Icma.az
close
up
RU
İmtahana gələn şagirdin cibindən oyuncaqlar çıxdı Sosioloqdan AÇIQLAMA

İmtahana gələn şagirdin cibindən oyuncaqlar çıxdı Sosioloqdan AÇIQLAMA

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosioloq açıqlamasında qeyd etdi ki, baş vermiş hadisəyə məntiqlə yanaşılmalıdır

“Burada erkən nikah məsələsinin deyil, psixoloji vəziyyətin üzərində dayanmaq gərəkdir”

“Artıq valideyn uşağının sağlamlığı haqqında ciddi narahat olmalı və onu müalicə etdirmək üçün tələsməlidir”


Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə gün öncə keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanında maraqlı hal yaşanıb. İmtahana gələn 9-cu sinif şagirdinin cibindən oyuncaqlar çıxıb. Bu barədə DİM-in nəzarətçi müəllimi Elyar İslamoğlu öz feysbuk hesabında paylaşım edib.

"Qızlarınızı 9-cu sinifdən ərə verməyin. Hələ uşaqdılar. Ciblərinə oyuncaqlarını yığıb imtahana gəlirlər”, - deyə o qeyd edib.


Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, baş vermiş hadisəyə məntiqlə yanaşılmalıdır:


- IX sinif şagirdi yeniyetmədir və gəncliyin bir addımlığındadır. Bu yaş dövründə olan məktəblinin imtahana oyuncaqlarla gəlməsini düzgün dəyərləndirmək lazımdır. Burada erkən nikah məsələsinin deyil, psixoloji vəziyyətin üzərində dayanmaq gərəkdir məncə. Məsələyə məntiqlə yanaşaq. Yeniyetmə məktəbli imtahana oyuncaqla deyil, oyuncaqlarla gəlir. Tək bir oyuncaq olsaydı, yenə də düşünmək olardı ki, bu, hansısa bir batil inancdan irəli gəlir, yeniyetmə imtahana gələrkən özü ilə birlikdə həmin əşyanı da gətirir ki, ona uğur gətirsin. Əslində, bu da yanlışdır. Çünki inancın nə qədər güclü olsa da, bu, əsas vermir ki, hər hansı əşya ilə cəmiyyət arasına çıxasan. Amma söhbət imtahandan gedirsə, məsələ daha da qəlizləşir. Əgər şagird imtahana bir qələm və kağızdan başqa heç bir əşya ilə keçə bilməyəcəyini bildiyi halda (yəqin ki, bunu müəllimi, valideyni ona izah edib və ya izah etməliydi), hər hansı batil inancının söykəndiyi əşyanı da özü ilə aparırsa, deməli, onun psixoloji vəziyyətində problem var. Və bu əşya da bir deyil, bir neçədirsə, əlbəttə, artıq valideyn uşağının sağlamlığı haqqında ciddi narahat olmalı və onu müalicə etdirmək üçün tələsməlidir.


M.Məmmədova imtahan nəzarətçisinin erkən nikahla bağlı paylaşımı ilə qətiyyən razı olmadığını və belə bir paylaşım etməklə nəzarətçinin səhvə yol verdiyini bildirdi:

- Burada erkən nikah problemini qabartmağın yeri yoxdur. Hesab edirəm ki, bu, “layk” qazanmağa xidmət edən mesajdan başqa bir şey deyil. Nəzarətçinin özü də bir müəllimdir. Nə üçün paylaşımını məktəbdə IX sinfədək şagirdin psixoloji vəziyyətinin kəşf olunmaması üzərində qurmur? Yoxsa bu yanaşma  məktəblərdə psixoloqların uşaqlarla düzgün şəkildə işləməməsini ört-basdır etmək üçündür? Və yaxud, nə üçün bu paylaşım valideyn məsuliyyətsizliyinə yox, erkən nikaha istiqamətlənib? Düşünürəm ki, bir yeniyetmənin imtahana oyuncaqlarla gəlməsi məhz imtahan zamanı aşkar edilibsə, deməli, bizim məktəblərdə təlim-tərbiyə prosesi inkişafdan geridədir. İlk növbədə, bu prosesi canlandırmaq lazımdır ki, belə hallar məktəb-valideyn ikiliyindən çıxıb, bu dərəcədə sosiallaşmasın və  bu yeniyetmə də yaşıdları arasında utanc hissi yaşayıb intihar edən yeniyetmə-gənclərin sırasına qoşulmasın. Nəzarətçi müəllimin paylaşımında yeniyetmənin adı çəkilməsə də, heç ola bilməz ki, həmin şagird sosial mediadan bu xəbəri oxumamış və gərgin hala düşməmiş olsun. Məncə, ən birinci, hərəkətlərimizə nəzarət edə bilək, sonra imtahan nəzarətçisi olaq.


Sosioloq qeyd etdi ki, cəmiyyətdə erkən nikah problemi mövcuddur. Amma problemin miqyası yeniyetmə qızların davranış tərzi ilə ölçülərsə, dərin səhvlərə yol açmış olarıq:

- Nəzarətçinin paylaşımını ciddiyə alsaq, belə təsəvvür yaranacaq ki, hələ də oyuncaqlarından əl çəkməyən yeniyetmələr “uşaqdır”, oyuncaqlara əlvida deyənlər artıq “böyüyüb”. Bu, cəmiyyətimizi səhv istiqamətə aparar. Ailələrdə analar qız övladlarına kiçik yaşlarından ev işlərini öyrənməyi aşılayır. Qız uşağı evdə anasına ev işlərində hər hansı formada yardım edirsə, deməli artıq böyüyüb, ərə verilməlidir? Bu, absurd yanaşma olar. Eləcə də IX sinif şagirdi buraxılış imtahanına oyuncaqlarla gəlirsə, bu hal da onun uşaqlıq dövrünün davam etdiyinin göstəricisi hesab edilməməlidir. Burada ciddi psixoloji problemlərə diqqət edilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri