Icma.az
close
up
RU
Uşağın cinayətində əsas günahkar valideyndir Sosioloqdan AÇIQLAMA

Uşağın cinayətində əsas günahkar valideyndir Sosioloqdan AÇIQLAMA

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“200 manat cərimə azdır, daha sərt cəza olmalıdır!”

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Bu qayda həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Uşağa qarşı fiziki və psixi zorakılıq tətbiq edən valideyn cəzalanacaq. Çox yaxşı. Əla. Kimsə, valideyn də daxil, uşağın hüquqlarını pozmaq haqqına malik deyil. Bəs, uşağına düzgün tərbiyə verməyən, onun aqressiv yetişməsinə və nəhayətdə digər uşaqların, böyüklərin də həyatını zəhərə çevirməsinə, faciələr yaşatmasına səbəb olan valideynlər də cəzalandırılırmı? “İdrak” liseyində müəlliməyə atəş açan uşağın, şagirdin sifətini yandıran uşağın valideynləri məsuliyyətə cəlb olunubmu? 

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bir çox halda uşaqlar üçün yaranan hər bir təhlükədə, onların törətdiyi cinayətdə, vurduğu zərərdə bir günahkar var, o da valideynlərdir: 

- Uşaqlara fiziki zorakılıq, psixi təzyiq göstərən valideyn, müəllim, psixoloq, tərbiyəçi və sair şəxslərin 200 manat cərimə edilməsi halı təqdirəlayiqdir. Çünki adları sadalanan hər bir şəxs normal insandırsa, bu hala yol verməməlidir. Xəstədirsə, müalicə almalıdır, Yox əgər əsəbini cəmləyə bilmirsə, cərimə ödəmək kimi cəza lap yerinə düşür. Lakin bu məbləğ bir qədər də artıq olmalıdır. O miqdarda ki, zorakılıq tətbiq edən insani hisslərdən uşaq şəxsi heç olmasa bu cərimənin miqdarı əməlindən çəkindirməlidir. Əslində bir çox halda uşaqlar üçün yaranan hər bir təhlükədə, onların törətdiyi cinayətdə, vurduğu zərərdə bir günahkar var, o da valideynlərdir. Uşağa düzgün tərbiyə vermədikdə, nəzarət etmədikdə, uşağa qarşı zorakılıq tətbiq etdikdə, onun yaşına uyğun olmayan filmə baxmasına, oyunlar oynamasına biganə yanaşdıqda, etdiyi bir hərəkəti gözardına vurub düz yolu göstərmədikdə, sabah onlar səhv etdikdə, cinayət törətdikdə, bunun məsuliyyəti uşaqlardan daha çox valideynin üzərinə düşür. 

M.Məmmədova bildirdi ki, qanunvericiliyə görə, uşağın vurduğu maddi və mülki zərərə görə valideynlər konpensasiya ödəməli olur. Lakin cinayət hadisəsi baş verəndə uşağın özü törətdiyi cinayətə görə cəzasını çəkmək məcburiyyətində qalır: 

- Əgər uşağın cinayət törədəcək qədər qəddarlaşmasında valideynlərinin günahkar olmasına dəlil gətirən şahidlər olarsa, bu halda valideynlər də cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Ailə bir ağac, uşaq isə onun meyvəsidirsə, ailə bir yazıçı, uşaq onun əsəridirsə, bu halda uşaqların törətdiyi cinayətdə, hər hansı bir səhvində, əlbəttə, ailənin rolu böyükdür. Çünki xarab meyvə yeyilmədiyi kimi, yaxşı olmayan əsər oxunmadığı kimi, tərbiyəsi olmayan övlad da cəmiyyət üçün yaraya çevriləcək. Valideynlərin uşaqların törətdiyi cinayətə görə cəzalandırılması yaxşı olardı, lakin bu, hər cinayət üçün mümkün deyil. Cinayət var, uşaq buna təhrik olunur, cinayət var, uşaq psixoloji vəziyyət altında onu törədir, cinayət var, uşaq ailə tərbiyəsindən asılı olmayaraq onu digər uşaqlarla birlikdə düşünmədən, yəni onların təsirinə düşərək törədir. Bax buna görə valideynə cəza kəsmək insan hüquq və azadlıqlarına kobud yanaşma olar. Odur ki, bütün hallarda deyil, bəzi hallarda uşaqların cinayətinə görə valideynlər də cavabdeh olmalıdırlar. Qanunlarımızda bu, əksini taparsa, düşünürəm ki, valideynlər daha məsuliyyətli olar, uşaqların tərbiyəsinə daha ciddi yanaşar, onların həyatına, davranışına nəzarəti artırarlar. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri