Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Valideynlərin boşanması uşağa necə təsir edir? Psixoloqun fikiri

Valideynlərin boşanması uşağa necə təsir edir? Psixoloqun fikiri

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Son zamanlar uzun illərlə formalaşmış ər və arvad stereotipləri, şablon davranış qaydaları pozulur. Artıq daha çox insan boşanır.

Boşanmanın bəziləri üçün xeyirli, bəziləri üçün, həqiqətən də, pis nəticələri olur. Xüsusilə də boşanma prosesi uşaqlara düzgün izah olunmursa, ata və ananın ayrılması, ayrı-ayrı evlərdə yaşaması onlara ağır psixoloji zərbə vurur. Bu zərbələrdən yaralar dərinsə, sağalmaya da bilər.
Psixoloq Vəfa Rəşidovanın bildirdiyinə görə, boşanma prosesi mütləq uşağa izah olunmalıdır: "Boşanma, həqiqətən də, uşaqların ciddi narahatlıq və sarsıntı keçirmələrinə səbəb olur. Bunun fəsadları həddindən artıq çoxdur. Boşanma hadisəsi övladı illər boyu narahat edə bilər. Hətta vaxtilə valideynləri boşanmış insan 30-35, 40-45 yaşlarında belə bu hadisənin depressiyasını, qoyduğu izləri yaşaya bilər. Ona görə də boşanma prosesində ər və arvad ayrılıqdan öncə uşağı psixoloji hazırlaşdırmalıdır".

Boşanma çıxış yolu deyil

V.Rəşidovanın fikrincə, boşanma problemlərin həlli yolu deyil: "Boşanmanın mənfi tərəfləri çoxdur. Birinci növbədə, uşaq əziyyət çəkir. İkincisi, boşanan ailələr sonradan peşmançılıq içində yaşayır. Cütlüklər bunu boyunlarına almasalar belə, bu, həqiqətən də, belədir. İş təcrübəm bunu göstərir ki, boşanmadan, fərqi yoxdur, bir və ya bir neçə il sonra kişi və qadın peşman olur. Bu səbəbdən də, tələsik boşanmağa qərar verməkdənsə, ailəni qorumağın, problemləri yoluna qoymağın müsbət cəhətləri daha çoxdur".

Rəşidova bildirib ki, boşanma qaçılmazdırsa, heç olmasa uşağı buna hazırlamaq lazımdır: "Təəssüf ki, biz etik qaydaları gözləyərək ayrıla bilmirik. Boşanma tərəflərin alçaldılması, dava-qışqırıq, psixoloji, bəzi hallarda fiziki zərbələrsiz ötüşmür. Ana uşağın yanında atanı pisləyir, təhqir edir, onun mənfi tərəflərini şişirdir, hadisələri qabardır, ata da ananı. Nəticədə uşağın gözündə ata və ya ana modeli dağılır. Uşaqda ailəyə qarşı inam hissi qırılır. Övladın fikrində canlanan ailə modelini sındırmaqsa, insanlıqdan kənardır və bu, çox ciddi fəsadları olacaq bir addımdır.

Uşaq sabah böyüdükdə, müəyyən evlilik yaş dövrünə çatdıqda, evlənməyi belə özünə lazım bilməyəcək. Evlənməkdən uzaq duracaq. Ailə qurmaq həvəsində olmayacaq. Onun qarşısında "Ailə modeli budurmu?" sualı duracaq. "Ailə bu idimi? Anam atam evləndilər və sonda belə bir durum, belə bir vəziyyət alındı", - deyə fikirləşəcək. Müəyyən yaşda övlad, hətta deyə bilər ki, "Heç nədən ayrıldılar". Bu kimi düşüncə tərzi ona ailə qurmağa mane olacaq. Özündən asılı olmadan şüuraltısında "Mənim də quracağım ailə dağılacaq, mənim də övladlarım bu zülmü çəkəcək" fikirləri oturuşacaq.

Problem ondadır ki, uşaqlar boşanmanı öz həyatlarına yansıda bilərlər. Bu, olmasın deyə boşanarkən valideynlər diqqətli olmalı, uşağı buna psixoloji hazırlaşdırmalı, övladlarını stressdən qorumaq üçün müəyyən tədbirlər görməlidir. Bunu valideynlər özləri edə bilmirlərsə, heç olmasa psixoloqlara həvalə etməlidir".

Mütəxəssis vurğulayır ki, uşaq boşanma prosesini travmatik bir hadisə kimi qəbul edir: "Uşaq üçün ata da, ana da çox sevdiyi və önəmli bir şəxsiyyətdir. Nə qədər çətin və ağır xarakteri olsa da, içki aludəçisi və şiddətə meylli olsa da, yenə də atadır. Ata uşaq üçün sevimli və önəmli bir insandır. Ana da həmçinin.

Boşanma zamanı valideyn uşağın yanında ata və ya anaya qarşı elə bir söz işlədə bilər ki, boşanma prosesi bir kənarda qalar və həmin sözlər uşağın dünyasını dağıdar.
Valideyni burada günahkar kimi çıxartmayaq. Belə ki, valideyn həmin sözləri uşağı sarsıtmaq üçün qəsdən deyil, bilməyərəkdən də deyə bilər".

Valideynlərin boşanması yeniyetmələr üçün təhlükəlidir

Psixoloqun sözlərinə görə, balaca uşaqlar valideynlərin boşanmasını daha asan keçirir: "Valideynlər uşaqlar balaca olarkən boşanıblarsa, uşaq bu hadisənin necə baş verdiyini xatırlamaya da bilər. Və ya boşanma prosesini təxmini, duman içində xatırlayar.

Yeniyetməlik yaşlarında isə uşaqların valideynlərindən xüsusi gözləntiləri var. Ana və ata boşanarkən onların gözləntiləri param-parça olur. Yeniyetməlik yaşa qədərki uşağın da gözləntiləri var. Amma uşağın başını qatmaq olur. Yeniyetmənin isə başını qatmaq olmur. Yeniyetmə hər şeyin fərqində olur və onun ideallaşdırdığı ata və ya ana modeli dağılır.
Boşanma zamanı yeniyetməyə "hər şey yaxşıdır, güllər, çiçəklər açıb" da demək düzgün deyil".

Boşanma və ya konflikt dolu ailə

Rəşidova hesab edir ki, uşağı valideynlərin boşanması və ya konflikt dolu ailədə yaşamaq seçimi qarşısında qoysan, əslində, heç birini seçməzdi: "Uşaq üçün hüzurlu ailə lazımdır. Uşağın günahı yoxdur, o konflikt dolu ailənin problemlərini yaşamamalıdır!

Əlbəttə ki, hər bir valideyn ailə qurursa, bunu düşünərək qurmalıdır. Yüz ölçüb, bir biçməlidir ki, sabah konflikt dolu ailədə yaşayıb boşanma ilə üzləşməsin".

Psixoloqun fikrincə, elə bir ailə yoxdur ki, o ailədə söz-söhbət olmasın: "Amma konfliktləri yoluna qoymaq olar, problemlərin həlli yolları var. "Konfliktdir" deyib uşağa o problemləri yaşatmaq cinayətdir.

Əgər boşanmaq son qərarınızdırsa, bunu sivil qaydada etməlisiz. Ayrılmaq dalaşmaq demək deyil. O demək deyil ki, ayrılırsızsa, bir-birinizi məhv etməlisiz. Heç nəyi gözə almırsızsa, heç olmasa övladlarınızı gözə almalısız! Onlar üçün bu, çox ağrılı prosesdir. "Nə olsun ki, uşaqdı da, həyatında adlayacaq" deyə heç kim zəmanət verə bilməz! Yox, adlamaya da bilər..."

Milli.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri