Icma.az
close
up
RU
Uşağınız piylənmə təhlükəsindədir?

Uşağınız piylənmə təhlükəsindədir?

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son 20 ildə 5 yaşından kiçik olan uşaqlarda piylənmə riski 60% artması tendensiyası müşahidə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2013-cü ildə 5 yaşından kiçik dünya uşaqlarının 42 milyondan çoxu piylənməyə məruz qalıblar.

“Toppuş” uşaqlar əksər insanlarda “şirin” təəssüratı yaratdığından valideynlər və xüsusilə nənə-babalar uşağın kökəlməsi üçün canfəşanlıq edirlər. Uşağın körpəlikdən kök və ya arıq olması gələcəkdə piylənməyə məruz qalacağı və ya qalmayacağı haqda konkret fikirlər yürütməyə səhih əsas vermir. Lakin uşaqların ilk günlərdən qidalandırılma prosesinin nə cür olması onların piylənməyə məruz qalma riskinə birmənalı olaraq təsir edir.

Mədənin genişlənməsinə və nəticədə piylənməyə səbəb olan yedizdirmə üsulları:
- Təmiz boşqab üsulu – uşağı doyana kimi deyil, qabını tam boşaldana kimi yedizdirmək. Əslində kiçik yaşlarından uşaqları israf etməməyə və son loxmaya kimi yeyib bitirməyə alışdırmaqda heç bir qəbahət yoxdur. Sadəcə yemək çəkərkən uşağın yeyə biləcək miqdarı böyüklər düzgün təyin etməlidirlər. Ən dəqiq miqdarı təsəvvür etmək “uşaq yumruğu porsiyası” prinsipinə əsaslanmaq olar. Hər bir insanın mədəsi onun yumuruğu həcmindədir. Uşağınızın yumuruğu ölçüsündən daha az qoyulan yemək çox ehtimal ki, sona qədər bitiriləcəkdir. Unutmayaq ki, mədədə yeməkdən əlavə su və hava üçün də yer qalmalıdır.

- Cəza və ya mükafat üsulu. Uşaqlarda qida nə cəza (“yeməyi yeməsən ciblərinə tökəcəm”, “bunu yeməsən gəzməyə getməyəcəyik”, vurmaq, qışqırmaq və s.), nə də hədiyyə ilə asossiasiya edilməməlidir. Əks təqdirdə uşaqlarda yetkinlik yaşından başlayaraq qidalanma vərdişlərində bir sıra ciddi psixoloji problemlər yarana bilər.

- Dağınıq fikir üsulu. Adətən valideynlər uşağın fikrini yayındırmaq üçün hadisələr nağıllamaq, cizgi filmi göstərmək, dilə və söhbətə tutmaqla yedizdirirlər. Bu zaman uşaq nəyi və nə qədər yediyini bilmədən avtomatik olaraq ağzını açır və udur. Bəzi valideynlər isə işlərini daha da asanlaşdırmaq üçün bütün növ yeməkləri blenderlə püre halına salırlar. Axıcı və çeynəmədən asan udulan qida qəbul etməyə öyrəşən uşaqların gələcəkdə çeynəmə problemləri yaranır. Unutmayaq ki, çeynəmə prosesi özü-özülüyündə sağlam qidalanmanın əsaslarındadır, ağız-çənə orqanları üçün çox faydalı və vacibdir.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri