Icma.az
close
up
RU
Emosional cəhətdən yetkin olmayan valideynlərin uşağa dediyi ifadələr: Ekspert 7 nümunə göstərdi

Emosional cəhətdən yetkin olmayan valideynlərin uşağa dediyi ifadələr: Ekspert 7 nümunə göstərdi

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Valideynlər açıq ürək və diqqətlə dinləmə bacarığı ilə övladlarına müəllimlik və məsləhətçilik etməli, onların maraqlarını üstün tutmalıdır. Lakin emosional cəhətdən yetkin olmayan valideynlərlə böyüyənlər ailələrində nəsə qaydasında olmadığını hiss edə bilərlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Parade" yazıb.

"Mənəvi cəhətdən yetkin olmayan valideynlərlə böyümək, sanki hərəkətdə olan qum üzərində ev tikməyə çalışmaq kimidir: nə qədər çalışsan da, altında dayandığın əsas daim dəyişir", deyə psixoloq Mett Qloviak bildirib.

Materialda vurğulanır ki, sözlər bəzən çubuq və daşdan daha çox ağrı verə bilir. Üstəlik, bu ağrı illər sonra da davam edir.

"Onların sözləri çox vaxt yaralayır, çaşdırır və susmağa məcbur edir. Zaman keçdikcə bu ifadələr özümüzə və başqalarına necə yanaşdığımıza təsir edir", deyə ekspert bildirib.

Qloviak emosional savadlılıq və özünüidarəetmə çatışmazlığı olan emosional cəhətdən yetkin olmayan valideynlərin istifadə etdiyi yeddi tipik ifadəni açıqlayıb:

1. Sən həddindən artıq həssassan

Çox vaxt sizə "həddindən artıq həssassan” və ya "artırırsan” deyiblərsə, bu, sizi öz hisslərinizdən şübhələndirib. Qloviak bildirir ki, problem uşaqda deyil.

2. Çünki mən belə dedim

Bu ifadə açıqlama vermək əvəzinə söhbəti dayandırmaq üçün istifadə olunur. Uşağın marağını və tənqidi düşüncəsini boğur, onu gücsüz və dinlənilməmiş hiss etdirir.

3. Ağlamağı saxla, yoxsa ağlamağın üçün səbəb verərəm

Bu ifadəni eşitmiş uşaqlar tez-tez hisslərinin təhlükəsiz olmadığını anlayır. Qloviak deyir ki, bu, valideynin öz narahatlığını uşağın rahatlığı və təhlükəsizliyindən üstün tutmasından irəli gəlir.

4. Sən hər şeyi korlayırsan

Bu, həqiqət deyil. Qloviakın sözlərinə görə, belə ifadə işlədən valideynlər öz məyusluqlarını uşağa proyeksiya edir və onu haqsız şəkildə günahkar çıxarırlar.

5. Mən sənin üçün hər şeyi edirəm

Bu cümlə özünü qurban kimi göstərmək təsiri bağışlasa da, əslində uşağa günahkarlıq hissi aşılamaq və itaət etdirmək məqsədi daşıyır.

6. Sən atan, anan və ya başqa qohumun kimisən

Tonda adətən bunun kompliment olmadığı hiss olunur. Qloviak deyir ki, bu cür müqayisə uşağın kimliyini başqa bir şəxsin qüsurları ilə eyniləşdirir və onun özünəməxsusluğunu görməzdən gəlir.

7. Mən sənin atan və ya ananam, dostun deyil

Sərhədlər vacibdir, amma bu ifadə emosional məsafə yaradır. Sanki istilik və yaxınlıq valideyn avtoritetilə uyğun gəlmir və uşaq özünü təcrid olunmuş və dəstəksiz hiss edir.

Qloviak məsləhət görür ki, əgər yaxın biri sizi sözlərlə incidibsə, emosiyalarınızı ifadə etməyi öyrənin. O, həmçinin sərhədlər qoymağı və bunun üçün ailə üzvlərindən üzr istəməməyi tövsiyə edir. Sonuncu tövsiyəsi isə belədir: emosional cəhətdən təhlükəsiz münasibətlər qurun və sizi eşidən, hisslərinizi dəyərləndirən insanlarla əhatələnin.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri