Icma.az
close
up
RU
Uşağın məktəbə hazırlanması və valideynlərin yol verməməli olduğu səhvlər

Uşağın məktəbə hazırlanması və valideynlərin yol verməməli olduğu səhvlər

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Birinci sinif təkcə yeni kitab-dəftərlər və gül dəstələri deyil. Bu, uşağın psixikası üçün ciddi sınaqdır. Ona adaptasiyada necə kömək etmək? Gələcək şagird hansı bacarıqlara yiyələnməli və valideynlər hansı səhvlərdən qaçınmalıdır?

Bakıvaxtı.az xəbər verir ki, bu və digər suallara Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova aydınlıq gətirib:

- İlahə xanım, uşaqlar birinci sinfə ən çox hansı emosiyalarla – həyəcan və ya qorxu, yoxsa sevinc hissi ilə gedirlər?

- İlk öncə qeyd etmək istərdim ki, bütün bu emosiyalar tamamilə normaldır. Həyəcan yeni mühitə və sinif yoldaşları ilə tanışlığa bağlıdır. Qorxu çox vaxt valideynlərdən ayrılma və çətinliklər qarşısında narahatlıqdan qaynaqlanır. Sevinc isə öyrənməyə maraq, dost qazanmaq istəyi və özünü “böyük” hiss etməkdən irəli gəlir.
Valideyn və müəllimlərin dəstəyi uşağın bu qarışıq hisslərinin balanslaşdırması və məktəbi daha tez sevməsinə kömək edir.


- Gələcək şagird üçün ən vacib sosial təcrübə hansıdır?

- Psixoloji baxımından məktəbə getməzdən əvvəl uşağın müəyyən sosial təcrübələrə sahib olması çox vacibdir. Onu üç əsas bloka bölmək olar. İlk növbədə uşaq qrup daxilində ünsiyyət bacarıqları qazanmalıdır. Bu, ya uşaq bağçasında, ya da müxtəlif oyun qruplarında digər uşaqlarla oynamaq, oyuncaqlarla bölüşmək, qaydalara əməl etmək kimi vərdişlərlə formalaşır.
İkinci mühüm təcrübə uşağın emosiyaların idarə etməsidir. Belə ki, uşaq başqalarının hisslərini nəzərə almağı, növbəsini gözləməyi, sözlərini kəsməməyi və münaqişələr zamanı aqressiv reaksiya verməməyi öyrənməlidir. Bu normalar evdə qoyulan qaydalar vasitəsilə asanlıqla aşılanır.
Üçüncü istiqamət isə sərbəstik bacarıqlarıdır. Uşağın öz paltarını geyinməsi, çantasını hazırlaması və müəllimdən kömək istəməyi bacarması məktəb həyatını daha rahat edir. Bu bacarıqlar uşaqda özünə inamı artırır və məktəbə adaptasiya prosesini daha sağlam edir.

- Uşaq yaşıdları ilə müqayisə edildikdə, onun motivasiyası güclənir, yoxsa azalır?

- Əksər hallarda bu, istənilən nəticəni vermir, çünki həmyaşıdları ilə müqayisə uşağın motivasiyasını və özünəinamını aşağı salır. O, özünün qəbul edilmədiyini hiss edir və öyrənməyə və ünsiyyətə marağını itirir. Bəzi uşaqlarda rəqabət hissi ola bilər, lakin bu, istisnadır. Psixoloji cəhətdən düzgün yanaşma uşağı yalnız özü ilə müqayisə etməkdir. Məsələn: “Keçən ay sən hecaları çətinliklə oxuyurdun, indi isə tam sözləri oxuyursan!” Bu, öz inkişafına fokuslanmağa və sağlam motivasiya formalaşdırmağa kömək edir.


- Dərs zamanı diqqəti tez yayınan uşaqlara necə kömək etmək olar?

- Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin ilk addımı onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun müddət eyni fəaliyyətə fokuslana bilmirlər.
Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə almaq vacibdir. Buna görə də, tapşırıqları daha kiçik hissələrə bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları 5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan olur.
Bundan əlavə, interaktiv metodlardan istifadə uşaqların dərslərə marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu azaldır, həm də uşağın marağını canlı saxlayır.
Digər mühüm istiqamət emosional mühit və motivasiyadır. Uşağı daim tənqid etmək əvəzinə, kiçik nailiyyətlərini vurğulamaq onun özünəinamını artırır.
Eyni zamanda, gündəlik rejimin qurulması tövsiyə olunur. Bu, onun beynində “indi dərs vaxtıdır, indi isə oyun” kimi aydın siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır.
Qeyd etmək lazımdır ki, diqqət məşqləri və oyunlardan istifadə etmək çox faydalıdır. Məsələn, “Fərqləri tap”, “tapmacalar və ya qısa yaddaş oyunları uşağın diqqətini inkişaf etdirir


- Valideynlərin yüksək gözləntiləri uşağa zərər verə bilərmi?

- Bəli, verə bilər, çünki yüksək standartlara uyğunlaşmağa çalışan uşaq “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi ilə yaşayır. Bu, xroniki stres, qorxu və motivasiyanın itməsinə səbəb olur. “Sən bunu bacarmalısan” təzyiqi əvəzinə “Sənin bacarığına inanıram” uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də motivasiyasını gücləndirir. Bu yanaşma uşağın psixikasını qoruyur və onu həqiqətən də motivasiya edir.


- Ev tapşırıqlarını müstəqil yerinə yetirməkdə çətinlik çəkən uşaqlara dəstək necə olmalıdır?

- Burada mərhələli öyrətmə prinsipi tətbiq olunur. Yəni, uşaqdan birdən-birə tam müstəqillik gözləmək əvəzinə, əvvəlcə ona istiqamətlər göstərilir. Sonra isə tədricən dəstəyi azaldaraq, uşağın özünün işləməsinə şərait yaradılır. Bu yanaşma uşağın həm məsuliyyət, həm də özünəinam hissini gücləndirir.
Paralel olaraq, həvəsləndirici mühit yaradılmalıdır. Belə ki, uşağın hər kiçik addımını belə dəyərləndirmək – “bu hissəni çox yaxşı etdin, indi növbəti mərhələni də sınayaq” kimi ifadələrlə onu təşviq etmək faydalıdır. Bu yanaşma uşağa “bacarıram” hissini verir və tapşırıqdan qaçmaq əvəzinə cəhd göstərməsini təmin edir.
Eyni zamanda, uşağa seçim hüququ verin: “Hansı fənndən başlayaq?” və ya “Hansı qələmi seçəcəksən?” cümlələri onun müstəqillik və öz seçiminə görə məsuliyyət hissini inkişaf etdirir.
Ən əsası, uşaqların öyrənmə prosesində göstərdikləri səylərini qiymətləndirmək lazımdır. Bu halda gec-tez istənilən nəticə əldə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri