Icma.az
close
up
RU
Ürəyi Vətən sevgisi ilə döyünən Saleh

Ürəyi Vətən sevgisi ilə döyünən Saleh

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsi tariximizin hər şərəfli səhifəsidir. 44 gün davam edən bu haqq savaşımızda torpağını canından artıq sevən, Vətən qeyrətli, dağ vüqarlı, polad biləkli ər igidlərimiz yağıya diz çökdürərək qazanılan şanlı qələbə ilə xalqın mənliyini, kimliyini bir daha bütün dünyaya bildirdilər. Bu müqəddəs yolda tarix yazıb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan bir də 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində dünyaya göz açan Saleh Nurəddin oğlu Ağayevdir. O, şəhid ömrünü yaşamaqla bizim üçün böyük mənəvi sərvət qoyub. Bu sərvətin özündə Vətənə, onun torpağına, daşına ilahi bir sevgi var. Həmişəlik bütöv bir xalqın qəhrəmanlıq simvolunu adında yaşadan Saleh Ağayevin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, eləcə Füzulinin, Cəbrayılın azadlığı uğrunda medalları doğmalarına bir təsəllidir.
Vətənini canından artıq sevən, igidliyi, mərdliyi, dürüstlüyü el-obada ona hörmət, rəğbət qazandıran Saleh Ağayev erməni dığalarına yerini göstərmək amalı ilə 2010-cu ildə ordu sıralarına yollanıb. Cəbhə bölgəsində əsgərliyə başlayan Saleh bildirib ki, Vətən hər şeydən müqəddəsdir. Onu göz bəbəyi kimi qorumağa, çətində yolunda canımızı qurban verməyə hazır olmalıyıq. Həmçinin Ali Baş Komandan müharibə əmri versə, ön sırada düşmənin üzərinə mən gedəcəyəm.
Xidmət borcunu şərəflə yerinə yetirən, cəsurluq, igidlik, mərdlik həyat kredosu olan əsgər Saleh hərbi hissədə qısa zaman kəsiyində hamının sevimlisinə çevrilib. Düşməndən qisas almaq məqsədilə qatıldığı böyük cəsarət, hünər tələb edən təlimlərdə göstərdiyi fədakarlıq, eləcə qürur, heyrət doğran məqamlar hamıya nümunə olub. Vətəninə, torpağına necə ürəkdən bağlılığı çətin tapşırıqları layiqincə yerinə yetirməklə bildirib. Azərbaycanın hər qarışını canından əziz tutan Salehin köksündə çırpınan ürəyi yağıya əsir düşən müqəddəs, əzəli yurd yerimiz olan Qarabağı azad edib evə dönmək arzusu ilə döyünüb. Elə bu arzusu, Vətənə ilahi sevgisi əsgərlikdən sonra da yenidən şanlı formanı geyinməsinə səbəb olub. 2012-ci ildən etibarən xidmətini kiçik gizir kimi davam etdirib. Hər an işğalçı erməni dığalardan qisas alacağı günü gözləyib. Və buna tam hazır olmaq üçün şəxsi heyət arasında keçirilən müxtəlif təlimlərdə döyüş igidliyinə görə fərqlənib. Nümunəvi xidməti, ədəb-ərkanı, ləyaqəti, sədaqəti onu əsgərlərin, zabitlərin yanında başıuca edib.
Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsinin ilk günlərində yağının kabusuna çevrilir. Ən qaynar nöqtələrdə döyüşür, yaşının çərçivəsinə sığmayan qəhrəmanlıqlar göstərir. Cəbrayılın çox kəndinin azad olmasında axıradək düşmənlə vuruşur və ona ciddi itkilər verir. Cəbhənin hansı istiqamətində vuruşursa, düşmənə qan qusdurur. Çox yerdə Azərbaycanın üçrəngli qələbə bayrağını asaır. İgid Vətən oğlu Saleh oktyabrın 11-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olur. Qana susamış düşməni qanda boğmaqla əlçatmaz, ünyetməz göylərə ucalır. Vətənə, torpağa canını fəda etdiyinə görə Saleh Ağayev əbədi yaşamaq üçün könüllərə köçür.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2026 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri