Icma.az
close
up
RU
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” Əməkdar müəllimdən ETİRAZ

“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” Əməkdar müəllimdən ETİRAZ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"6-7-ci sinifdən etibarən məktəblərdə 8-ci dərs saatının keçirilməsi ciddi müzakirə olunmalıdır. Çünki 11-13 yaşlı uşağın günün sonunda diqqəti, enerjisi və öyrənmə qabiliyyəti artıq əvvəlki saatlardakı səviyyədə olmur. Həmçinin, uşağın məktəbdə keçirdiyi vaxtı ev tapşırığı, repetitor, kurs və dərnəklərlə birlikdə düşünmək lazımdır. Əgər bütün bunların nəticəsində uşağın yuxusuna, hərəkətinə və istirahətinə vaxt qalmırsa, artıq ümumi yükdən danışmalıyıq".

Bunu Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva bildirdi. O qeyd etdi ki, məktəblərdə 8-ci dərs saatını qiymətləndirərkən onun məzmununa da baxmaq lazımdır:

"Əgər günün son saatında riyaziyyat, fizika, xarici dil kimi yüksək diqqət tələb edən fənlər keçirilirsə, uşağın həmin saatda nə dərəcədə səmərəli öyrəndiyi sual doğurur. Əgər həmin saat bədən tərbiyəsi, musiqi, yaradıcılıq və ya uşağın daha fəal iştirak etdiyi fəaliyyətlərə ayrılırsa, vəziyyət tamamilə fərqli ola bilər. Odur ki, bu qərarları verməzdən əvvəl düşünmək lazımdır ki, 11-13 yaşlı uşağın bir gün ərzində ümumi yükü nə qədərdir və bu yük onun yaşına, yuxu ehtiyacına, fiziki aktivliyinə və istirahət imkanlarına uyğundurmu? Çünki uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək anlamına gəlmir. Təhsildə məqsəd uşağın dözümlülüyünü yoxlamaq deyil, onun öyrənməsi üçün ən səmərəli şəraiti yaratmaqdır. 8-ci dərs saatına da belə yanaşmaq lazımdır".

S.Əliyevanın fikrincə, şagirdlər üçün gündəlik 8 saatlıq akademik dərs açıq-aydın bir yükdür və uzunmüddətli perspektivdə uşağın istəksizliyinə, motivasiya itkisinə və sağlamlıq problemlərinə yol aça bilər. 

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri