Ürəyə ən çox zərər verən məhsullar açıqlandı
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı kardioloq Koryakin ürək üçün ən zərərli beş məhsulun adını açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, kərə yağı tərkibindəki doymuş yağlar səbəbindən damarların zədələnməsinə səbəb ola bilər.
Həkim onun əvəzinə raps, zeytun və ya avokado yağından istifadə etməyi tövsiyə edib.
Qırmızı ətin həddindən artıq qəbulu isə infarkt riskini artıra bilər. Mütəxəssis həmçinin xörək duzunun damarların fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.
Bundan başqa, şəkər və şirin içkilərin də ürək sağlamlığı üçün təhlükəli olduğu vurğulanıb. Alkoqolun isə təzyiqi yüksəltdiyi, ürək əzələsini zədələdiyi və insult riskini artırdığı qeyd olunub.
Xatırladaq ki, daha əvvəl məşqçi Lera Burı qarın və yan piylərindən qurtulmağın yollarından danışmışdı. O, Aralıq dənizi tipli balanslı qidalanmanı - daha çox tərəvəz, zülal, faydalı yağlar və mürəkkəb karbohidratlar qəbul etməyi tövsiyə etmişdi. Bundan əlavə, həftədə 3-4 dəfə 30 dəqiqəlik kardio məşqlərin (qaçış, üzgüçülük, velosiped) güc məşqləri ilə birləşdirilməsinin faydalı olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 May 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















