Icma.az
close
up
RU
Uşağa görə boşanmamaq: Valideynlərin həqiqəti, yoxsa travma?

Uşağa görə boşanmamaq: Valideynlərin həqiqəti, yoxsa travma?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin 9 ayında məişət zorakılığından zərər çəkmiş 68 nəfər, o cümlədən 45 uşaq sosial reabilitasiya xidmətlərinə cəlb olunub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən həmin şəxslərə sosial-psixoloji, tibbi-sosial və digər reabilitasiya xidmətləri göstərilib. Qeyd edək ki, məişət zorakılığı hallarının böyük hissəsi təkcə fiziki deyil, həm də emosional zorakılıq formalarında özünü göstərir. 

Ailədə valideynlərin bir-biri ilə yola getməməsi, daimi gərginlik və münaqişələr uşaqların psixoloji sağlamlığına ciddi təsir göstərir. Bəzən valideynlər “uşağa görə ayrılmırıq” deyərək evliliyi davam etdirirlər. 

Təcrübə göstərir ki, davamlı gərginlik və münaqişə bu mühitdə böyüyən uşaqların gələcəkdə aqressiya, intihar və zorakılıq hallarına meyilli olması riskini artırır. Lakin sakit və stressiz mühitdə ayrı yaşayan, amma uşağa birgə qayğı göstərən valideyn modeli, gərginlik içində böyüyən ailə mühitindən daha yaxşı nəticə verir.  Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 31 min 403 nikah və 13 min 869 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədəəhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.

Uşaqları olan ailələrdə boşanmalar azalıb

Azərbaycanda ötən il 18 yaşadək uşaqları olan ailələrdə qeydə alınan boşanmaların sayı 21 min 384 olub.Bu rəqəm 2023-cü ildə 21 min 688 olub. Belə ki, keçən il ölkədə qeydə alınan boşanmalardan 10 min 364-ü övladı olmayan ailələrdir. Bir uşağı olan və rəsmi şəkildə nikahı pozulan ailələrin sayı isə 4 min 368 olub. 6 min 652 boşanma isə iki və daha çox uşaqlı ailələrin payına düşüb.

Həmçinin boşanma nəticəsində valideynlərindən biri ilə qalan uşaqların sayı 19 min 632 olub.Ötən il hər 100 boşanmaya görə düşən ümumi uşaqların sayı isə 178-dir. Bu rəqəm 2023-cü illə müqayisədə eyni qalıb.

Ümumiyyətlə, valideynlərin "uşağın xatirinə boşanmırıq" deməsi nə dərəcədə düzgündür? 

Ayrılmaq, yoxsa davam etmək?

Məsələ ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu, artıq oturuşmuş bir stereotipdir. Onun sözlərinə görə, bəzən uşaqlar valideynlərinin laqeydliyinə, məsuliyyətsizliyinə baxmayaraq, ona dərin bağlılıq hissi yaşayır: 

“Bu, artıq oturuşmuş bir stereotipdir. Düşünürlər ki, cinslərin hər ikisinin iştirakı mütləq şəkildə vacibdir, çünki uşaq hər iki valideynini sevir. Yəni yaxşıdır, pisdir, amma yenə də sevir. 

Təcrübədə də görürəm ki, bəzən çox biganə valideyn olur, amma uşaq özünü ondan ötrü öldürməyə belə hazırdır. Onun yanında olmaq uşaq üçün çox əhəmiyyətlidir. Bizim praktikada belə bir hal var. Ana hazırda həbsdədir, uşaq isə gözünü açandan onun narkotikdən istifadə etdiyinin şahidi olub. Təkcə onun yox, həm də dostlarının, rəfiqələrinin. Mən bir dəfə uşağa sual verdim ki, sən onu bu qədər həsrətlə gözləyirsən, bu qədər sevgi göstərirsən, bəs o, sənə eyni hissləri yaşadıb? Uşaq dedi ki, yox, amma buna baxmayaraq mən onu sevirəm”. 

Mehriban Zeynalova qeyd edib ki, ümumiyyətlə, istənilən məsələdə uşağın maraqları bütün digər maraqlardan üstündür: 

"Bu, indi bizim qanunvericilikdəəks olunub. Amma  qədimdən uşaqlarının mənafeyi naminə öz maraqlarından imtina edən valideynlər olub. Yəni özlərinə qarşı olan münasibət və ya qeyri-insani davranışlara baxmayaraq, uşağın maraqlarını düşünüblər. 

Bu, bizim genetik yaddaşımızdan, həyat tərzimizdən qaynaqlanan yanaşmadır. Amma, əlbəttə ki, bəzən ailədə münasibətlər o qədər gərgin olur ki, tərəflər uşaqların gözü qarşısında bir-birini nüfuzdan salır, bir-birinə qarşı dözülməz davranışlar nümayiş etdirirlər. Əgər uşaq hər gün bunun şahidi olursa, belə ailənin birgə yaşaması məqsədəuyğun deyil. Bəlkə də onlar ayrı yaşayıb uşağı birgə tərbiyə etmək üsulunu seçsələr, daha doğru olardı". 

“Valideynləri ayrıldıqdan sonra da uşaqlar travma yaşayırlar”

QHT sədri əlavə edib ki, ayrılıqdan sonra münasibətlərin düzgün tənzimlənməməsi uşaqlar üçün ikinci travmadır: 

"Təəssüf doğuran məqam odur ki, bizdə ayrıldıqdan sonra münasibətləri normal şəkildə tənzimləmək vərdişi yoxdur. Ayrılıqdan sonra da çox zaman bir-birini aşağılamaq, qeyri-insani davranışlara yol vermək, uşağın yanında digər valideyn haqqında xoşagəlməz ifadələr işlətmək və ittihamlar davam edir. 

Bu isə uşağın yaşadığı ikinci travmadır. Valideynləri ayrıldıqdan sonra da uşaqlar travma yaşayırlar. Yəni nəticə etibarilə, biz uşağa yönəlik olsaq da, onun maraqlarını müdafiə etməyə çalışsaq da, çox zaman münasibətlərimizi düzgün tənzimləyə bilmirik. Öz eqolarımızı uşağın mənafeyindən üstün tuturuq və bu səbəbdən hər iki halda uşaq travma yaşayır". 

O bildirib ki, valideynlər çox zaman eqolarını uşaqların maraqlarından üstün tuturlar: 

"Bu problem bəzən şəxsin özünə qarşı yönəlmiş olur və o, uşaqları ilə birlikdə qalmaq üçün buna dözür. Əgər şəxs həmin vəziyyəti uşağın yanında nümayiş etdirmirsə, bu, onun şəxsi seçimidir. Yox əgər ayrılırsa və münasibətləri normal şəkildə tənzimləyə bilmirsə, artıq burada şəxsin eqosunun önə çıxması və uşağın maraqlarını nəzərə almaması məsələsi ortaya çıxır". 

“Normal davranış modelimiz yoxdur" 

Mehriban Zeynalova əlavə edib ki, ailə institutunda ortaq normaların formalaşdırılması, valideynlik davranışının düzgün tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin sağlam qurulması və uşağın maraqlarının daha üstün tutulması çox vacibdir:

"Məsələn, mənim valideynlərim arasında da mübahisələr olub, amma bu mübahisələr heç vaxt bizim gözümüzün qarşısında baş verməyib. 

Biz onları o qədər ideal hesab edirdik ki, yalnız müəyyən yaşa çatandan sonra bildim ki, əslində aralarında kifayət qədər ciddi münaqişələr olub. Amma onlar heç vaxt bunu uşaqların önündəgöstərməyiblər. Bizdə hələ ortaq normanın, yəni uşaqlarla münasibətlərin necə tənzimlənməsi və şəxslərin özünün davranışını necə idarə etməsi ilə bağlı normal bir davranış modelimiz yoxdur". 

“Uşaq üçün sevgi və hörmət dolu ayrılıq, gərgin münasibətdə birgə yaşamdan daha sağlamdır”

Psixoloq-pedaqoq Zeynəb Əyyubova bildirib ki, ailədaxili münasibətlərdəən həssas mövzulardan biri, birmənalı şəkildə “uşağa görə ayrılmırıq” düşüncəsidir: 

"Çox valideynlər boşanma qərarı qarşısında durarkən uşağın psixoloji durumunu əsas gətirir və evliliyi davam etdirməyə çalışır. Lakin bu yanaşma hər zaman uşağın xeyrinə olmur. Əgər ailədə davamlı münaqişə, gərginlik, hörmətsizlik, təhqir və ya emosional zorakılıq hökm sürürsə, uşaq bu mühiti hər gün yaşayır və bu, onun emosional təhlükəsizliyini sarsıdır. 

Belə uşaqlarda tez-tez qorxu, özünə inamsızlıq, aqressiya və narahatlıq halları müşahidə olunur. Onlar gələcəkdə münasibətlərdə ya zorakılığa meylli olur, ya da tam qapalı və passiv davranış modeli formalaşdırırlar". 

Psixoloq qeyd edib ki, uşaq üçün sevgi və hörmət dolu ayrılıq, gərgin münasibətdə birgə yaşamdan daha sağlamdır: 

"Təcrübə göstərir ki, uşaq üçün sevgi və hörmət dolu ayrılıq, daimi münaqişə və gərginliklə dolu birlikdəlikdən daha sağlamdır. Yəni valideynlər bir-birinə qarşı aqressiv, soyuq və ya hörmətsiz münasibət göstərirsə, uşaq bunu görərək normal ailə modelini səhv öyrənir. Sonradan o, ya eyni davranışları təkrarlayır, ya da münasibətlərdən qorxur. 

Boşanma uşağa travma yarada bilər, amma bu travma doğru yanaşma və emosional dəstək sayəsindəazaldılar. Əsas məsələ odur ki, valideynlər ayrıldıqdan sonra belə uşağa sevgini, qayğını və sabitliyi hiss etdirsinlər. Uşaq bilməlidir ki, ata-ana münasibətində dəyişiklik olsa da, ona olan sevgi dəyişmir". 

“Belə münasibətə son vermək daha doğru addımdır”

Zeynəb Əyyubova vurğulayıb ki, uşaqlar valideynlərin sözlərindən çox davranışlarını müşahidə edirlər: 

"Əgər uşaq evdə sakit, anlayışlı, sevgi dolu münasibət mühiti görürsə, bu, onun gələcək psixoloji inkişafına müsbət təsir edir. Amma gərgin, aqressiv və qarşılıqlı hörmətsizlik mühiti uşaqda dərin emosional zədələr buraxır. 

Nəticə olaraq, “uşağa görə ayrılmırıq” fikri yalnız münasibət qarşılıqlı sevgi, hörmət və anlayışla düzələ biləcəksə, məna daşıyır. Əgər münasibət zəhərli və zorakı mühitdə davam edirsə, uşağın xatirinə deyil, əksinə, onun sağlam gələcəyi naminə münasibətə son vermək daha doğru addımdır".

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: boşanmaq uşaq valideyn Mehriban Zeynalova Zeynəb Əyyubova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri