Icma.az
close
up
RU
Uşağın sosiallaşmasında valideynlərin rolu

Uşağın sosiallaşmasında valideynlərin rolu

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hər bir uşağın sosiallaşmasına valideyn birbaşa təsir edir və bu, ən çox birgə ünsiyyətdə, daha dəqiq, birgə oyunlarda özünü daha açıq-aydın göstərir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. O, bildirib ki, valideynlərin uşaqlarla oyun oynaması sosial inkişafda xüsusi əhəmiyyət daşıyır və aşağıdakı duyğuları inkişaf etdirir:
- Güvən duyğusu inkişaf etdirir: valideynlər uşaqları ilə oynayarkən onlara vaxt ayırdıqlarını və dəyər verdiklərini göstərir. Bu da uşaqların özlərini daha güvənli hiss etməsinə və valideynləri ilə güclü bir emosional əlaqə qurmasına kömək edir;
- Müsbət davranışları gücləndirir: valideynlərin oyunda uşaqlarına müsbət davranışlar nümayiş etdirməsi, uşaqların da bu davranışları təqlid etməsinə səbəb olur. Məsələn, paylaşmağın, gözləməyin və başqalarına qarşı nəzakətli olmağın nə qədər əhəmiyyətli olduğunu öyrənirlər;
- Valideynlərdən geri bildirim almaq: oyun zamanı uşaqlar valideynlərindən dərhal geri bildirim alır. Bu, onların davranışlarını düzəltmələrinə və sosial vəziyyətlərdə necə davranmalı olduqlarını öyrənmələrinə kömək edir.
Oyunların tipləri və sosial inkişafa təsirləri
Oyunların növünə görə uşaqların sosial inkişafına olan təsiri də fərqlənə bilər:
- Simvolik və rol oyunları: uşaqların fərqli sosial rolları oynadığı bu oyunlar onların empati və sosial anlayışını artırır;
- Konstruktiv oyunlar: uşaqların birgə tikinti oyunu və ya lego kimi oyunlar oynayaraq komanda halında işləməyi öyrənməsi onların əməkdaşlıq bacarığını artırır;
- Açıq hava oyunları: çöl oyunları, uşaq meydançalarında oynanan oyunlar onların fiziki bacarıqlarını artırmaqla yanaşı, birgə oyun zamanı növbə gözləmə, başqalarına hörmət və qaydalara riayət etməyi öyrənir;
• Musiqi və rəqs oyunları: uşaqların birgə rəqs və musiqi oyunları vasitəsilə qrup içində ritmə uyğun hərəkət etməyi öyrənməsi onların sosial uyğunlaşma və ritmə bağlı əməkdaşlıq bacarıqlarını inkişaf etdirir.
"Beləliklə, oyun, uşaqların sosial bacarıqlarını inkişaf etdirmək üçün ən təbii və təsirli vasitələrdən biridir. Oyunlar vasitəsilə uşaqlar təkcə əylənmirlər, həm də digər insanlarla necə ünsiyyət qurmağı, qarşılıqlı əməkdaşlığı, paylaşmağı, özlərini ifadə etməyi və empati qurmağı öyrənirlər. Bu bacarıqlar uşaqların sosial həyatda uğurlu və xoşbəxt olmasına zəmin yaradır. Valideynlər və təhsil verənlər isə uşaqlara bu oyun mühitini təmin etməklə onların inkişafına müsbət təsir göstərə bilərlər", - deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri