumağa çalışan belə müqəddəs peşə sahibləri doğma Qəbələmizdə də az deyil. Qəbələdə Şahismayıl İsmayılovu, Müsalim Musayevi, Xanlar Atakişiyevi, Şəkurə Hacıyevanı, Cavanşir Kərimovu, Bəxtiyar Məmmədovu, Çingiz Kərimovu, Seyran Cabbarovanı, Telli Osmanovanı, Novruz Əlimirzəyevi, İmran Nəzirovu, Fikrət Ağayevi, Şahanə Pənahovanı, İlqar İsmayılovu, Elbrus Təhməzovu savadlı, bacarıqlı həkim kimi, demək olar ki, əksər insanlar tanıyır. Onların əllərinin şəfası, az qala bütün evlərdə hiss olunub. 

Başqa bir həkimimiz də var ki, onun haqqında qururla danışmamaq mümkün deyil. Bu, həmyerlimiz, öz peşəsi ilə Azərbaycanımızın adını daim ucaldan həkim-ginekoloq Ulduz Əfəndiyevadır. Ulduz xanım 1981-ci ildə Qəbələ şəhər 1 saylı tam orta məktəbi qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə daxil olub, 1987-ci ildə ali məktəbi bitirib, 1998-ci ilin iyun ayına qədər Qəbələdə mama-ginekoloq kimi çalışıb. Sonra Miqrasiya İdarəsinə müraciət edib. O vaxt Miqrasiya İdarəsi hansı ölkəyə mütəxəssis göndərəcəyini əvvəlcədən bilmirdi. Ona görə də Ulduz xanıma sadəcə ingilis dilini öyrənməyi və gözləməyi məsləhət bilirlər.

Aradan xeyli vaxt keçdiyinə görə Ulduz xanım ümidini üzür. Ancaq bir gün onu iş görüşməsinə dəvət edirlər. Səudiyyə Ərəbistanıdan gələn komissiyanın sədri görüşün sonunda deyir ki, təəssüf ki, sizin elmi dərəcəniz olmadığı üçün ölkəmizdə ancaq həkim köməkçisi – rezident kimi çalışa bilərsiniz. O vaxt Ulduz xanım 10 il idi ki, həkim işləyirdi. Düşünür ki, başqa bir ölkəni görmək, orada işləmək üçün risk etməyə dəyər. Odur ki, razılaşır, adını siyahıya yazırlar. O, bu görüşmədən sonra daha 3 il də gözləməli olur. Bir müddətdən sonra qərar açıqlanır, Ulduz xanımla birlikdə iş görüşməsindən uğurla keçmiş, bütün ixtisaslar üzrə 50 nəfər həkim Səudiyyə Ərəbistanına yola düşür (Ancaq onlardan sona qədər Ulduz xanım və ümumi cərrah Vaqif İsmayılov Ciddədə, neyrocərrah Çingiz Cabbarlı Mədinədə, stomatoloq Sona Məmmədova Ər-Riyadda, ümumi cərrah Vüqar Süleymanov isə Jubaildə qalıb işlədilər). O, Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri, maliyyə paytaxtı Ciddənin ən böyük özəl xəstəxanası olan Beynəlxalq Tibb Mərkəzində (ABŞ-nin Mayo Klinikasının Ərəbistandakı şöbəsi) işləyib və xəstəxananın bir poliklinikasında baş həkim olub. 

Ulduz xanım deyir ki, biz Səudiyyə Ərəbistanına gedəndə çox böyük sürprizlə qarşılaşdıq. Gedəndə düşünürdük ki, geridə qalmış bir səhra dövlətinə gedirik, ancaq çatanda neftin sayəsində çox böyük texnoloji uğurlar əldə etmiş, çox böyük tikintilər aparmış, öz vətəndaşlarını xaricdə oxutmuş, vətəndaşları üçün gözəl xəstəxanalar, məktəblər açmış bir dövlətlə qarşılaşdıq. Biz gedən vaxt Səudiyyə Ərəbistanıda hələ bugünkü gündə baş verən açılım yox idi. Qadınlar kişilər olmadan bayıra çıxa, səyahət edə bilmirdilər. Hətta xaricə oxumağa gedən qadınlar belə kişi məhrəm olmadan gedə bilmirdilər. Buna baxmayaraq, xəstəxanalarda xaricdə - Amerikanın, Avropanın ən gözəl, ən tanınmış universitetlərində oxumuş qadınlar vardı. Oradakı xəstəxanaları görəndə gözümüzə inanmadıq. Çünki həmin xəstəxanalarda ən müasir texnologiyalar var idi, ən son prosedurlar, ən gözəl əməliyyatlar aparılırdı. Yəni bizim gözlədiyimizdən daha yüksək səviyyədə dövlətlə, səhiyyə sistemi ilə qarşılaşdıq. 
Ulduz xanım deyir ki, mən Səudiyyə Ərəbistanına gələndə qızımın 7, oğlumun 5 yaşı vardı. Ailəsiz gedəcəyimizi son dəqiqəyə qədər bilmirdik. Biz gəldiyimiz illər burada qanunlar çox sərt idi. Qadın ailəsini gətirə bilməzdi. Mənim üçün ən böyük travma övladlarımdan ayrılmağım oldu. Valideynlərim olmasaydı, bu işin öhdəsindən gələ bilməzdim. Mən ailəmi 1 ildən sonra gətirə bildim. Bu işdə mərhum səfirimiz Elman Araslının da böyük rolu oldu. Ailəm gələndən sonra o mənə dedi: “Sən Səudiyyə Ərəbistanına ailəsini gətirən ilk qadın oldun”.

Ulduz Əfəndiyeva 2000-ci ildə Arab Board imtahanını (Ərəb Həkimlər Birliyinin Peşəkar imtahanı) verir. Bu, bütün Ərəb Birliyi ölkələrində çalışmaq icazəsi verən bir imtahandır. O, həmin il Böyük Britaniya Kral Kollecinin Board imtahanından da keçir və uzman həkim kimi çalışmağa başlayır. 
2006-cı ildə İrlandiyanın Dublin şəhərində Mamalıq və Ginekologiya üzrə diplom alır.

2007-ci ildə “International Medical Center”də işə başlayır. Burada çalışarkən 6 uzman həkimə konsultant həkim olaraq başçılıq edir. 

2009-cu ildə İrlandiya Kral Kollecinin Board imtahanından keçir və bir il sonra xəstəxana tərəfindən məsləhətçi (consultor) dərəcəsinə yüksəlir. Qeyd etmək lazımdır ki, bu dərəcə bütün dünyada bir həkimin çata biləcəyi ən yüksək dərəcədir. 

Ulduz xanım 2017-ci ildə ABŞ-da Volden Universitetində iki il yarım Səhiyyənin Təşkili üzrə masterini (Master in Healthcare) başa vurur.
2022-ci ildə plastik ginekologiya və seksologiya üzrə diplom alır və plastik ginekologiya cəmiyyətinin üzvü olur. 

Bundan başqa o, 24 il rezident hazırlama proqramında iştirak edir. Ümumiyyətlə, Ulduz xanımın İrlandiyadan aldığı Kral Kollecinin dərəcəsi ona tibb universitetində dərs demək hüququ verir. 

Ulduz xanım Səudiyyə Ərəbistanıdakı illərindən danışanda deyir ki, orada yaşadığım illər ərzində həmişə uyğunlaşma, adaptasiya davam etdi. Çünki heç bir şey sabit deyil, hər şey dəyişir. Mənim üçün çox çətin və ağrılı dövr oldu. Dil, mədəniyyət, təhsil fərqləri o qədər dərin idi ki, bəzi həkimlər bir neçə ay, bəziləri bir il sonra qayıtdılar. Mən heç kimi qınamıram, burada qalanlar hər şeyi başdan başladılar. İşləyə-işləyə həm ərəbcəni, həm ingiliscəni, həm də işlədiyiniz ölkənin adət-ənənələrini öyrənməlisiniz. Ancaq həm səudiyyəli iş yoldaşlarım, həm həmvətənlərimiz, həm də Azərbaycan səfirliyi çox yardımçımız oldu. Yəqin ki, Səudiyyə Ərəbistanıda ən böyük tədris xəstəxanalarından birində işləməyim də motivasiya edən amillərdən biri oldu. Oradakı həyatımın yarısı gülməli, yarısı da tragik hadisələrlə doludur. 

Səudiyyə Ərəbistanıdakı səhiyyə sistemindən danışarkən Ulduz xanım qeyd edir ki, bu ölkə regionun ən zəngin ölkələrindən biridir. Ölkədə səhiyyə sistemi ingilis modeli üzərində qurulub. Pulsuz təhsil və dövlət səviyyəsində xaricdə təhsilin maliyyələşdirilməsi həkimlərin Kanada, ABŞ və Böyük Britaniya kimi ölkələrdə təhsil almasına və ixtisas artırmasına xidmət edir. Ölkədə səhiyyə pulsuzdur, dövlət xəstəxanaları əhalinin bütün qruplarına təmənnasız xidmət edir. Özəl xəstəxanalarda dəqiq və qüsursuz işləyən sığorta sistemi mövcuddur. Şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, malyariyanın müalicəsi üçün dövlət proqramları var. 

Ulduz xanımdan ərəblər haqqında soruşanda dedi ki, onlar da bizim kimi çox qonaqpərvərdirlər.  Evlərinə getsəniz, süfrəsindəki hər bir təamdan qonağa mütləq daddırırlar. İş qadınları, həkimlər evlərində, demək olar ki, iş görmürlər, hər birinin evdə ən azı iki xidmətçisi olur.

Ulduz xanım ərəblərin olduqca tolerant bir millət olduğunu da qeyd etdi. Deyir ki, onların ölkəsinə dünyanın hər yerindən gələn millətlər var. Ərəblər onların hamısının adət-ənənələrinə hörmətlə yanaşırlar, heç kimi namaz qılmağa, oruc tutmağa məcbur etmirlər. 

Ulduz xanım ərəblərin xeyirxah insanlar olmasından da ağızdolusu danışdı. Deyir onlar mənə hər çətin anımda kömək ediblər, ona görə də mən oradakı xəstəxanada işlədiyim həkimlərlə hələ də dostluğumu davam etdirirəm.

Hörmətli həkimimiz ərəbcəni, türkcəni, ingiliscəni öz ana dili kimi bilir. O deyir ki, dünyaya gəlməsində mənim də rolum olan uşaqlar indi Yaponiyada, Çində, Hindistanda, Pakistanda, Ərəb Yarımadasının bütün ölkələrində, Avropada, Norveçdə, İspaniyada, Rumıniyada, Türkiyədə, Kolumbiyada, Braziliyada, Cənubi Afrikada, Misirdə, Tunisdə, Əlcəzairdə yaşayırlar. 

Ulduz xanım Həccə gedib, dəfələrlə Ümrə ziyarətində olub, dinimizi olduğu kimi öyrənməyə çalışıb. O deyir ki, uzaq, yad bir ölkədə oxumaq, dil öyrənmək, o bacarıqları əldə etmək üçün olduqca çox əziyyətlər çəkmişəm, ancaq taleyimdən, Allahımdan çox razıyam. Yenidən doğulsaydım, yenə bu cür yaşamağı seçərdim.

Ulduz Əfəndiyeva arzulayır ki, ölkəmizdə də dünya səviyyəsində səhiyyə olsun, səhiyyə dövlət xəstəxanalarında sözün əsl mənasında pulsuz olsun, onkoloji xəstəliklərin müalicəsi pulsuz olsun, səhiyyə məmurlardan deyil, elmdən asılı olsun. Elə bir sistem olsun ki, onkoloji xəstəliklər tez aşkar olunsun və xəstələr sağalsın. 

Ulduz Əfəndiyeva 26 il Səudiyyə Ərəbistanıda işlədikdən sonra 2024-cü ilin iyun ayında doğma Vətəninə dönüb. Hazırda “Appro Hospital”da və “Real Hospital”da çalışır. Ona cansağlığı və daha böyük uğurlar arzulayırıq. Ümid edirik ki, xaricdə çalışıb Azərbaycana gələn həkimlərimiz öz layiqli qiymətini alacaq.

Zinyət Tahirli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Avqust 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri