Icma.az
close
up
RU
Uşağınız ekran qarşısında neçə saat vaxt keçirir? Kritik yaş hədləri

Uşağınız ekran qarşısında neçə saat vaxt keçirir? Kritik yaş hədləri

Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Türkiyəli mütəxəssis Dr. Mustafa Burak Seven, uşaqlarda ekran istifadəsinin yaşa görə məhdudlaşdırılmalı olduğunu və xüsusilə həyatın ilk iki ilində ekrana məruz qalmağın tövsiyə edilmədiyini bildirdi.

Medicina.az xəbər verir ki, Seven ilk 24 ayda körpələrin toxunaraq, göz təması quraraq və səs tonlarını eşitməklə öyrəndiyini deyib:


"Ekran bu inkişaf prosesini əvəz edə bilməz. Bundan əlavə, hətta arxa planda "onsuz da izlənilmədiyi" deyilən televizor belə uşaq üçün stimul təşkil edir və onun inkişafına mənfi təsir göstərir.

Əgər ekranlar 24-36 ay arasında istifadə ediləcəksə, bu, valideyn nəzarəti altında edilməlidir və gündəlik vaxt 10-15 dəqiqədən çox olmamalıdır. Uşaqlar ekranlarla tək buraxılmamalıdır. İzlənilən məzmun haqqında danışmaqla aktiv iştirak təmin edilməlidir".


Seven məktəbəqədər dövrdə ekran istifadəsində müntəzəmliyin vacibliyini vurğulayıb:

"3-5 yaş arası ümumi gündəlik ekran vaxtı 1 saatdan çox olmamalıdır. Ekran istifadəsinin başlanğıc və bitmə vaxtları aydın olmalıdır. Qeyri-müəyyən istifadə uşaqlarda krizlərə səbəb ola bilər.

Ekran istifadəsi ilə bağlı iki vacib qayda var. Ekranlardan yatmazdan ən azı bir saat əvvəl və yemək zamanı istifadə edilməməlidir. Hətta bu iki sadə qayda belə bir çox problemin qarşısını ala bilər.

Bundan başqa məktəb və yeniyetməlik dövründə ekran istifadəsinə nəzarət edilməlidir.

Gecələr telefonla yatmaq yuxu keyfiyyətini pozur. Yuxu rejimi pozulan uşaqlarda diqqət çatışmazlığı, əsəbilik və akademik göstəricilərin azalması müşahidə olunur. Telefonları və planşetləri uşağın otağında deyil, ümumi yerlərdə saxlamaq daha sağlam bir yanaşmadır".


Seven, valideynlərin etdiyi ən çox yayılmış səhvlərdən birinin ekranlardan mükafat kimi istifadə etmək olduğunu qeyd edib:

"Sakit ol, telefonunu götür" və ya "Yeməyini bitir, sənə planşet verəcəyəm" yanaşmaları ekranı daha dəyərli edir və gələcəkdə nəzarəti daha da çətinləşdirir. Ekranlardan mükafat və ya cəza kimi istifadə edilməməlidir. Telefonlarımızı daim istifadə edərkən uşağa 'telefonuna çox baxma' demək təsirli deyil. Evdə telefonsuz vaxt keçirmək olduqca faydalıdır. Ekranlar tamamilə qadağan edilməli olan bir vasitə deyil, lakin onlar məhdudlaşdırılmalıdır. Uşaqların ən çox ehtiyac duyduğu şey hələ də oynamaq, hərəkət etmək və real ünsiyyət qurmaqdır".


Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 03 Mart 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri