Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Valideynlərin davranışındakı 6 məqam... uşağın şəxsiyyətini formalaşdırır

Valideynlərin davranışındakı 6 məqam... uşağın şəxsiyyətini formalaşdırır

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Uşaqlar tərbiyəni daha çox valideynlərin nəsihətlərindən deyil, onların hər gün nümayiş etdirdiyi davranışlardan öyrənirlər. Böyüklərin adi məişət vərdişləri və reaksiyaları uşaqların gözündən yayınmır və zamanla onların xarakterinin, dəyərlərinin və həyat tərzinin formalaşmasına təsir edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz görünən gündəlik davranışlar belə uşağın özünəinamına, dünyagörüşünə və gələcək vərdişlərinə dərin təsir göstərə bilər. Mütəxəssislər valideynlərə uşaqların xüsusilə diqqət yetirdiyi altı əsas davranışa fikir verməyi tövsiyə edirlər.

Tərəfdaş və digər böyüklərlə münasibət

Uşaqlar ailə daxilindəki bütün qeyri-verbal davranışları asanlıqla hiss edirlər. Narazı baxışlar, göz çevirmələr, həyat yoldaşı və ya qohumlar haqqında istehzalı ifadələr onların diqqətindən yayınmır.

Praktik psixoloq Cazmin Makkoy bildirir ki, hətta zarafat kimi deyilən tənqidi fikirlər belə uşaq tərəfindən ciddi qəbul edilir. Əksinə, valideynlərin bir-biri haqqında hörmətlə və sevgi ilə danışması uşaqlarda təhlükəsizlik hissini gücləndirir və narahatlıq səviyyəsini azaldır.

Öz bədəni və görünüşünə münasibət

Uşaqlar valideynlərin xarici görünüşlərinə münasibətini də mənimsəyirlər. Ailə dietoloqu Alissa Miller qeyd edir ki, əgər valideynlər birlikdə şəkil çəkdirməkdən çəkinir, çimərlikdə açıq geyim geyinməkdən utanır və ya güzgüyə baxarkən daim öz görünüşlərindən narazılıq edirlərsə, uşaqlar da bu davranışı təkrarlamağa başlayırlar. Bu cür özünəinam çatışmazlığı gələcəkdə uşaqlarda müxtəlif komplekslərin yaranmasına səbəb ola bilər.

Sözlərdən çox əməllər

Psixoloq Laura Markhemin sözlərinə görə, uşaqlar deyilənlərdən çox görülən işlərə inanırlar. Valideynlər dürüstlük, ədalət və qarşılıqlı dəstəkdən danışsalar da, gündəlik həyatda fərqli davranırlarsa, uşaq məhz onların əməllərini nümunə götürəcək.

Çətin anlarda özünə qarşı münasibət

Uşaqlar böyüklərin uğursuzluqlara necə reaksiya verdiyini diqqətlə izləyirlər. Valideynlərin daim özünü günahlandırması, mükəmməllik dalınca qaçması və səhvlərə görə panikaya düşməsi uşaqlara da özlərinə qarşı həddindən artıq sərt olmağı öyrədir. Əksinə, səhvləri sakit qəbul etmək, onlardan nəticə çıxarmaq və yoluna davam etmək uşaqlarda psixoloji dözümlülüyün formalaşmasına kömək edir.

Ailədə qidalanma mədəniyyəti

Qidalanma vərdişləri ilk növbədə ailədə formalaşır. Valideynlərin qidaları "yaxşı" və "pis" kimi sərt şəkildə ayırması, tez-tez pəhriz naminə yeməkdən imtina etməsi və ya kalorili yeməkdən sonra özünü günahkar hiss etdiyini göstərməsi uşaqlarda sağlam olmayan qidalanma davranışlarının yaranmasına səbəb ola bilər. Araşdırmalar göstərir ki, bu vərdişlər insanın bütün həyatı boyu davam edə bilər.

Uşaq haqqında başqalarının yanında danışmaq

Mütəxəssislər valideynlərə övladları haqqında yad insanların və ya qohumların yanında necə danışdıqlarına diqqət yetirməyi tövsiyə edirlər. Uşaq söhbətin bütün məzmununu anlamasa belə, danışığın emosional tonunu hiss edir. Bu isə onun özünəinamına və ətrafındakı insanlara olan etibarına mənfi təsir göstərə bilər.

Mütəxəssislərin fikrincə, uşaqlar ilk növbədə valideynlərinin davranışını təkrarlayırlar. Buna görə də onlara verilən ən yaxşı dərs deyilən sözlər deyil, hər gün nümayiş etdirilən müsbət nümunədir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyul 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri