Icma.az
close
up
RU
Uşağın gələcəyini kim müəyyən edir? Valideynlərin rolu və hüquqi sərhədlər

Uşağın gələcəyini kim müəyyən edir? Valideynlərin rolu və hüquqi sərhədlər

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Övladını ixtisas seçimi etməyə məcbur etmək hüquqi baxımdan doğrudurmu? Hər bir valideyn övladının uğurlu gələcəyini arzulayır. Uşaqlarının sabaha daha yaxşı addımlarla irəliləməsi üçün valideynlər onların təhsil və peşə seçimində mühüm rol oynayırlar. Lakin bu müdaxilə dəyərləndirmə və məsləhət verməkdən ibarət olmalıdır, yoxsa valideynlər övladlarını öz arzularına uyğun ixtisasa yönləndirməkdə sərbəstdirlər?

Bəzi ailələrdə təəssüf ki, "biz bilirik, sənin üçün ən yaxşısı budur" yanaşması ilə övladın öz maraqları nəzərə alınmadan onun gələcəyi müəyyən edilir. Amma bu, hüquqi və etik cəhətdən nə dərəcədə doğrudur? Uşağın iradəsinə zidd peşə seçiminin məcburi olması onun fundamental hüquqlarının pozulması hesab edilə bilərmi?

Gəlin, Azərbaycan qanunvericiliyi, xarici ölkələrin hüquqi təcrübəsi və Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri prizmasından yanaşaraq valideynlərin övladın ixtisas seçiminə müdaxilə etməsinin hüquqi sərhədlərinə nəzər salaq.

Hər şeydən əvvəl, qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 34.2.1-ci maddəsinə görə valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələrindən biri övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaqdır.

Dolayısilə qeyd edək ki, valideynlər uşaqlarına təhsil almaqda yardım etməli və onların maraqlarını nəzərə almalıdırlar. Lakin qanun valideynlərə uşağın peşə və təhsil seçimini məcburi şəkildə müəyyən etmək hüququ vermir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququna malikdir. 

Bu baxımdan, hesab edirik ki, əgər valideynlər uşağı istəmədiyi bir peşəyə yönləndirir və onu məcbur edirsə, bu, uşağın şəxsi azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər.

Belə olduqda, uşaq nə edə bilər? "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbit olunur ki, uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
Ölkəmizin qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 12-ci maddəsində deyilir ki, "İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir".

Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, "Uşağın öz fikrini sərbəst ifadə etmək hüququ vardır..."

Bu müddəalardan da o nəticəyə gəlmək olar ki, valideynlər övladlarına yön verə bilər, lakin onların iradəsinə zidd qərarlar qəbul etmək hüquqi və etik baxımdan ciddi problem yaradar.

Sözügedən məsələ ilə bağlı xarici ölkələrin təcrübəsinə də nəzər salsaq, görərik ki, valideynlərin uşağın təhsil və peşə seçimində məcburi müdaxiləsi yolverilməz hesab edilir. Məsələn, Almaniyada valideynlərin uşağın ixtisas seçimində sərbəstliklərini məhdudlaşdırması məhkəmələr tərəfindən azadlığa müdaxilə kimi qiymətləndirilir.

ABŞ-da isə valideynlər övladlarına məsləhət verə bilər, lakin məcbur etmə hüququ yoxdur. Əks halda, uşağın azad seçim hüququ pozulmuş sayılır.

Haqqında söhbət açdığımız məsələyə dair Avropa Məhkəməsinin mövqeyi də maraqlıdır. Məlum olduğu kimi Avropa Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu təmin edir. Bu maddə müstəvisində Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında uşağın öz həyatını planlama hüququnu xüsusilə vurğulayır. Məsələn, "Konrad və digərləri Almaniyaya qarşı" (2006) işində məhkəmə valideynlərin uşaqların təhsilinə nəzarət hüququnu tanısa da, uşağın maraqlarının əsas götürülməli olduğunu qeyd edib. "Campbell və Cosans Birləşmiş Krallığa qarşı" (1982) işində isə məhkəmə uşağın şəxsiyyətinin və azad iradəsinin formalaşmasına müdaxiləni hüquq pozuntusu kimi qiymətləndirmişdir.

Bu presedentlər valideynlərin övladlarına yol göstərmək haqqının olduğunu, lakin onları məcbur edə bilməyəcəyini göstərir.

Beləliklə, valideynlər uşağın gələcəyini düşünərək ona dəstək verməli, lakin məcburi şəkildə onların seçimlərini məhdudlaşdırmamalıdırlar. Azərbaycan qanunvericiliyi, Avropa Konvensiyası və digər beynəlxalq hüquqi sənədlər, eləcə də beynəlxalq təcrübə uşağın maraqlarının və seçim azadlığının əsas olduğunu təsdiqləyir. Buna görə də valideynlər övladlarını peşə seçimində dəstəkləməli, onlara düzgün istiqamət göstərməli, lakin iradələrinə zidd qərarlar qəbul etməməlidirlər.

Bəs, peşə seçimində "ailənin nəzarəti" və "şəxsi seçim azadlığı" arasında balans necə gözlənilməlidir?

Bu həssas məsələdə valideynlər uşaqlarına bilik və təcrübələrinə əsaslanaraq məsləhət verə bilər, onların potensialını və bacarıqlarını düzgün qiymətləndirərək istiqamət göstərə bilərlər. Lakin bu proses məcburiyyətə yox, inandırmaya əsaslanmalıdır. Valideynlər övladlarına müxtəlif ixtisas sahələri haqqında məlumat verərək seçim etmələrinə kömək edə bilərlər. Bu baxımdan valideynlərin uşağın hansı sahədə daha uğurlu ola biləcəyini obyektiv qiymətləndirməsi və onu bu istiqamətdə həvəsləndirməsi olduqca vacibdir.

Unudulmamalıdır ki, peşə seçimi fərdin gələcək həyatına və xoşbəxtliyinə birbaşa təsir edən mühüm qərardır. Buna görə də, uşağın seçim hüququna hörmət edilməlidir.

Hər bir halda uşaq öz maraqlarını, istedadlarını və hədəflərini ifadə etməyə təşviq olunmalıdır. Bu işdə valideynlər uşaqlarına müxtəlif peşə sahələrində təcrübə qazanmaq üçün kurslar, könüllülük proqramları və ya staj imkanları yaradılmalıdır.

Yunis Xəlilov
Hüquqşünas

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri