İran rejimi Urmiyədə nədən qorxuya düşüb?
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Urmiyədə Azərbaycan türkləri geniş aksiya keçiriblər.
Tribunainfo.az xəbər verir ki, həmin aksiyada kürdlərə torpaq verilməsinə etiraz olunub.
Yerli azərbaycanlılar Urmiyənin Azərbaycan şəhəri qalacağını bildirib və kənar addımlara sərt reaksiya verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, bu hadisədən sonra İran molla rejimi məsələdən ciddi narahatlıq keçirməyə başlayıb. Aksiyada iştirak edənlərin bir qisminin həbsinin nəticə vermədiyini görən rejim mənsubları, fərqli addım ataraq, bölgədə kürd-türk “birliyini” nümayiş etdirməyə çalışıblar.
Belə ki, dünən Urmiyədə Xamineyinin ofisinin təşkilatçılığı ilə böyük iftar süfrəsi açılıb. Orada həm azərbaycanlılar, həm də kürdlər iştirak ediblər. İran mediası da bunu “Qərbi Azərbaycanda birlik və həmrəylik dadlı dostluq məclisi və müqavimət iftarı” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















