Icma.az
close
up
RU
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu Valideynlər bunları bilməlidir

Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu Valideynlər bunları bilməlidir

Icma.az, Milli.az saytına istinadən bildirir.

Yeni tədris ilinin başlaması ilə valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların məktəbə və dərslərə marağını artırmaqdır. Xüsusilə birinci sinfə gedən uşaqlar üçün məktəb həyatı yeni mühit, yeni insanlar deməkdir. Bu səbəbdən onların məktəbə uyğunlaşması və dərsə həvəslə yanaşması üçün valideynlərin münasibəti mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, uşağı məktəbə həvəsləndirməyin ən yaxşı yollarından biri onda məktəb haqqında müsbət təsəvvür yaratmaqdır. Valideynlər məktəbi yalnız dərs, ev tapşırığı və qiymətlərlə əlaqələndirmək əvəzinə, uşağa yeni dostlar qazanacağı, maraqlı məlumatlar öyrənəcəyi və müxtəlif bacarıqlar əldə edəcəyi bir mühit kimi təqdim edə bilərlər.

Çanta, dəftər, qələm və digər məktəb ləvazimatlarının seçiminə uşağı da cəlb etmək onun məktəbə marağını artıra bilər. Öz zövqünə uyğun əşyaları seçən uşaq məktəbə hazırlıq prosesinin bir hissəsinə çevrildiyini hiss edir.

"Filankəs səndən yaxşı oxuyur" kimi ifadələr uşağın özünəinamına mənfi təsir göstərə bilər. Bunun əvəzinə onun göstərdiyi səyi və əvvəlki nəticələri ilə müqayisədə əldə etdiyi irəliləyişi qiymətləndirmək daha faydalıdır.

Uşağın yalnız yüksək qiymət aldığı zaman təriflənməsi onda uğursuzluq qorxusu yarada bilər. "Sən bunun üçün çox çalışdın", "Bu dəfə əvvəlkindən daha yaxşı alındı" kimi ifadələr uşağın öyrənməyə marağını gücləndirir.

Valideynlər hər gün uşağın məktəbdə keçirdiyi günlə maraqlanmalıdır. Lakin yalnız "Neçə aldın?" sualını vermək əvəzinə "Bu gün səni ən çox nə sevindirdi?", "Müəllimin hansı mövzudan danışdı?" və ya "Dostlarınla nə etdiniz?" kimi suallar vermək daha səmərəli ola bilər.

Uşağı dərs oxumağa məcbur etmək və dərsi cəza vasitəsinə çevirmək məktəbə qarşı mənfi münasibət formalaşdıra bilər. Dərs üçün müəyyən vaxt ayırmaq, fasilələr vermək və uşağın yaşına uyğun rejim yaratmaq daha düzgün yanaşmadır.

Əgər uşaq məktəbə getmək istəmirsə, bunun səbəbini öyrənmək vacibdir. Bəzən səbəb dərslərin çətinliyi deyil, müəllimdən çəkinmək, sinif yoldaşları ilə problem yaşamaq, uğursuzluq qorxusu və ya yeni mühitə uyğunlaşa bilməmək ola bilər.

Valideyn uşağı danlamaq əvəzinə onun hisslərini dinləməli və problemin həllində yanında olduğunu göstərməlidir.

Unutmaq olmaz ki, hər uşağın məktəbə uyğunlaşma müddəti eyni deyil. Bəzi uşaqlar yeni mühitə tez alışdığı halda, digərlərinə daha çox vaxt və dəstək lazım olur. Səbirli münasibət, düzgün ünsiyyət və uşağın səylərinin qiymətləndirilməsi onun məktəbə daha müsbət yanaşmasına kömək edə bilər.

Əsas məqsəd uşağı yalnız yaxşı qiymət almağa deyil, öyrənməkdən zövq almağa həvəsləndirməkdir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Sentyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri