Icma.az
close
up
RU
Uşağı öpməyən valideynlər bunu mütləq oxusun

Uşağı öpməyən valideynlər bunu mütləq oxusun

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaq tərbiyəsi cəmiyyətin hər dövründə aktual mövzulardan biri olub. Mütəxəssislər bildirirlər ki, sağlam şəxsiyyətin formalaşmasında yalnız tərbiyə üsulları deyil, valideyn sevgisinin ifadə olunma forması da mühüm rol oynayır. Buna baxmayaraq, bəzi ailələrdə uşağı öpmək, qucaqlamaq və ya sığallamaq onun ərköyünləşməsinə səbəb olacağı düşünülür və fiziki nəvazişdən bilərəkdən çəkinilir.

Bəs uşağı öpmədən, qucaqlamadan və fiziki nəvaziş göstərmədən böyütmək onun psixoloji inkişafına necə təsir edir? Valideyn sevgisinin sözlə ifadəsi kifayət edirmi, yoxsa fiziki təmas da uşağın emosional inkişafı üçün vacib amillərdən biridir?

Bu barədə “Yeni Sabah”a danışan psixoloq, pedaqoq Zeynəb Əyyubova bildirib ki, uşağın psixoloji inkişafında valideynlə emosional bağın formalaşması əsas amillərdən biridir: Sezar pizza

“Bu bağ təkcə sözlə deyil, eyni zamanda fiziki təmas vasitəsilə də qurulur. Uşağı qucaqlamaq, öpmək, sığallamaq və əlindən tutmaq onda təhlükəsizlik, qəbul olunma və sevildiyi hissini gücləndirir. Elmi araşdırmalar göstərir ki, sevgi dolu fiziki təmas uşağın stress hormonlarının azalmasına, özünəinamının artmasına və sağlam emosional tənzimləmə bacarıqlarının inkişafına müsbət təsir göstərir. Fiziki nəvaziş uşağı ərköyün etmir”.

Psixoloq qeyd edib ki, ərköyünlük daha çox sərhədlərin düzgün qoyulmaması, bütün istəklərin qeyd-şərtsiz yerinə yetirilməsi və ardıcıl tərbiyə prinsiplərinin olmaması ilə əlaqədardır:

“Əlbəttə, valideynin “Səni sevirəm”, “Səninlə fəxr edirəm”, “Yanındayam” kimi sözləri də çox dəyərlidir. Lakin xüsusilə erkən uşaqlıq dövründə sözlə yanaşı qucaqlaşma və digər uyğun fiziki təmaslar uşağın bu sevgini daha dərindən hiss etməsinə kömək edir. Çünki uşaqlar sevgini yalnız eşitməklə deyil, həm də hiss etməklə öyrənirlər. Bununla yanaşı, hər uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzi uşaqlar fiziki təmasa daha açıq, bəziləri isə daha həssas ola bilər. Valideyn uşağın sərhədlərinə hörmət etməli, onu məcbur etmədən, ehtiyacına uyğun sevgi və nəvaziş göstərməlidir”.

Z. Əyyubova vurğulayıb ki, sağlam tərbiyənin əsasını sevgi, təhlükəsizlik hissi, ardıcıllıq və düzgün sərhədlər təşkil edir:

“Valideyn sevgisinin həm sözlə, həm də uyğun fiziki təmasla ifadə olunması uşağın sağlam şəxsiyyət kimi formalaşmasına, gələcək münasibətlərində güvən hissi yaratmasına və emosional dayanıqlılığının inkişafına mühüm töhfə verir”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Avqust 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri