Icma.az
close
up
RU
16 yaşlı qız ərə verilirdi… Sosioloqdan AÇIQLAMA

16 yaşlı qız ərə verilirdi… Sosioloqdan AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Qohum evliliyinə tələsdilər, qanunla qarşılaşdılar, Sabirabadda erkən nikah qalmaqalı dərs olmalıdır

“Valideynlərə və cəmiyyətə fəsadlar izah edilməlidir. Erkən nikahların qarşısını almaq üçün təhsil və maarifləndirmə əsas rol oynayır”

Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə vermək istəyiblər. Bu barədə aparıcı Lalə Azərtaş öz verilişində məlumat verib. O qeyd edib ki, qurulan toy məclisinin qarşısı alınıb: "Mənə Sabirabad tərəfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla bu gün Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib. Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. 16 yaşlı bir uşağı məndə olan məlumata görə, 33 yaşlı xalası oğluna məcbur ərə vermək istəyiblər. Qohum evlilikləri iyunun 1-dən rəsmi olaraq qadağan olunacaq. Ona görə də belə tələsik etmək istəyirdilər ki, iyunun 1-dən dövlət qadağa edəcək. Hətta eşitdiyimə görə, toy üçün 20 min xərc çəkilibmiş. İndi orada çal-çağır olmalı idi".

Qeyd edək ki, 16 yaşlı qızın 33 yaşlı bir kişiyə, üstəlik, xalası oğluna ərə verilmək istənilməsi bir neçə mühüm məsələni ortaya qoyur. Daha doğrusu, bu hadisə Azərbaycanda azyaşlı qızların erkən nikaha cəlb edilməsi və məcburi evlilik kimi ciddi sosial problemləri yenidən gündəmə gətirib.

Toyun tələsik keçirilmək istənilməsinin səbəbi də diqqətçəkicidir — iyulun 1-dən Azərbaycanda qohum evliliklərinin qadağan olunacağı ilə bağlı gözləntilər. Bu da göstərir ki, bəzi ailələr bu tip evlilikləri hüquqi boşluqlardan istifadə edərək həyata keçirməyə çalışırlar. Halbuki, qohum evlilikləri təkcə sosial deyil, həm də səhiyyə baxımından ciddi genetik risklər daşıyır.


Sosioloq, professor Əhməd Qəşəmoğlu Sherg.az-a açıqlamasında erkən nikahların Azərbaycanda ciddi sosial problem olduğunu vurğulayıb:


 “16 yaşlı bir qızın 33 yaşlı, üstəlik, xalası oğlu olan bir kişiyə ərə verilməsi kimi hallar, sadəcə fərdi qərar və ya təsadüfi bir hadisə deyil, bunun arxasında dərin köklü mədəni ənənələr, sosial təzyiqlər, gender bərabərsizliyi və ailə daxilində hökmranlıq edən patriarxal münasibətlər sistemi dayanır. Belə hallar cəmiyyətin bəzi təbəqələrində qız uşaqlarının erkən yaşda evləndirilməsini normallaşdıran düşüncə tərzinin, qadının həyatında öz seçimlərini etməsinə imkan verilməməsinin və ailə şərəfi, namus anlayışının qadının taleyi üzərindən formalaşdırılmasının nəticəsidir.

Uşaqlıqdan etibarən qız uşaqlarına “ərə getmək” əsas həyat məqsədi kimi aşılanır. Cəmiyyətin və ailənin bu yöndəki gözləntiləri nəticəsində qızlar təhsil almaq, peşəkar inkişaf etmək və şəxsi maraq dairələrini kəşf etmək imkanlarından uzaq qalırlar. Belə mühitdə böyüyən qızlar üçün ailə qurmaq bir seçim deyil, adətən qaçılmaz bir mərhələyə çevrilir. Nəticədə, azad seçim imkanları olsa belə, onlar daxili inanclar və sosial təzyiqlər səbəbindən erkən yaşda evlənməyi düzgün və təbii yol kimi görə bilərlər".


Sosioloqun sözlərinə görə, erkən nikahların qarşısını almaq üçün təhsil və maarifləndirmə əsas rol oynayır. Valideynlərə və cəmiyyətə bu məsələnin fəsadları izah edilməlidir. Rayonlarda təhsil imkanlarının artırılması və iş yerlərinin yaradılması da bu problemin həllinə kömək edə bilər:

 “Erkən nikahların qarşısının alınmasında əsas açar rolu təhsil və maarifləndirmə oynayır. Bu cür nikahların arxasında duran sosial və mədəni səbəbləri aradan qaldırmaq üçün ilk növbədə valideynlər və geniş ictimaiyyət bu məsələnin uzunmüddətli mənfi nəticələri barədə məlumatlandırılmalıdır. Bu yalnız hüquqi qadağalarla deyil, həm də dəyərlərin dəyişməsi yolu ilə mümkündür. Eyni zamanda, xüsusilə kənd və rayon ərazilərində qızların təhsilə çıxış imkanlarının genişləndirilməsi, eləcə də onların gələcəkdə iqtisadi cəhətdən müstəqil ola bilmələri üçün iş yerlərinin yaradılması, erkən nikah riskini əhəmiyyətli dərəcədə azalda bilər".


Ə.Qəşəmoğlunun fikrincə, erkən nikahlarla mübarizədə yalnız maarifləndirmə yetərli deyil – hüquqi mexanizmlərin də gücləndirilməsi vacibdir:

 “Bu məqsədlə qanunvericilikdə müvafiq dəyişikliklər edilməli, erkən nikahların qarşısını alan qanunlar daha sərt və konkret şəkildə tənzimlənməlidir. Lakin ən önəmlisi, bu qanunların kağız üzərində qalmayıb praktikada effektiv tətbiq olunmasıdır. Qız uşaqlarının hüquqlarını pozaraq onları erkən yaşda evləndirməyə cəhd edən valideynlər və digər məsul şəxslər məsuliyyətə cəlb edilməli, bu cür halların cəzasız qalmasına yol verilməməlidir. Belə bir yanaşma həm preventiv, həm də cəza yönümlü tədbir kimi erkən nikahların azalmasına real təsir göstərə bilər".

Professor sonda qeyd edib ki, erkən nikah problemi yalnız fərdi, bir ailənin, bir rayonun problemi deyil, cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərən ciddi bir məsələdir. Bu səbəbdən, onun həlli üçün kompleks və sistemli tədbirlər görülməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see458

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see295

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see290

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see285

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see276

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see275

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see273

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see267

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see230

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see222

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see219

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see214

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see209

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see202

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see197

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see180

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see173

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see171

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

01 Sentyabr 2026 23:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri