Ursula von der Leyen: Qrenlandiya siyasi və iqtisadi cəhətdən Aİ yə etibar edə bilər
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ilin ilk yarısında rəqabət qabiliyyəti və müdafiə məsələlərinin Aİ-nin əsas prioritetləri olacağını açıqlayıb.
Banco.az xəbər verir ki, o, həm NATO-nun, həm də Avropa İttifaqının Qrenlandiyanın təhlükəsizliyinə xüsusi önəm verdiyini vurğulayıb.
Aİ Komissiyasının növbəti altı ay üçün müəyyənləşdirdiyi prioritetlərə toxunan fon der Leyen bildirib ki, müdafiə sahəsində “Avropa Təhlükəsizlik Fəaliyyət Planı” (SAFE) adlı maliyyə alətindən yararlanmaq istəyən 8 üzv dövlətin milli planları artıq təsdiqlənib. Onun sözlərinə görə, növbəti mərhələdə Aİ Şurasının razılığı ilə bu ölkələrə ödənişlərin sürətlə həyata keçirilməsi planlaşdırılır ki, onlar birgə müdafiə tədarükü prosesində iştirak edə bilsinlər.
Ursula fon der Leyen Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini də xüsusi qeyd edib. O bildirib ki, Rusiyanın davam edən təcavüzü fonunda Ukrayna danışıqlar masasına güclü mövqedə əyləşməlidir.
Rəqabət qabiliyyəti mövzusuna da toxunan Aİ Komissiyasının sədri 17 yanvarda Aİ ilə MERCOSUR ölkələri — Argentina, Braziliya, Paraqvay və Uruqvay arasında imzalanması nəzərdə tutulan və dünyanın ən böyük azad ticarət zonasını yaradacaq mübahisəli sazişi xatırladıb. Fon der Leyen bu razılaşma ilə bağlı “Biz tarix yazacağıq” deyə bildirib.
O əlavə edib ki, Aİ-nin məqsədi ticarət əlaqələrini daha da genişləndirməkdir:
“Məqsədimiz daha irəli getməkdir. Sizin prezidentliyiniz dövründə Hindistanla — mümkün olarsa, bu ayın sonuna qədər — eləcə də Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri və Malayziya kimi bir sıra tərəfdaşlarla danışıqları başa çatdırmaq üçün intensiv şəkildə çalışırıq”.
Qeyd edək ki, Aİ rəhbərliyinin bu açıqlamaları həm təhlükəsizlik, həm də qlobal ticarət sahəsində İttifaqın daha fəal və iddialı mövqe tutduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Yanvar 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















