Urmiyədə bir ailənin 6 üzvü qətlə yetirilib: etnik toqquşma riski
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən azərbaycanlıların kompakt yaşadığı Urmiyə şəhərinə bağlı kəndlərin birində müəmmalı qətl hadisəsi baş verib.
Tribunainfo.az xəbər verir ki, hadisdə nəticəsində bir ailənin 6 üzvü ölıdürülüb.
Yerli polis qətl olayı ilə bağlı araşdırma apardıqlarını bildirib və hadisənin hansı şəraitdə və kimlər tərəfindən törədildiyi barədə açıqlama verməyib.
Qeyd edək ki, son zamanlar Güney Azərbaycanın Urmiyə bölgəsində heç də xoşagələn olaylar yaşanmır. Ötən günlərdə kürdlərə yeni ərazilərin verilməsi ilə bağlı etiraza qalxan Azərbaycan türkləri buna imkan verməyəcəklərini bəyan etmişdilər. Bu olaydan sonra bəzilər bölgədə kürdlərlə azərbaycanlılar arasında toqquşma ola biləcəyini deyirdilər.
Yerli müşahidəçilər son qətl hadisəsinin etnik toqquşmaya səbəb ola biləcəyini güman edirlər. Onlar bildirirlər ki, əgər 6 nəfərin kürdlər tərəfindən öldürülməsi təsdiqlənərsə, bu ciddi problemə çevriləcək.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 Aprel 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















