Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Ürəyi qızdıran Vətən ocağının istisidir

Ürəyi qızdıran Vətən ocağının istisidir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uca dağlar qoynunda yerləşən kəndimizin yazı da, qışı da gözəldir. Zirvəli dağlardan kəndimizə baxanda adamın gözləri qarşısında al-əlvan boyalı təbii bir tablo canlanır. Bir-birinə söykənən zirvəli dağlar sanki kəndin əbədi keşikçiləridir. Kəndin bir tərəfində isə zümrüd donlu meşələr göz işlədikcə uzanır. Faxralı kəndinin şöhrəti təkcə təbii gözəlliyində deyil, həm də mənəvi gözəlliyindədir.

Qışında buludlar qar gətirir, yazında bağçalar bar. Gecənin tər vaxtında qar yağanda göy üzü qaralır, qara torpağın üzü ağarır. Torpaq qar nuruna bələnir. Üzüağ olmuş, qara torpaq – ana torpaq üzümüzü ağ eyləyir. Ay işığının altında qara bürünmüş ana torpağın hüsnü də, ona tamaşa edən insanın əhvalı da gözəl olur. Qarlı qış gecələrinin öz yaraşığı, öz gözəlliyi var. Kənd evimizdə odun sobasının üstündə qaynayan çayın avazı, çöllərin təmiz havası, dağ nəfəsi nəfəsimizə qarışır. Sobamızda qaynayan qazanımızla yanaşı, samovarımız da tüstülənir.

Kəndin qarlı qış günlərində tam sakitlik olanda vaxt yavaş gedir. Həyətin ortasında qar kürüməkdən başqa hansı işdən yapışmaq olar? Sevincdən atılıb-düşən uşaqların əllərindən qar adam düzəltməkdən və qartopu oynamaqdan başqa nə iş gəlir ki?

Evlərin odunda - ocağında babalarımızın yurd eşqi var. Odun sobasının istisi, evlərin damından ərşə bülənd olan tüstüsü qəlbə fərəh gətirir. Uşaqlıq illərindən yaddaşıma həkk olunmuş o gözəllik sanki bir nağıl, bir ülvi xəyaldır. Torpaq ağ kürkünə bürünəndə qar altından nərgizlər, bənövşələr, qarəmən gülləri baş qaldırırdı. Ay nuru qar üstə oynayanda xarlanırdı. Bir gecənin hüsnü min dastan olurdu. Hərdən düşünürəm ki, Tanrıdan bir ömür rüsxət ola, şəhər tünlüyündən uzaqlaşıb ömrümün sonunadək yenə o yerlərdə yaşayam.

Deyirəm nə yaxşı ki, Ay nuruna bələnmiş göyümüz var, nə yaxşı ki, bu yaşımızda canda heyimiz var. Bu yaxşılar insanı sevgiyə, yaşamağa səsləyir. İnsan hər xoş keçən anı özü üçün bir səadət bilir, ömürdən ötən yaxşı günləri unutmur. Kim bilmir ki, o günlər bir də geri dönən deyil. Amma canında ilahi hissi, ilahi zövqü olanları ürəyi ötən günlərə qaytarır.

Ürək Vətən ocağının istisinə qızınır. Vətən ocağının istisi insanın camalına və ömrünə eşq nuru bəxş edir. Ötən illərin qış gecələrində ocağımızın başına saçları qar kimi ağappaq, şərəflə qocalan qohumlar, qonşular cəm olardı. Uşaq olsam da, onların nəfəs közərtilərini öz nəfəsim kimi hiss edirdim. Uzun illər onların nəfəsi də bir-birinə həmdəm oldu. Söz sözün, nəfəs nəfəsin köməyi oldu. Ona görə də mənəviyyat mücəssəməsi kimi, nə əldən düşən, nə də tökülüb itən qocalar kimi köçdülər bu dünyadan.

Ocağımızın başında dağ vüqarlı, Qorqud nəfəsli kişilərin könül rübabı dilə gələr, dastan dünyası varaq-varaq açılardı. Sonra da gün-güzəran söhbətləri dan üzünədək uzanardı.

Çilləli fevral ayının 10-cu günü idi... Söz vaxtına çəkər. Evimizdə şirin “çillə qarpızı” kəsilərdi. O şirin xatirələrin işığında düşüncələrə dalmışdım. Borçalıdan gələn zəng məni düşəncələrdən ayırdı. Zəng edən əmimoğlu–uşaqlıq dostum Qara idi. Biz də öz çağımızın maraqlı uşaqları olmuşuq. İndi də könüldən-könülə, ruhdan-ruha görünən yollarımız bizi bir-birimizdən ayırmır. O, kənddə yaşayır, mən şəhərdə. O, el-obanın yolunu-yolağasını, dağını-daşını məndən yaxşı tanıyır. Keçmiş adət- ənənələrimizin rəng çalarlarını daha yaxşı görür.

Biz çox məqamlarda dünyaya el-oba gözü ilə baxırıq. Baxışlarımız zəmanəmizlə uyğun gəlsə də, keçmiş adət-ənənələrimizin qorunub saxlanmasında kənd adamı şəhər adamını üstələyir.

...Hal-əhvaldan sonra uşaqlıq dostum dedi ki, odun sobasının qırağında oturmuşuq. Xızır Peyğəmbərin şərəfinə Xıdır Nəbi bayramını qeyd edirik. Onun sözü-söhbəti yenə məni çəkib uşaqlıq illərimizə apardı.

Yaxşı yadımdadır, biz uşaq olanda kəndimizdə Xıdır Nəbi bayramı hər evdə, hər ailədə qeyd olunurdu. Xıdır Nəbi yazın, yaşıllığın müjdəçisidir. Bu bayram tarixən Kiçik Çillədə, Novruz bayramından 40 gün əvvəl qeyd olunurdu.

Azərbaycan mifologiyasına görə, Xıdır Nəbi bayramının Xızır İlyasın şərəfinə keçirilməsi ilə bağlı rəvayətlər var. Tanrı İlyasa suyun, Xızıra isə yaşıllığın hamisi vəzifəsini verib. İki qardaş evlərə bərəkət, xəstələrə şəfa vermək, onların istək və arzularını yerinə yetirmək üçün yer üzündə görünürlər.

Xıdır Nəbi bayramından söz açanda ilk yadıma düşən və gözlərim önünə gələn anamın “qovud” düzəltməyi olur. Anam əvvəlcə buğdanı yağın içində qovurardı. Sonra da onu kirkirədə üyüdüb, buğda ununa şərbət qatıb “qovud” düzəldərdi. “Qovud” o zaman üçün də, bu zaman üçün də adama şirin və maraqlı gəlir. Hər şirinlikdə el adətlərimizin gözəl örnəkləri var. Malik olduğumuz gözəl adət-ənənələrimizi, milli dəyərlərimizi qoruyub saxlamaq ümdə borcumuzdur. Mənəviyyatımızın əvəzedilməz dəyərlərini heç vaxt unutmuruq.

Bu dəyərlərin hər nişanəsi, hər zərrəsi, hər ahəngi Vətən ocağının istisi olub canımıza, qanımıza hopub. Xalqımızın istiqanlılığı, qonaqpərvərliyi də bu istilikdən qaynaqlanır. Milli-mənəvi irsimizi gənc nəslə gözəl aşılamalıyıq. Ötən günlərimiz ötüb, gələn günlərimiz bir-birindən daha da gözəl olsun!

Həzi HƏSƏNLİ,
şair-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri