Icma.az
close
up
RU
Uşağı döşdən necə ayırmaq olar

Uşağı döşdən necə ayırmaq olar

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Uşağın əmizdirilməsinin dayandırılması həm ana, həm də uşaq üçün çox ağrılı mövzulardan biridir.

Uzun müddət ərzində uşağın müvəffəqiyyətlə əmizdirilməsi çox vacib olduğu kimi, onun düzgün şəkildə başa vurulması da çox əhəmiyyətli bir məsələdir. Çox vaxt anaları düşündürən əsas suallardan biri də - “əmizdirməni uşağın hansı yaşına qədər aparmaq lazımdır?” - sualıdır. Allahın kitabı olduğuna heç bir şübhə olmayan Qurani-Kərimdə əmizdirməni tamamlamaq üçün uşağı tam 2 il əmizdirmək tövsiyə olunur. 2 il əmizdirmənin faydasını mütəxəssislər və tibbi araşdırmalar da dəstəkləyir.

Mütəxəssislərin gəldiyi ümumi rəyə görə, əmizdirilmənin dayandırılmasının ən aşağı həddi uşağın 1-1,5 yaşında olmasıdır. Bu, əmizdirilmənin erkən dayandırılması hesab olunur və ananın, yaxud da uşağın sağlamlıq durumu və digər səbəblərlə (məsələn, ana uşaqdan ayrı qalmalıdır və s. bu kimi səbəblər) əlaqələndirilir. Bu zaman əsas məsələ, əmizdirilmənin bu yaşda dayandırılmasının tədricən və yumşaq şəkildə yerinə yetirilməsindən ibarətdir.

Əmizdirilmənin dayandırılmasının optimal vaxtı 1,8 - 2,2 yaşdır, ən yüksək həddi isə 2,7 – 3 yaş hesab olunur. Əlbəttə ki, uşaqlarını müvəffəqiyyətlə 4 yaşınadək əmizdirən analar da vardır. Burada düzgün olmayan, ayıb və ya zərərli hesab olunacaq heç nə yoxdur. Bu məsələdə hər şey fərdi şəkildə ola bilər.

Əlbəttə ki, laktasiyanı birdən kəsmək olmaz. Südvermənin qəfil dayandırılması uşağa ağır psixoloji travma yetirərək, hətta onun xarakterinin formalaşmasına da mənfi təsir edə bilər. Uşağın döş əmməyi tərgitməsi üçün, bu prosesi tədricən aparmaq, ananın əmizdirməni tamamilə dayandırmaq istədiyi vaxtdan isə bir neçə ay əvvəldən başlamaq lazımdır. Tez bir zamanda əmizdirmənin başa çatdırılması həm uşağın, həm də ananın sağlamlığı üçün ziyanlıdır. Bunun nəticəsində qadında müxtəlif pozulmalar (laktostaz, mastit və s.) inkişaf edə bilər.

Bir sıra hallarda əmizdirmənin dayandırılmasını təxirə salmaq lazımdır. Bunlar əsasən aşağıdakılardır:

- uşağın dişləri çıxmağa başlayırsa;

- uşaq soyuqlamışsa və ya onun bağırsaqlarında müəyyən problemlər varsa;

- uşağınıza yeni dayə tutmuşsunuzsa;

- həyatınızda hiss olunacaq mənfi və ya müsbət dəyişikliklər varsa (siz istirahətdən, səyahətdən yenicə gəlmişsinizsə, yeni mənzilə köçmüşsünüzsə və s.);

- uşaq bağçaya və ya körpələr evinə getməyə başlayırsa.

İlin isti aylarında uşağın əmizdirilməsini dayandırmaq məsləhət görülmür (Azərbaycanda bu, yazın axırı, bütün yay və payızın əvvəlinə qədər olan müddətdir). Məsələ burasındadır ki, məhz bu dövrdə uşaqlarda mədə-bağırsaq infeksiyalarının yaranması ehtimalı xeyli dərəcədə yüksəlir. Ana südü isə, məlum olduğu kimi, uşağın hələ ki zəif olanmədə-bağırsaq sistemini, müxtəlif infeksiyaların zərərli təsirindən qoruya bilmək xüsusiyyətinə malikdir. Ona görə də uşağın əmizdirilməsinin dayandırılması üçün payızın sonu, qış fəsli və yazın ilk ayları daha məqbul sayılır.

Əmizdirməni yumşaq şəkildə dayandırmaq üçün, əmizdirmə üzrə mütəxəssislərin verdiyi əsas tövsiyələr aşağıdakılardır:

- Uşağa, yad adamların yanında (çöldə, mağazada, qonaqlıqda, ictimai nəqliyyatda və digər bu kimi yerlərdə) anadan döş istəməməsinə vərdiş etdirin. Körpə ilə "razılaşın" ki, onu ancaq evdə olarkən əmizdirə bilərsiniz.

- Əmizdirilmə müddətini azaldın.

- Uşağın önündə əyləşməyin. Onun ana südü ilə əmizdirilməkdən uzaqlaşdırılmasının ilk həftələrində daha çox hərəkət etməyə çalışın. Ananın oturmuş vəziyyətdə olması, uşaqda əmizdirilmə ilə assosiasiya olunur (yəni uşaq düşünür ki, anası məhz onu əmizdirmək üçün oturmuşdur).

- Uşağın yanında paltarınızı dəyişməyin.

- Uşaq ananın döşünü istədikdə onun diqqətini yeni oyuncaqla, multfilmlə və ya hər hansı digər yolla yayındırmağa çalışın. Bir qədər böyük uşaqları isə, onları hər hansı yeni yemək növünə qonaq etməklə bu fikirdən yayındırmaq olar.

- Bir qədər böyümüş uşaqların əksəriyyəti günorta və axşam saatlarında yatmamışdan qabaq onların əmizdirilmək istəyirlər. Buna görə də onları tədricən ata, nənə, baba (bu zaman ana təcili olaraq harasa getməli olur) ilə yatmağa öyrətmək lazımdır. Əgər uşaq buna qəti şəkildə müqavimət göstərirsə, ana özü uşağı qucağına alıb döş vermədən yatızdıra bilər.

- Uşaq buna müqavimət göstərərsə, ağlayaraq əvvəlki qaydada əmizdirilməsini tələb edərsə, buna da hazır olmaq lazımdır. Uşağın bu hərəkəti tamamilə normal və təbii reaksiyadır. Bu halda ana özünü sakit və inamlı şəkildə apararsa, uşaq da bu dəyişikliyi normal şəkildə qəbul edərək tez bir zamanda və minimal həyəcanlanmaqla bunun öhdəsindən gələ bilər.

- Əmizdirməni dayandırdığınız dövrdə uşağa qarşı maksimal şəkildə diqqətli olun – onu daha çox qucaqlayın, öpün, əzizləyin, tərifləyin, onunla daha çox oynayın, onun üçün nağıl oxuyun, onunla gəzməyə çıxın və s. Bir qədər böyük yaşlarda, ana südü uşaqlar üçün qida mənbəyi kimi o qədər də vacib deyil. Bu ona, anası ilə bir yerdə olmaq imkanı verərək, özünü sevimli, qorunmuş, əzizlənmiş hiss etməsi üçün lazımdır. Bu səbəbdən, ana özünün bütün davranışı ilə uşağa sübut etməlidir ki, əmizdirmənin qurtarmasına baxmayaraq körpə onun üçün dünyada ən sevimli və ən dəyərli varlıq olaraq qalır.

- Heç bir halda, psixoloji cəhətdən travma verə bilən üsullardan - döş gilənizə acı istiot, rəng, pis dadı olan məlhəmin sürtülməsi kimi üsullardan istifadə etməyin. Bu, yalnız işinizi çətinləşdirə bilər. Körpəyə heç bir halda yalan danışmayın. Əslində, onlar acı həqiqəti anlamağa və qəbul etməyə qadirdirlər. Sadəcə, onlara bunun üçün vaxt verin, ağlayıb hirs və acılarını boşaltmaq üçün isti qucaq verin. Heç vaxt aldatmayın. Yalanlarınız gələcəkdə uşağınız tərəfindən sizə geri qaytarılacaqdır.

Əmizdirmənin dayandırılması prosesi tədricən aparıldığı üçün, ananın döşlərində gedən laktasiya prosesi də tədricən zəifləməyə başlayacaq. Buna görə də ana, laktasiyanın dayandırılması ilə əlaqədar olaraq öz orqanizmində elə də böyük diskomfort hiss etməyəcək. Uşağın son dəfə əmizdirilməsindən 3-4 gün sonra ana döşlərində bir qədər dolğunluq hiss edə bilər. Bununla əlaqədar olaraq, heç bir şey etmək lazım deyil. Anaların əksəriyyəti bu halda, sadəcə olaraq, gözləyirlər, çünki, adətən, bir gündən sonra hər şey normallaşır. Əgər döşlərin dolğunluğu bir qədər ağrılı, nisbətən dözülməz olarsa, bu halda döşləri yüngülcə “yumşaltmaq" lazımdır. Bu halda onu, rahatlıq hiss edənə qədər yüngülcə sağmaq məsləhət görülür. Ancaq döşləri çox sağmaq olmaz! Əks halda, laktasiya prosesi yenidən güclənə bilər!

Bu dövrdə, gün ərzində qəbul edilən mayenin miqdarının azaldılması məsləhət görülmür. Döşləri sıx bağlamaq da olmaz. Bunun nəinki heç bir əhəmiyyəti yoxdur, hətta zərəri var. Belə ki, bunun nəticəsində qadında hərarətin yüksəlməsi, döş axarının tutulması, zərif toxumanın travmatik zədələnməsi, hətta mastit (döş toxumasının iltihabı) kimi müxtəlif fəsadlar baş verə bilər.

Laktasiyanı azaldan dərman preparatlarından istifadə edilməsi də məsləhət görülmür. Bunlar, əsasən, hormonal dərman preparatlarıdır. Onların qəbul edilməsi, qadının hormonal fonuna kobud şəkildə müdaxilə edilməsi deməkdir. Bu isə, bir sıra hallarda yanaşı təsirlərin əmələ gəlməsi ilə müşayiət olunur, bir çox hallarda isə, ümumiyyətlə, az effekt verir.

Nanə, adaçayı, rozmarin (ətotu) otlarının dəmləmələrinin qəbul edilməsi, cəfəri göyərtisinin və soyanın yeyilməsi ana südünün hazırlanmasını azaldır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri